Məhkəmə qərarları › İş №2(012)-1887/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1887/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1887/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nəbi Xəzri küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evindən çıxarılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nəbi Xəzri küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı, 16,5 kv.metr yaşayış, 13.1 kv.metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin fərdi yaşayış evini 08 noyabr 2007-ci ildə **********28-10301 reyestr və ********* qeydiyyat nömrəsi ilə dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində adıma rəsmiləşdirib çıxarış almışdır. Hazırda ailəsi ilə birlikdə qeyd olunan fərdi yaşayış evində yaşayır. Cavabdeh onun keçmiş gəlinidir. X13 xx.xx.2009-cu il tarixdə ailə qurduqda o, bir ata kimi, onun ailəsi ilə birgə bu evdə müvəqqəti yaşamasına icazə vermişdir. Cavabdeh oğluna qarşı nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda mülki iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. O, dəfələrlə cavabdehdən evdən çıxmasını tələb etsə də, Cavabdeh evdən çıxmaqdan imtina etmişdir. Onun tərəfindən mübahisəli fərdi yaşayış evindən istifadə etməsinə maneçiliklər törədilir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı (nümayəndəsi) MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh ona məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nəbi Xəzri küçəsi 10 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı (nümayəndəsi) yenidən MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh iddiaçıya məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nəbi Xəzri küçəsi 10 saylı fərdi yaşayış evindən azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə çıxarılması, habelə həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı (nümayəndəsi) yenidən MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh iddiaçıya məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Abşeron küçəsi 13 saylı fərdi yaşayış evindən azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə çıxarılması, habelə həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, mübahisəli evdə 2011-ci ildən yaşayır və onun təmirinə valideynləri vəsait xərcləyib. Başqa yaşayış sahəsi ilə təmin ediləcəyi təqdirdə mübahisəli evdən çıxmağa razıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Abşeron küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 78,60 kv.metrlik 13 saylı fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Onun adına xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İşdə olan nikah haqqında AZ-İ 497423 saylı şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx.xx.2009-cu il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nəbi Xəzri küçəsi 10 saylı fərdi yaşayış evində İddiaçı, X5 və X4 pasport qeydiyyatındadırlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında xx.xx.2009-cu il tarixdə Masallı RİİHB-nin Türkoba ərazisi üzrə nümayəndəliyində bağlanmış 16 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-cı il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında saxlanılması, X2 Cavabdeh xeyrinə xx.xx.2011-cı il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tаriхdən bаşlаyаrаq hər аy hər bir uşaq üçün 235 mаnаt olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev xx.xx.2022-ci il tarixli reyestrdən çıxarışa əsasən iddiaçının adına qeydə alınmışdır. Cavabdeh G.M.Bbayeva iddiaçının oğlu Elvin Bababyevlə xx.xx.2009-cu il tarixdə nikaha girmiş, daha sonra 2011-ci ildə mübahisəli evə köçmüşdür. Bu nikahdan onların xx.xx.2011-cı il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Uşaqlar mübahisəli evdə qeydiyyatdadırlar. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Abşeron küçəsi 13 saylı fərdi yaşayış evindən azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə çıxarılması, habelə həmin fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2011-ci ildə yarandığından (cavabdeh məhkəmə iclasında həmin evə 2011-ci ildə köçdüyünü bildirmişdir) məhkəmə hesab edir ki, bu mübahisəyə hazırki Mənzil Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, Cavabdeh artıq xx.xx.2024-cü ildən mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü deyildir, yəni onun yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə məhkəmə qərarına əsasən 2024-cü ilin fevral ayından xitam verilmişdir. İşdən, həmçinin görünür ki, Cavabdeh uşaqları ilə birlikdə iddiaçının oğlu ilə boşanandan sonra da mübahisəli evdə yaşamaqda davam edir. Belə olan halda cavabdehin iddiaçının X13lə əvvəllər nikahda olmasına istinad edərək mübahisəli evdə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin uşaqları ilə birlikdə yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Abşeron küçəsi 13 saylı fərdi yaşayış evindən azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə çıxarılmalı, habelə həmin fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Abşeron küçəsi 13 saylı fərdi yaşayış evindən azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar