Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-187/2024 19.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili-nümayəndəsi Vəkil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində olan 0,02 ha torpaqdan məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, İddiaçı qardaşıdır və vaxtilə Cavabdeh ilə evli olmuşdur. Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində olan 0,02 ha torpaq sahəsi onun mərhum anası X3 icarəsində olmuş, anası vəfat etdikdən sonra bacısı İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququ tanınmışdır. Onunla Cavabdeh rəsmi olaraq boşanmışdırlar, lakin cavabdeh hələ də sözügedən torpaq sahəsindən çıxmaq istəmir. Göstərilənlər əsasında o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil izahatında bildirdi ki, İddiaçı nümayəndəsi, yəni qardaşı Nümayəndə Cavabdeh ilə evli olmuş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2010/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış ilə iddiaçının anası X5 Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində 0,02 ha torpaq sahəsi verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 18 iyun 2023-cü il tarixli şəhadətnamə ilə İddiaçı miras əmlakdan tam hissədə pay almışdır. İddiaçının qardaşı Nümayəndə ilə Cavabdeh arasında nikah pozulmasına baxmayaraq həmin torpaq sahəsindən çıxmamışdır, cavabdeh oradan istifadə edir, iddiaçını həmin torpaq sahəsinə buraxmır və mülkiyyətçinin tələbinə baxmayaraq torpaq sahəsini boşaltmır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-5013/2022 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə, Nümayəndə, X5, X4 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsinə qarşı X6 ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il il tarixli, 3M-330 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilənin nəticəsi olaraq X5 verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın və AA512841 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin X6 ilə Nümayəndə arasında bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə tərəfindən mütəxəssis qismində işə cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi X7 məhkəmə iclasında bildirdi ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə yerli baxış keçirilmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi üzrə İddiaçı çıxarış verilmiş, lakin torpaq sahəsi mühahisəli hesab edildiyindən iddiaçıya texniki pasport verilməmişdir. Qeyd edir ki, İddiaçı və Cavabdeh istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahələrinin ölçüsü ilə həmin torpaq sahələrinin xəritədəki ölçüləri arasında fərqlər vardır və hazırda həmin ərazidə dürüstləşmə işləri aparılır. Həmçinin yerli baxış zamanı aşkar edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0137 ha təşkil edir. Torpaq sahələrinin uçotu aparıldıqdan sonra torpaq sahələrinin sənəddə qeyd edilmiş ölçüləri ilə onların faktiki vəziyyətinin ölçüləri bir-biri ilə uyğunlaşdırılmışdır. Bundan əlavə bildirir ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu 2020-ci ildə daş hasara alınmış və həmin sovxozun yerləşdiyi torpaq sahəsi ölçülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə icarə hüququ üzrə X3 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 18 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı miras qalmış əmlakdan – Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən mərhum X3 icarəsində olan 0,02 ha torpaq sahəsindən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə icarə hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5013/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisinə, Nümayəndə, X5, X4 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsinə qarşı - X6 ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-330 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilənin nəticəsi olaraq X5 verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın və AA512841 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin X6 ilə Nümayəndə arasında bağlanmış hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili-nümayəndəsinin, həmçinin mütəxəsisin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci, 56-cı, 67.1-ci, 67.3-cü, 67.4-cü, 84.1-ci və 111-ci maddələri təşkil edir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə icarə hüququ üzrə İddiaçı anası X3 adına dövlət qeydiyyatına alınmış, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, 18 iyun 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı miras qalmış əmlakdan – Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən mərhum X3 icarəsində olan 0,02 ha torpaq sahəsindən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə icarə hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmış, lakin məhkəmədə sübutların tədqiqatı zamanı sözügedən torpaq sahəsinə dair cavabdehin hüquqmüəyyənedici sənədləri müəyyən edilməmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə daxil olması iddiaçının və onun vəkili-nümayəndəsinin, həmçinin mütəxəssisin izahatı ilə yanaşı iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/3337 saylı ekspert rəyi ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/3337 saylı ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin qeydə alınmadığı, lakin elektron məlumat bazasına əsasən **********42 reyestr nömrəli çıxarışla X1 üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarının Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsinin 0,0137 ha təşkil etdiyi müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərildiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı icarəsində olan torpaq sahəsinin 0,0137 ha hissəsinin zəbt edilməsi və 0,02 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən həmin torpaq sahəsinə hər hansı bir müdaxilə iddiaçının qanuni maraqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********42 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı icarəsində olan 0,02 ha torpaq sahəsinin 0,0137 ha hissəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-187/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-187/2024
19.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver