Məhkəmə qərarları › İş №2(012)-1890/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1890/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1890/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsindən və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı 8300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun xüsusi mülkiyyətində Abşeron rayonu, Masazır qəsəbəsində ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən 0,0069 ha torpaq sahəsi vardır. Eyni zamanda həmin torpaq sahəsində inşa edilmiş ev də ona məxsusdur. Belə ki, həmin torpaq sahəsində ev inşa etmiş, qardaşı X6 xx.xx.2016-cı ildə Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Həmin vaxtdan qardaşı ilə Cavabdeh yaşayış yerləri olmadığı üçün o, müvəqqəti olan mülkiyyətində olan evi onların istifadəsinə vermişdir. Hal-hazırda cavabdeh ilə qardaşının ailə münasibətlərinə xitam verilmişdir. Lakin cavabdehə dəfələrlə deyilməsinə baxmayaraq onun mülkiyyətində olan mənzildən çıxmaq istəmir. Ona görə o, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Cavabdeh qarşılıqlı iddiası əsassızdır. Bildirir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən onun mülkiyyətində olan torpaq sahəsi ona anasından miras əmlak kimi keçmişdir. Belə ki, həmin əmlak əvvəlcə onun mərhum anasının mülkiyyətində olmuşdur, hal-hazırda isə onun mülkiyyətindədir. Cavabdeh onun ailə üzvü deyildir, qardaşı X2 qeyri-rəsmi münasibətlərdə olduğu qadındır. Yaşamalara yerləri olmadığı üçün 2019-cu ildə qardaşına və Cavabdeh həmin torpaq sahəsində inşa edilmiş evdə yaşamalarına icazə verilmişdir. Qeyd edir ki, onun anası vaxtilə evi hazır vəziyyətdə torpaq ilə birlikdə almışdır. Hazırda Cavabdeh qardaşı ilə faktiki nikah münasibətləri də pozulmuşdur, yəni aralarında heç bir qohumluq əlaqəsi yoxdur. Habelə onu da qeyd edir ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindəki evə gəlin köçməmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində inşa edilmiş evdə qalması onun mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Onun qarşılıqlı iddiasında göstərdiklərinə gəldikdə isə onun tərəfindən həmin torpaq sahəsində heç bir tikili inşa edilməmiş və əsaslı təmir işləri aparılmamışdır. O, Cavabdeh təqsirindən öz əmlakına daxil ola və mülkiyyətində olan əmlaka sahiblik edə bilmir. İş o yerə çatmışdır ki, o və qardaşı X6 həmin evə onun tapşırığ əsasında evdə hansısa işləri görməyə gedəndə Cavabdeh qardaşı X3 şər və böhtan atır, polis çağırır, problem yaradır. Cavabdehin məqsədi onu öz əmlakından məhrum etməkdir. Torpaq sahəsini mərhum anası özü öz adına almışdır, ona da həmin torpaq sahəsi miras əmlak kimi keçmişdir. Həmin əmlak Cavabdeh qardaşı ilə birlikdə yaşaması üçün alınmamışdır. Əgər onların yaşamaları üçün alınsa idi elə qardaşının adına alınmış olardı. Torpaq sahəsi alınan zaman torpaq sahəsində inşa edilmiş ev də mövcud olmuşdur və həmin evin layihəsi də mövcuddur. Həmin ev 2017-ci ildə təsdiq edilmiş layihə əsasında (ilkin mülkiyyətçinin adına tərtib edilmişdir) tikilmişdir və bu gün də layihədə olduğu vəziyyətdədir. Bundan başqa mən Cavabdeh nə artırma aparması, nə də başqa bir işlərin aparılmasına icazə və razılıq verməmişdir. Habelə Cavabdeh tərəfindən torpaq sahəsində heç bir tikinti, artırma və torpaq sahəsində yerləşən evdə heç bir əsaslı təmir işləri aparılmamışdır. Hətta aparılsa da belə onun buna razılığı olmadığı üçün cavabdeh hər hansı bir məbləği ondan tələb edə bilməz. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi qaimə-fakturalara gəldikdə isə həmin qaimə fakturalarda nə alan, nə də satan adamların adları qeyd edilməmişdir, eyni zamanda qaimə fakturalarda möhür də yoxdur. Həmin qaimə fakturalar hər hansı bir halı təsdiq edən sübut qismində qəbul edilə bilməz. Cavabdeh o zaman ondan 8300 manat məbləğini tələb edə bilərdi ki, onunla cavabdeh arasında cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi işlərin görülməsinə onun yazılı razılığı olardı və həqiqətən, həmin işlərin görülmüş olması ilə bağlı mötəbər sübutlar - tikinti-təmir işlərinin aparılmasına dair podratçılarla bağlanmış müqavilələr, kassa çekləri, smeta sənədləri və s. mövcud olardı, heç olmasa orada mövcud olan kombinin, su qızdırıcısının Cavabdeh adına tərtib edilmiş zəmanət talonu mövcud olardı. Hazırda qeyd edilən hallara dair heç bir sübut qarşılıqlı iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda torpaq alınan zaman üzərində mövcud olmuş ev ilə bağlı tərtib edilmiş layihə də mövcuddur ki, həmin sənəddə torpaq sahəsi alınan zaman onun üzərində olan evin hansı vəziyyətdə olması öz əksini tapmışdır. Qeyd edir ki, cavabdehin qarşılıqlı iddiasının əsasını təşkil edən heç bir normativ-hüquqi akt qarşılıqlı iddiada göstərilməmişdir. Halbuki hər bir tələbin əsasında qanun dayanır, hazırda cavabdehin tələb etdiyi məbləği hansı qanun normalarına əsasən tələb etdiyi də aydın deyildir. Qeyd olunanlara əsasən o, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın heç bir sübutla təsdiqlənmədiyini nəzərə alaraq rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, ilkin iddianı qəbul etmir. Belə ki, xx.xx.2016-cı il tarixdə el adəti ilə iddiaçının qardaşı X6 ilə evlənmiş və onların yaşadığı Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən 2 otaqlı mənzilinə gəlin köçmüşdür. Şəxsiyyət vəsiqəsində yaranmış problemlə əlaqədar onlar aralarında bağlanmış nikahı rəsmiləşdirə bilməmişdirlər. Onların faktiki nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Ailə böyüdüyü üçün həyat yoldaşının valideynləri 2 otaqlı mənzili sataraq Abşeron rayonu, Masazır kəndində 2 ədəd ev almışdırlar. Evin biri özlərinin yaşaması üçün qayınatasının adına, digər təxminən 1 sota yaxın torpaqda tikilmiş evi onunla iddiaçının qardaşı üçün almışdırlar. Torpaq xüsusi mülkiyyətdə, onun üzərində yerləşən ev isə sənədsiz olmuşdur. Onun həyat yoldaşı X6 pis vərdişlərə sahib olduğundan onlara alınan evin altında yerləşən torpaq sahəsi qayınanasının adına rəsmiləşdirilmişdir. Ev faktiki onlar üçün alındığından alınan ilk gündən onlar - o, qızı və X1 həmin evdə yaşamışdırlar. Evin onlar üçün alındığını və tam onların istifadəsinə verildiyindən, tavan damdığından, dam örtüyünü, döşəməsini dəyişmiş, evi təmir etdirmiş və evin qarşısından bir otaq artıraraq tam təmir etdirmişdir. Ustalara verilən əmək haqqından əlavə tikinti materiallarına 10000 manatdan artıq pul xərcləmişdir. Həmin pulun bir hissəsini anasından almış və övladını tək böyüdən ana kimi dövlətin ona ayırdığı sosial yardım hesabına həll etmişdir. İddiaçının qardaşı həyat yoldaşı X6 ailəyə yardım etmədiyi, pis vərdişlərlə məşğul olduğu və ona başqa qadınla xəyanət etdiyi üçün həyat yoldaşını məhkəməyə verərək aliment tələb etmiş, alimenti ödəmədiyi üçün haqqında axtarış elan edilmiş və hətta 8 gün inzibati qaydada həbs edilmişdir. Əvvəl qayınatası, ondan sonra qayınanası X4 xx.xx.2019-cu ildə qəfildən vəfat etmişdir. Yaşadığı evin altında olan torpağın analarının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmasından istifadə edərək İddiaçı mirası qəbul etmiş, övladının atası X6 isə ona düşən paydan qəsdən iddiaçının xeyrinə imtina etmişdir. Ona təzyiq, pislik olaraq əsas iddia tələbi üzrə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, onun evin təmirinə və bir otağın tikilməsinə sərf etdiyi pullar əsas iddia tələbi üzrə İddiaçı tərəfindən ona ödənilməlidir. Sözügedən evə çəkdiyi xərclər İddiaçı tərəfindən ödəniləcəyi halda o, mənzildən çıxacaqdır. Odur ki, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0069 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0069 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin bununla belə Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini tərk etməməsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə bərabər, mülkiyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququn da pozulması ilə nəticələnir. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə və onun üzərindən inşa edilmiş fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmamışdır və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Beləliklə,işin faktiki hallarından göründüyü kimi, ilkin iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə iddiaçının hüququ heç bir şəkildə məhdudulaşdırılmamış,cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudulaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunmuş 8300 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə tərəf sübut kimi müxtəlif tarixlərdə verilmiş qaimə-fakturalara və fotoşəkillərə istinad etmiş, yalnız həmin qaimə-fakturaları və fotoşəkillər ilə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etmək mümkün olmadığından məhkəmə qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılsın. İddiaçı 8300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi barədə qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar