Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3303/2025 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi və qeyri yaşayış sahəsindən çıxarılma tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Cəbrayıl rayonu Soltanlı kəndindən məcburi köçkün düşərək həmin vaxtdan Sumqayıt şəhərində məskunlaşmışdır. Həmin vaxtlarda "xxxx" MMC təsis etmiş və həmin MMC-nin direktorudur. 1998-ci ildə köhnə RAYPO deyilən cəmiyyətə məxsus Sumqayıt şəhəri 3-cü məhəllə,ev 10/27-də yerləşən 168,40 kv.metr ticarət sahəsini icarəyə götürmüşdür. xx.xx.1998-ci ilda Sumqayıt şəhər Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi "xxxx" MMC-yə Texniki Pasport vermişdir. Həmin obyektdə 1994-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüş bir neçə ailə məskunlaşdığından ticarət sahəsindən istifadə edə bilməmişdir. Lakin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəllişdirilməsi Departamenti 2004-cü ildə "xxxx" MMC ilə müqavilənin pozulması barədə 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırmış və iddia tələbini icarə haqqınını ödənilməməsini əsas gətirmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsal Birliyinin xx.xx.2004-cü il tarixli 214 saylı məktubunda göstərilmişdir ki, həmin qeyri-yaşayış sahəsində məcburi köçkünlər məskunlaşdığından obyektdən istifadə etmək mümkün olmamışdır. Həmin iddia ərizəsinə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad məhkəməsində baxılaraq məhkəmənin 05 iyul 2004-cü il tarixli 2950/3-589 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.Uzun illər torpaqlarının azad olunmasını gözləmiş və torpaqları azad olunduqdan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinə və digər orqanlara gedərək əlində olan texniki pasportu göstərib köçkünlər getdikdən sonra obyektin icarəsində olması barədə qeydiyyat aparılmasını xahiş etmişdir. Tez-tez obyektə baş çəkmiş, orada yaşayanlara isə heç bir narazılıq bildirməmişdir. Son vaxtlar ona məlum olmuşdur ki, icarəyə götürdüyü ticarət sahəsinin 52 kvadrat metrinə dair həmin obyektdə məskunlaşmış Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilmişdir. O bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət etmişdir. Ona həmin xidmət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3/2-3346/2023 saylı cavab məktunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri 3-cü məhəllə,ev 10/27-da yerləşən ünvanda yerləşən 168,40 kv.metr qeyri-yaşayış sahəsinə dair "xxxx" ММС ilə keçmiş Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli 938 nömrəli icarə müqaviləsi xx.xx.1999-cu il tarixdən ləğv edilmişdir və icarəçinin həmin müqavilə üzrə borcu yoxdur. Həmin cavab məktubundan sonra o Cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilməsinin qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməklə ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında məlum olmuşdur ki, Sumqayıt şəhəri 3-cü məhəllə,ev 10/27 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsinin Cavabdeh satılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsə lələri Dövlət Xidməti ilə xx.xx.2022-ci il tarixli 439 nömrəli Alqı-satqı müqaviləsi bağ lanılmışdır. Həmin alqısatqı müqaviləsindən sonra cavabdeh-"Daşınmaz Əmlakın Dövl at Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh həmin 52,4 kv.metr qeyri-yaşayış sahəsinə dair 27. 04.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair çıxarış və texniki pasport verilmişdir. Həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh qeyri yaşayış sahəsindən çıxarılma barədə iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və məhkəmənin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1329/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddia tələbinin təmin edilməməsinə əsas kimi iddia tələbinin "xxxx" MMC tərəfindən verilməməsi göstərilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1530/2024 saylı 30.10. 2024-cü il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır. Apellyasiya məhkəməsi iddia tələbinin "xxxx" MMC tərəfindən veriməli olmasını qətnamədə birbaşa göstərmişdir.Hesab edirlər ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh-Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 439 nömrəli Alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə ləğv edilməli və həmin müqavilə əsasında cavabdeh-"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh 52,4 kv.metr qeyri-yaşayış sahəsinə dair verilmiş 27. 04.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair çıxarış və texniki pasport ləğv edilməli və cavabdeh-Cavabdeh ünvan 2 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Belə ki, iddiaçı-Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "İcarə müqaviləsinin ləğv olunması və icarə haqqı üzrə borcun ödənilməsi və qeyri yaşayış sahəsinin boşaldılması barədə" iddia tələbinə dair Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 05 iyul 2004-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 629 saylı xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə ləğv edilmiş Dövlət Əmlakı Nazirliyi ilə "xxxx" Mahdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qey riyaşayış sahəsinin icarəyə verilməsi barədə 938 saylı 07 sentyabr 1998-ci il tarixli müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən icarəçi öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürmüşdür.Lakin cavabdeh şəxs tərəfindən müqavilənin şərtinə əməl olunmamış, ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir.İcarə müqaviləsi 12 ay müddətinə bağlanılsa da, «İcarə haqqında» Azarbaycan Respublikası Qanunun 13-cu maddəsinin 5-ci bəndinə müvafiq olaraq müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə şərtlərinə əməl olunmamasına baxmayaraq, icarəçi tərəfindən bu günə qədər icarə haqqı ödənilmədən həmin sahədən istifadə olunmaqda davam edilir ki, bunun da nəticəsi olaraq müqavilə əsasında icarəyə götürülmüş qeyri-yaşayış sahəsi üzrə cavabdehin 25 669 027 manat icarə haqqı borcu yaranmışdır. Ona görə də "xxxx" MMC ila bağlanmış icarə müqaviləsi ləğv edilməli və həmin sahə boşaldılaraq Dövlət Əmlakının idarə olunması və Özəlləşdirilməsi departamentinə təhvil verilməlidir.Lakin məhkəmənin qeyd edilən həmin qətnamə ilə müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Əmlak Komitəsi ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında Sumqayıt şəhəri, 3-cü məhəllə,ev 10/27 ünvanında yerləşən 168,4 kv/m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 938 saylı 07 sentyabr 1998-ci il tarix li müqavilə bağlanılmışdır. İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə əsasən icarə müqaviləsində digər şərtlərlə yanaşı, icarəyə verənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi göstə rilməlidir.Bundan əlavə tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 272-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayədar əmlakı haqq ilə müvəqqəti istifadə üçün kirayəçi yə verməyi öz öhdəsinə götürür.iş materiallarından aydın olur ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti icarəyə verən kimi öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, bunun nəticəsi olaraq icarəçi tərəfindən icarəyə götürülmüş qeyri yaşayış sahəsinə «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq müddətli sahiblik edilməməklə, qeyri-yaşayış sahəsindən istifadə edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsər rüfatı X2 xx.xx.2004-cü il tarixli 214 saylı arayışından da görünür ki, ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyriyaşayış sahəsində 1993-cü ildən hal-hazıra kimi məcburi köçkünlər məskunlaş mış və "xxxx" MMC həmin sahədən istifadə etməsi mümkün olmamışdır. Göründüyü kimi bütün göstərilən hallarda müqavilə şərtlərinə icarəyəverənin özü tərəfindən əməl olunmamış, əsassız olaraq süni formada icarə haqqı borcu yaradılmışdır. Bundan əlavə iş materiallarından göürünr ki, müqavilənin müddəti qurtardıqdan sonra tərəflər icarə müqaviləsinə xitam verilməsi barədə ərizə verməmişlər. İcarə haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə müvafiq olaraq müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Buradan bir daha görünür ki, icarə müqaviləsi 2004-cü ildə iddia verilənədək qüvvədə olduğu halda xx.xx.1999-cu ildə necə ləğv edilə bilərdi. Digər tərəfdən iddiaçı-Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olun ması və özəlləşdirilməsi departamenti cavabdeh "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətindən 25 669 027 manat məbləğində (köhnə AZN-lə) icarə haqqı tələb etdiyi halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-3346/2023 saylı cavab məktubunda icarəçinin həmin müqavilə üzrə borcu yoxdur cavabı verməsi tamamilə ziddiyət təşkil edir.Göstərilənlərə əsasən cavabdeh-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh-Cavabdeh arasında bağlanılmış 01.04. 2022-ci il tarixli 439 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi və cavabdeh-Cavabdeh ona satılmış 52 kv.m qeyri yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh 52,4 kv.metr qeyri yaşayış sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport ləğv edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçın nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən məhkəməyə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni tamamilə əsassız hesab edir. İddia ərizəsinin məzmunundan görünür ki,İddiaçı Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ləğv edilməsini, müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsini və Cavabdeh ona satılmış 52 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki ərizədə iddiaçı iddi tələblərini dəqiqləşdirərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Cavabdeh 52,4 kv.metr qeyri yaşayış sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarışın və texniki pasportun ləğv edilməsini,Cavabdeh ünvan 3 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir.İddiaçı öz tələbində ona əsaslanır ki,iddiaçı "xxxx" MMC-ni təsis etmiş və həmin MMC-nin direktoru olan Nümayəndə1 1993-cü ildə Cəbrayıl rayonu Soltanlı kəndindən məcburi köçkün düşərək həmin vaxtdan Sumqayıt şəhərində məskunlaşmış və 1998-ci ildə köhnə RAYPO deyilən cəmiyyətə məxsus Sumqayıt şəhəri, 3-cü məhəllə,ev 10/27-də yerləşən 168,40 kv.metr ticarət sahəsini icarəyə götürmüş, xx.xx.1998-ci ildə də Sumqayıt şəhər Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi "xxxx" MMC-yə Texniki Pasport vermişdir. Həmin obyektdə 1994-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüş bir neçə ailə məskunlaşdığından ticarət sahəsindən istifadə edə bilməmişdir. Lakin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəllişdirilməsi Departamenti 2004-cü ildə "xxxx" MMC ilə müqavilənin pozulması barədə 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırmış və Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsində baxılaraq məhkəmənin 05 iyul 2004-cü il tarixli,2950/3-589 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Uzun illər torpaqların azad olunmasını gözləmiş və torpaqlar azad olunduqdan sonra Sumqayıt şəhər icra Hakimiyyətinə və digər orqanlara gedərək əlində olan texniki pasportu göstərib köçkünlər getdikdən sonra obyektin icarəsində olması barədə qeydiyyat aparılmasını xahiş etmişdir. Bu zaman iddiaçıya məlum olmuşdur ki,icarəyə götürdüyü ticarət sahəsinin 52 kvadrat metrinə dair Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilmişdir. İddiaçı bu barədə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət etmiş, iddiaçıya həmin xidmət tərəfindən verilmiş cavabdan məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsinin Cavabdeh satılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022 ci il tarixli 439 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsindən sonra cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh həmin 52,4 kv.metr qeyri-yaşayış sahəsinə dair 27. 04.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport verilmişdir. İddiaçı Dövlət Əmlakı Nazirliyi ilə "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə 938 saylı 07 sentyabr 1998-ci il tarixli müqavilənin qüvvədə olmasını iddia edərək və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə istinad edərək yuxarıda qeyd edilən sənədləri mübahisələndirmişdir.Halbuki,iddiaçının istinad etdiyi Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 05 iyul 2004-cü il tarixli, 2950/3-589 nömrəli qətnaməsi ilə Dövlət Əmlakı Nazirliyi ilə "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə bağlanılmış 938 saylı 07 sentyabr 1998-ci il tarixli müqavilənin icra olunmadığı və faktiki olaraq görünüş üçün bağlanıldığı sübuta yetirilmişdir.Belə ki,həmin qətnamədə qeyd edilmişdir ki,"xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi R.Nümayəndə1 izahatında göstərmişdir ki, Dövlət Əmlakı Nazirliyi ilə "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmasına baxmayaraq Dövlət Əmlakı Nazirliyi həmin icarə sahəsini "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinə təhvil verməmiş, bu barədə təhvil-təslim aktı tərtib olunmamışdır. Bundan əlavə icarəyə verilən sahədə 1994-cü ildən məcburi köçkünlər məskunlaşdığından,"xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti icarəsinə verilmiş sahədən istifadə etməmiş və buna görə də icarə haqqı ödəməmişdir. Məhkəmə araşdırmaları zamanı bu hallar öz təsdiqini tapdığından, məhkəmə "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin icarə haqqı borcunun olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi,mübahisəli qeyri-yaşayış obyekti ilə bağlı 1998-ci ildə 1 illik icarə müqaviləsi bağlanılsa da,həmin tikili heç vaxt "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin istifadəsində olmamış və icarə müqaviləsi icrasız vəziyyətdə qalmışdır. İddiaçı 1998-ci ildə bağlanılmış icarə müqaviləsində göstərilən 168,4 kv/m qeyri-yaşayış sahəsinin qalan hissəsindən də bügünədək istifadə etmədiyi halda,həmin qeyri-yaşayış obyektinin hazırda mübahisə predmeti olan və nümayəndəsi olduğum Cavabdeh satılmış 52,4 kvadrat metr hissəsini əsassız şəkildə mübahisələndirməkdədir.Bu səbəbdən iddiaçınin tələbinin hüquqi əsası olaraq istinad etdiyi “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə istinadını da tamamilə qanunazidd hesab edirəm.Belə ki,sadalananlarla yanaşı, qüvvədə olan mülki qanunvericilikdə icarə (kirayə) müqaviləsinin müddəti başa çatdıqdan sonra həmin müqavilənin hüquqi qüvvəsinə xitam verilməsi nəzərdə tutulmuşdur.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.Həmin Qanunun 2.5-ci madədsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş məlumatlrdan görünür ki,iddiaçının istinad etdiyi icarə müqaviləsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1999-cu ildə xitam verilmiş və bu hal hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir. . Eyni zamanda iş materillarından görünür ki, ünvan 5 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsinin Cavabdeh satılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022 ci il tarixli 439 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır.İddiaçı əvəvlcə həmin müqavilənin ləğv edilməsini,hazırda məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdiriməsi ərizəsi ilə isə etibarsız sayılmasını tələb etmişdir. Halbuki, əqdlərin etibarsız sayılması əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində öz əksini tapmşdır ki, hazırki halda sözügedən müqavilənin etibarsız sayılmasına səbəb verən hər hansı qanuni əsas yoxdur.Belə ki,mübahisə predmeti olan daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri gözlənilmişdir.Yəni,müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır.Qeyd olunduğu kimi,bağlanmış əqd etibarlı olduğundan onun hüquqi nəticəsi olan daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi üçün də əsaslar mövcud deyildir.Həmçinin,bura onu da əlavə edə bilərəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət– şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.Sadalanan normaların hazırkı işə tətbiqi baxımından və iddiaçının məhkəməyə 2025-ci ilin aprel ayında iddia tələbləri ilə müraciət etdiyini,əqdin etibarsız sayılması ilə bağlı tələbini isə iddia tələblərinə dəqiqləşmə ərizəsi verərək 07 yanvar 2026-cı il tarixdə məhkəməyə təqdim etdiyini nəzərə alaraq hesab edirəm ki, İddiaçı MMC mübahisəli əqdin artıq etibarsızlığını məhkəmədə mübahisələndirmək hüququnu da itirmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. 16.01.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia tələbinə dəqiqləşmə vermişdirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılmasından ibarətdir.İşə daxil edilən sənədlərdən məlum olur ki, qeyri-yaşayış sahəsi İddiaçı icarəsinə verilmişdir.Daşınmaz Əmlakın səhv qiymətləndirilməsi nəticəsində qeyri yaşayış sahəsinin bir qismi olan 52.4 kv.m sahəni cavabdehə notarial qaydada təsdiq olunaraq alqı-satqı müqaviləsi əsasında satmış və onun əsasında mülkiyyət hüququ üzrə çıxarış verilmişdir. İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Müqavilədə açıq şəkildə görünür ki, imperativ normalara ziddir.Cavabdeh faktiki istifadə etməmişdir. Orada məcburi köçkün kimi yaşamışdır.Ümumi istifadə MMC-yə məxsus olmuşdur. 2004-cü il tarixdə məhkəmə qətnaməsi ilə tələb rədd olunmuşdur. Onların üstün hüquqları var.Qeyd edilən 1 illik müddət tətbiq oluna bilməz. İmperativ normaların pozulması ilə bağlı Konstitusiya Məhkəməsinin də qərarı var.
9. 16.01.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbinin dəqiqləşdirilməsinə etirazı etiraz ərizəsində bildirmişdirlər.İş materiallarından görünür ki, iddiaçının Əmlak Məsələləri dövlət Xidməti ilə 1 illik müqavilələri olmuşdur. O da 1998-ci ildə olmuşdur. Müqavilə faktiki olaraq görünüş üçün bağlanmışdır.Təhvil-təslim olmayıb deyə icarə haqqı olmamışdır.25-26 ildən sonra o müqaviləni hüquqi qüvvəyə mindirməyə çalışırlar.İcarə münasibətləri olmamışdır.İşdə olan yazışmalardan görünür ki, iddiaçının ən azından 2023-cü ildən müqavilədən xəbəri var idi.2025-ci ilin ortalarından mübahisələndirmişdirlər. Müddəti ötürmüşdürlər.Müddət kəsici müddət olduğuna görə orada müddətin bərpası da keçirilə bilməz.Cavabdeh vicdanlı alıcıdır. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlamışdır.O müqavilədən bir neçə ay sonra alqı-satqı həyata keçirilmişdir.Çıxarış 2022-ci ildə olmuşdur.İddia tələbi əsassızdır və onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. 16.01.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, o heç kimdən pul istəməmişdir.O yerin sənədi var.Onların firmasını 2004-cü ildə məhkəməyə vermişdirlər ki, borcları yaranmışdır.Onlar da sənəd təqdim etmişdirlər ki, orada yaşayış olmamışdır.Fakt odur ki, qaçqınlar yaşadığına görə istifadə edə bilməmişdirlər.
11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. a) Mülki işin materialları:
12. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin xx.xx.1998-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 3 ərazisində yerləşən "xxxx" MMC-nin ticarət sahəsi 168,40 kv.m təşkil edir.
13. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2950/3-589 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin cavabdeh "xxxx" MMC-yə qarşı “938 saylı, 07 sentyabr 1998-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqı üzrə 25.669.027 manat borcun ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2950/3-589 saylı qərardadının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin cavabdeh "xxxx" MMC-yə qarşı “938 saylı, 07 sentyabr 1998-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia tələbi üzrə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2950/3-589 saylı, xx.xx.2004-cü il tarixli qiyabi qətnaməsinin ləğv olunması qərara alınmışdır.
15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.metr olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X4 20.960 manat məbləğinə satılmışdır.
16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 52,4 kv.m təşkil edən ünvan 8 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə, **********7 nömrə ilə qeydiyyata alınmışdır.
17. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məlumatın təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən ticarət sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi barədə icarə müqaviləsinin ləğv edilməsi bağlı qərarın qəbul edilib-edilməməsi və ləğv edildiyi halda hansı əsaslarla ləğv edilməsi haqqında məlumatların və müsbət halda buna dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd edilən ünvanında yerləşən 168,4 kv.m qeyri-aşayış sahəsinə dair "xxxx" MMC ilə keçmiş Dövlət Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsi xx.xx.1999-cu il tarixindən ləğv edilmiş və icarəçinin həmin müqavilə üzrə borcu yoxdur.
18. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1530/2024 saylı qətnaməsindən görünür ki, verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. İş materiallarında olan dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında müqavilə bağlanmış və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52.4 m2 təşkil edən Sumqayıt şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə vermişdir.İcarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər təşkil edir.Bir aylıq icarə haqqı 420 manat təşkil etmişdir.
20. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 52,4 kv.m təşkil edən ünvan 8 xüsusi mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.
21. İş materiallarında olan xx.xx.20222-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52.4 m2 olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı X3 mülkiyyətinə verir.
22. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin sorğuya cavabından görünür ki, Komitənin elektron məlumat bazasında Cavabdeh barədə məlumat aşkarlanmamışdır.
23. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı X2 xx.xx.2004-cü il tarixli məktuba cavabdan görünür ki, Sumqayıt şəhəri 3-cü məhəllədə yerləşən 10/27 saylı binanın 1-ci mərtəbəsindəki 168.4 m2 qeyri-yaşayış sahəsində 1993-cü ildən hal-hazıra kimi məcburi köçkünlər məskunlaşıb yaşamışdırlar.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixli, 439 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Həmin əmlak üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışla rəsmiləşdirilmişdir.
25. Cavabdeh ticarət sahəsindən istifadə edə bilməmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəllişdirilməsi Departamenti 2004-cü ildə "xxxx" MMC ilə müqavilənin pozulması barədə 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırmış və Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsində baxılaraq məhkəmənin 05 iyul 2004-cü il tarixli, 2950/3-589 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Sumqayıt şəhər icra Hakimiyyətinə və digər orqanlara gedərək əlində olan texniki pasportu göstərib köçkünlər getdikdən sonra obyektin icarəsində olması barədə qeydiyyat aparılmasını xahiş etmiş, iddiaçıya məlum olmuşdur ki,icarəyə götürdüyü ticarət sahəsinin 52 kvadrat metrinə dair Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilmişdir. İddiaçı bu barədə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət etmiş, iddiaçıya həmin xidmət tərəfindən verilmiş cavabdan məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsinin Cavabdeh satılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022 ci il tarixli 439 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsindən sonra cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh həmin 52,4 kv.metr qeyri-yaşayış sahəsinə dair 27. 04.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport verilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
26. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki iş üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 6.1 Mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 178.1. daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.1 Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2 Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3 Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4 Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstəilən normalara əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı" qərarının 139- cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz…Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gələn Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında göstərildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu Qərarda formalaşdırılan hüquqi mövqeyə əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. MM-nin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli suruldukdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. MM-nin 354.2-ci maddə qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
27. Məhkəmə hesab edir ki, müddətin tətbiqi ilə bağlı etiraz və mülhaizəsi ilə bağlı cavabdehin dəlilləri əsassız olmaqla, hazırki halda tərəflər arasında olan mübahisə tətbiq olunması qanunvericiliyin tələbinə uyğun deyil.
28. Məhkəmənin qənaətinə görə hazırki halda iddia tələbinin əsaslı olmasına dair dəlillər, sübutlar məhkəmə mübahisəsinin predmeti olmamışdır.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh 52,4 kv.metr qeyri yaşayış sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport ləğv edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
1. Qanunverici etibarsızlıqla bağlı müddəlarına əsaslanaraq məhkəmə hesab edir ki, hazırda əqdin etibarsızlığını təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmiş, işin araşdırılan halları ilə sübut olunmamışdır.
2. Məhkəmə iddia tələbinin “ünvan 3-də yerləşən 52,4 kv.m qeyri yaşayış sahəsinə dair Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və texniki pasportun ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
3. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
6. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
7. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh 52,4 kv.metr qeyri yaşayış sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport ləğv edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia ərizəsi təmin edilməməlidir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
10. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
11. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
13. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi:
15. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi və qeyri yaşayış sahəsindən çıxarılma tələbi"nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aynur Behbudova