Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1862/2020 05.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil Həsənəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ünvan 2 71 saylı mənzilində istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil Həsənəli oğlu iddianı müdafiə edərək bildirdi ki, ünvan 2 71 saylı mənzil xx xxxxxx 2017-ci il tarixli Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, İddiaçı mülkiyyətindədir. Cavabdeh X2 xx xxxxxx 2018-ci il tarixdə mənziində pasport qeydiyyatına alınmış, lakin iddiaçının mənzilində heç vaxt yaşamamışdır. Bundan əvvəl cavabdeh başqa yerdə qeydiyyatda olmuşdur. İddiaçıda olan məlumata görə cavabdeh daimi yaşamaqdan ötrü Türkiyəyə köçmüşdür. Lakin cavabdehin hal-hazırda harada olması ilə bağlı heç bir məlumat yoxdur. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan RX seriyalı, № ******* saylı AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 mənzil 71 ünvanında yerləşən ümumi sahəsi 78,7 kv.m olan torpaq sahəsi xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan 3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 2 mənzil 71 ünvanında İddiaçı, Cavabdeh və X3 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon polis idarəsi tərəfindən məhkəmənin sorğusuna göndərilmiş xx.xx.2020-ci il tarixli,128-649 saylı məktubundan görünür ki, xx.xx.2000-ci il tarixdə,Bakı şəhərində anadan olmuş vətəndaş Cavabdeh ünvan 2 mənzil 71 ünvanına Abşeron rayon RPİ-nin Q və ŞVB-ci tərəfindən qeydiyyata alınmadığı üçün sənədlərin surətlərinin göndərilməsi mümkün olmamışdır. Məhkəmə işdə iştirak iddiaçının vəkili-nümayəndəsi dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin olunmasına əsas verən hallar kimi sözügedən mənzilin iddiaçının mülkiyyətində olmasını, cavabdeh X1 xx xxxxxx 2018-ci il tarixdən mübahisəli mənziində pasport qeydiyyatında olduğunu və cavabdehin mübahisəli mənzilində heç vaxt yaşamamasını göstərmişdir. Həqiqətən, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, ünvan 2 71saylı mənzil xx xxxxxx 2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması ilə bağlı hər hansı bir hal məhkəmədə müəyəyn edilməmişdir. Lakin, hazırkı halda iddiaçı tərəfin göstərdiyi hallarla bağlı məhkəmə qeyd edir ki, mövcud olmayan hüququn məhkəmə qaydasında mövcud olmayan hesab edilməsi üçün maddi hüquq normalarına uyğun qiymətləndirilməsi mümkün olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli il tarixli qərarında göstərdiyi hüquqi mövqeyə istinad edərək mövcud olmayan hüququn iddia tələbində göstərilən formada maddi hüquq normaları baxımından hazırki vəziyyətdə təmin edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu sözügedən qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçınun Cavabdeh qarşı X1 ünvan 2 71 saylı mənzilində istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov.
Məhkəmə qərarları › İş №2(012)-1862/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1862/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver