Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1856/2023 20.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 11 aprel 2019-cu il tarixində ona məxsus olan Mercedes markalı (90FA837 dövlət nömrə nişanlı) nəqliyyat vasitəsini kirayə vermək məqsədi ilə aralarında müqavilə bağlayaraq günlük 25 manat olmaqla 1 il müddətinə müqavilə imzalamışlar. Həmçinin onu da qeyd edir ki, bu sadəcə gündəlik kirayə müqaviləsi olması səbəbi ilə nəqliyyat vasitəsi müddətin sonunda cavabdehə qalmayacaq şəkildə bağlanmışdır. Cavabdeh bir müddət vaxtı-vaxtında ödəniş etməsinə baxmayaraq sonradan aralarında günü-gündən borc yaranmağa başlamış və ümumi müddətin sonunda ona 4500 manat borc məbləği yaranmışdır. Cavabdeh isə öz növbəsində borcu gecikdirmişdir. Sonradan cavabdeh maşını geri qaytarmış və aralarında bağlanmış müqavilə əsasında 4500 manat borcu qalmışdır. Bir müddətdən sonra isə cavabdeh telefon nömrəsini dəyişərək ondan qaçmağa başlamışdır. Həmçinin sözügedən nəqliyyat vasitəsini nasaz vəziyyətdə yol kənarında buraxaraq ondan qaçaraq gizlənmişdir. Nəqliyyat vasitəsinə cərimələr hesablanması ilə bərabər nəqliyyat vasitəsinin üzərində əziklər və arxa buferdə çatlar, qırıqlar mövcüddür, qabaq bufer isə ümumiyyətlə yoxdur, maşının matoru tam yarasız hala düşdüyü üçün matorunda təmir olunması vacibdir. Həmçinin o, adına gələn cərimələri ödəmişdir, lakin cərimə pullarını cavabdehdə tələb etmir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 09 fevral 2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən İddiaçı qanuni əsaslarla ona məxsus olan "Mercedes Benz E220" markalı minik nəqliyyat vasitəsi, (sonradan «Nəqliyyat vasitəsi» adlandırılır; Dövlət nömrə nişanı: ** FA *** ; Buraxılış ili: 1996 ; Mühərrik №; Nömrəsiz ; Rəngi:Gümüşü metallik; Tip; sedan; Ban; WDB2100041A161854) icarəyə verməyi, icarəçi Cavabdeh isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 fevral 2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən İddiaçı qanuni əsaslarla ona məxsus olan "Mercedes Benz E220" markalı minik nəqliyyat vasitəsi, (sonradan «Nəqliyyat vasitəsi» adlandırılır; Dövlət nömrə nişanı: ** FA *** ; Buraxılış ili: 1996 ; Mühərrik №; Nömrəsiz ; Rəngi:Gümüşü metallik; Tip; sedan; Ban; WDB2100041A161854) icarəyə verməyi, icarəçi Cavabdeh isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və icarə müqaviləsi üzrə 4500 manat borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 4500 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 676-cı maddəsinə görə bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməsi, yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmaması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 692.2.1-ci maddəsinə əsasən, kirayəyə verənin kirayə hüquq münasibətlərinə kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda xitam vermək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəllənin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh icarə müqaviləsi üzrə borclu olduğu 4500 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1856/2023
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1856/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver