Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5111/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliyinin icra edilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MTK ilə onun arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 4-cü blok zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.metr olan, izolə olunmuş qeyri-yaşayış sahəsinin verilməsi üçün bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə müqavilə öhdəliklərinin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 2vanının Abşeron rayonunun ərazisinə aidiyyəti olmadığından hazırki işə Abşeron Rayon Məhkəməsində baxıla bilməz. Mülki-Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsindən görünür ki, onu iddiaçının adından nümayəndəsi X2 imzalamışdır. Həmin etibarnamə ilə iddiaçı tərəfindən X1 iddia ərizəsini imzalamaq səlahiyyəti verilsə də, onun hansı əsasla (vəkil və ya yaxın qohum olması) verildiyi işdən görünmür. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinə cavabdeh tərəfindən əməl edilməsi öhdəliyinin onun üzərinə qoyulmasını xahiş etsə də, iddia ərizəsinə pretenziya qaydasına riayət edilməsini göstərən hər hansı bir sənəd əlavə etməmişdir. Halbuki, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqavilənin 5.3-cü bəndində göstərilmişdir ki, müqavilə üzrə mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir. Qarşılıqlı razılıq əldə edilmədikdə, mübahisələr qanunvericiliyə uyğun şəkildə məhkəmələr tərəfindən həll edilir. Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Habelə ərizədən və ona əlavə olunmuş sənədlərdən iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi görünmür. Ərizəyə dövlət rüsumunun ödənilməsindən azad edilməyə əsas verən sənəd əlavə edilmədiyindən məhkəmə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi qənaətinə gəlir. MPM-nin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə görə və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliyinin icrası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5111/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5111/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver