Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-190/2025 10.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi, təmirinə şərait yaradılması, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi və təmirinə şərait yaradılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə onun arasında bağlanılmış 24 sentyabr 2014-cü il tarixli 157 №li müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6-cı mərtəbəsində 3 otaqlı mənzilinin ona təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən binanın qarşısında 28.7 kv.m ümumi sahəsi olan qaraj son 30 ildə onun istifadəsində olmuş, həmin qarajı ƏMDX-yə aylıq icarə haqqı ödəməklə avtomobil yuma məntəqəsi kimi istifadə etmişdir. 2014-cü ilin sentyabr ayında qonşu, habelə bina inşa edən şəxs kimi tanıdığı Nofəl Hacıyev ona müraciət edib qarajın yerləşdiyi yerdə bina inşa etmək istədiyini, həmin yerdə yerləşən obyekt sahiblərini razılaşma yolu ilə oradan çıxardığını bildirib, ona razılaşma təklif etmişdir. Razılaşmaya əsasən, həmin qarajın onun tərəfindən özəlləşdirilməsinə icazə verməklə bağlı ƏMDX-yə ərizə yazsa, Nofəlin faktiki rəhbəri olduğu Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri ərazisində inşa edilən binadan ona bir ədəd mənzil verəcəkdir. O da həmin şərtlə razılaşıb, bir neçə gün sonra, yəni 23 sentyabr 2014-cü il tarixdə ƏMDX-yə getməklə sözügedən qarajdan imtina etməyi ilə bağlı ərizə yazdı. Bundan bir gün sonra Nofəl Hacıyev İ.Dadaşov 57 ünvanında yerləşən ofisinə onu dəvət edib, orada onun faktiki rəhbəri olduğu Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzilin 64.484 manat müqabilində satılması barədə 24 sentyabr 2014-cü il tarixli müqavilə və MTK-ya mənzilə görə 68.484 manat məbləğində vəsait ödənilməsi barədə qəbzi vermişdir. Ancaq illər keçməsinə baxmayaraq, mənzil hələ də ona təhvil verilməyib. Cavabdeh1 MTK ilə aralarında xx.xx.2014-cü ildə mənzil alqı-satqısına dair 157 №li müqaviləyə əsasən, hər bir kv.m sahəsinin ilkin dəyəri 600 manat olmaqla, ümumi məbləği 68484 manat olan Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzili Cavabdeh1 MTK tikib ona təhvil verməyi öhdəsinə götürüb. (Müqavilənin 1, 2-ci bəndləri) Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş 22 sentyabr 2014-cü il tarixli maliyyə arayışına əsasən, tərəfindən 68484 manat məbləğ Cavabdeh1 MTK-ya tam həcmdə ödənilib. Maliyyə arayışı Cavabdeh1 MTK-nın sədri X12 tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmişdir. Ödənişin tam həcmdə edilməsinə və binanın tiktintisinin başa çatmasına baxmayaraq, bu günə kimi mənzil hələ də ona təhvil verilməyib. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəfindən Cavabdeh1 MTK-ya xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq Cavabdeh1 MTK ilə aralarında bağlanmış 22 sentyabr 2014-cü il tarixli 157 №li müqaviləyə əsasən, Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı mənzili 5 iş günü ərzində təhvil verməsi və mənzilin təmirinə şərait yaradılması tələb edilmiş, əks təqdirdə tərəfindən məhkəməyə müraciət ediləcəyi və bütün məhkəmə xərclərinin Cavabdeh1 MTK-dan tələb olunacağı bildirilmişdir. Lakin Cavabdeh1 MTK tərəfindən heç bir cavab verilməmiş və mənzil təhvil verilməmişdir. Tərəflər arasında imzalanmış müqavilə hər iki tərəf üçün öhdəlikləri müəyyən edir. Belə ki, müqavilə ilə İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin kooperativə ödənilməsi, Cavabdeh1 MTK tərəfindən isə payçıya müvafiq yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3, Mülki Məcəlləsinin 109.1, 109.4, 146.1, 385.1, 448.1, 452.1, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə baxışı dövründə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh kimi göstərməklə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış 24 sentyabr 2014-cü il tarixli 157 №li müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı mənzili İddiaçı təhvil verilməsi, mənzilin təmirinə şərait yaradılması və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan 19 avqust 2023-cü il tarixli mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 MTK Cavabdeh2 arasında olan 19 avqust 2023-cü il tarixli mənzilin tikintisi haqqında müqavilə, Cavabdeh2 məxsus sənədlər və şəxsiyyət vəsiqəsi Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. Hazırda hesab edir ki, iddia tələbimin həcminin artırılmasına zəruriyyət yaranmışdır. Belə ki, təqdim etdiyi sənədlərdən görünür ki, sözügedən mənzilə dair Cavabdeh1 MTK ilə aralarında xx.xx.2014-cü il tarixli mənzil alqı-satqısına dair ilkin müqavilə bağlamış və həmin mənzilə aid maliyyə arayışı da mövcuddur. Belə olduğu təqdirdə həmin mənzil üzərində onun sahiblik və istifadə hüququ yaranmış və həmin mənzil Cavabdeh1 MTK-nın balansından çıxmışdır. Buna görə də, Cavabdeh1 MTK artıq özünün balansında olmayan əmlakı digər şəxsə sata bilməz. Cavabdeh1 MTK üzərində sahiblik və istifadəsində olan əmlakı 3-cü şəxsə satmışdır. Halbuki, həmin əmlak üzərində Cavabdeh1 MTK-nın heç bir hüququ qalmamışdır, həmin əmlakı digər 3-cü şəxsə sata bilməz. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337-ci maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 2014-cü il tarixində o, əraziyə yaxınlaşanda binanın hələ 2-ci mərtəbəsi tikilməkdə idi. Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114.14 kv.m sahəsi olan mənzili bəyənmiş və seçmişdir. Mənzilin tikintisi təxmini 4-5 il çəkmişdir. Sonra 2014-cü ilin sentyabr ayında onunla Cavabdeh1 MTK arasında müqavilə bağlamış, mənzil ona satılmış və ödəniş barədə qəbz almışdır. Müqavilə 2 nüsxədə tərtib olunmuş və bir nüsxəsi MTK-da qalmışdır. Həmin vaxt MTK-nın direktoru Tariel Hacıyev olmuşdur. Lakin həmin müqavilədəki imza Tariel Hacıyevnun etibar etdiyi Nofəl Hacıyev tərəfindən çəkilmişdir. O, ödənişi isə Nofəl Hacıyevə etmişdir. Nofəl Hacıyev həmin vaxt binanı tikənlərlə şərik olduğunu və həmçinin təsisçi olduğunu bildirmişdir. Soyadları eyni olduğundan çox güman ki, Tariel Hacıyev və Nofəl Hacıyev qohumdurlar. Lakin hazırda MTK-nin sədrinin kim olduğunu bilmir. O, Gənclikdə olan mülkündən imtina etmiş və üzərinə pul qoymaqla həmin mülkü sözügedən evlə kompensasiya etmişlər. Təxminən 2018-ci ildə o, sözügedən mənzili satmaq istəmiş, lakin ona mənzilin əvvəlcə təhvil verilməsini gözləməsini bildirilmişdir. Buna baxmayaraq o, mənzili sövdələşmə ilə başqa şəxsə satmış, lakin mənzil yenə də anası X6 adına qalmışdır. Nofəl ilə bağlı Ağır Cinayətlər Məhkəməsində olan prosesdə o, anasının adından zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan əlavə qeyd edir ki, o, təxminən 2022-ci ildə ora yaxınlaşanda mənzilin Rasim adlı şəxsə satıldığını bildirmişdir. O, Rasimi taparaq evin ona məxsus olduğunu və mənzildə konstruksiya işlərini dayandırması bildirmişdir. Bir müddət sonra o, binaya yaxınlaşanda Abbas adlı şəxs ona bildirmişdir ki, Rasim həmin evi Cavabdeh2 satmışdır. Nofəl özü barəsində çıxarılan ittiham aktında onu bilərəkdən aldatdığını etiraf etmişdir. Odur ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli mənzilin tikinitisi haqqında müqavilənin etibarsız hesab ediməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, 19 avqust 2023-cü il tarixdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanan müqaviləyə əsasən, o, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində ümumi sahəsi 133,26 kv.m olan 10 bloklu yaşayış binasının giriş D bloku, 6-cı mərtəbə, 79 saylı, 3 otaqlı və təmirsiz mənzilini almışdır. Həmin mənzilə görə Cavabdeh2 MTK-ya 97000 manat pul ödəmiş və bu barədə rəsmi arayış, müqavilə və ödənişlərə dair maliyyə çıxarışı verilmişdir. Bundan sonra qeyd olunan mənzilə görə dörd ay ərzində tam təmir işləri görmüş və mənzili tam təmir etdirmişdir. Buna görə Cavabdeh2 tərəfindən 46000 manatdan çox xərc çəkmişdir. Cavabdeh2 mənzili kommunal xidmətlərlə təmin edərək bu barədə aidiyyəti qurumlarla abonentlik haqqında rəsmi müqavilə bağlamışdır. Bundan qısa müddət sonra isə Cavabdeh2 həmin mənzilə ailəsi, övladları və onların ailəsi ilə köçərək orada yaşamış və mənzilə sahiblik etmişdir. Sonradan Abşeron Rayon Məhkəməsindən Cavabdeh2 gələn sms bildirişlə məlumatım olmuşdur ki, Cavabdeh2 aldığı mənzil iddia ərizəsində iddia edildiyi formada digər şəxsə satılmışdır. Bundan əlavə bildirir ki, Cavabdeh2 Neftçilər metro-stansiyasının yaxınlığında evi var idi. Cavabdeh2 ailə nəfər sayının çox olması səbəbindən həmin mənzili sataraq böyük sahəli ev almaq istəmişdir. Bu səbəbdən də Cavabdeh2 "xxxx"-ya yaxınlaşmış və həmin MTK-da Vüsal adlı şəxslə tanış olmuş, onunla satışda olan evlər barəsində danışmışdır. Əslən Ağsu rayonundan olmasını və MTK-nın həmin dövrdəki müdirinin kürəkəni olmasını bildirmişdir. Cavabdeh2 mənzillərin qanuni satıldığını soruşduqda ona əsla elə bir hal ola bilmədiyi bildirilmişdir. Cavabdeh2 4-5 dəfə təkrarən araşdırmaq məqsədilə "xxxx"-ya getmiş və Cavabdeh2 Vüsal adlı şəxs qarşılayaraq və hər dəfəsində arxayın salaraq narahat olmamağını bildirmiş və Cavabdeh2 tam inandırmışdır. Onlar hazırkı mübahisəli mənzilə baxmış və Cavabdeh2, yoldaşı və oğlu bu mənzili bəyənmişdir. Lakin bir müddət sonra yəni, xx.xx.2024-cü ildə Cavabdeh2 sms bildiriş gəldi ki, bəs bu ev barəsində məhkəmədə iş başlanılmışdır. Cavabdeh2 də narahat qalaraq Xırdalandakı "xxxx"-nın ofisinə getmişdir. Orada bu mənzili satan və müqaviləni onlarla bağlayan həmin Abbas adlı şəxslə görüşmüş, o özünü MTK rəhbərinin adından çıxış edən və həmin MTK-nın etibarnamə əsasında rəsmi nümayəndəsi kimi təqdim etmişdir. Cavabdeh2 deyilmişdir ki, hazırki məhkəməyə verən Fuad adlı şəxs evi MTK-nın birinci müdiri olan Nofəl adlı şəxsdən alıb, sonra Nofəl, Fuada onlara məxsus olan Təbriz MTK-dan başqa bir mənzil vermiş və bununla da məsələ aralarında öz həllini tapmışdır. Bütün bunları da Cavabdeh2 Abbas adlı "xxxx"-nın rəsmi əməkdaşı bildirmişdir. Cavabdeh2 həmin zaman biraz təskinlik tapsa da lakin zamanla görmüşdür ki, bu iş məhkəmədə davam edir. Amma Cavabdeh2 evə 97000 manat pul ödəmiş, 46000 manatdan çox pul isə xərcləyib təmir etdirmişdir. İndi Cavabdeh2 evə görə verdiyi və təmirinə xərclədiyi mənzilinə görə yaşanan bu mübahisə məni narahat edir. Buna görə də hüquqlarını və mülkiyyət hüququnu qorumaq üçün bu iddia ilə məhkəməyə müraciət edir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh2 bu evi alan zaman həmin mənzil Rasim adlı şəxsin adına olmuşdur. Cavabdeh2 sonradan cari mənzildən imtina etmişdir və buna görə də bu mənzil boş qaldığından Cavabdeh2 satılmışdır. Bu barədə Rasimin imtina ərizəsini şəxsən Cavabdeh2 MTK-nın Abbas adlı nümayəndəsi təqdim etmişdir və Cavabdeh2 da onu oxuyub tanış olmuşdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında öz vəkili və nümayəndəsi Vəkil2 izahatına uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Mülki iş üzrə digər cavabdeh "xxxx"-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən 2016-cı ilin ayınadək Cavabdeh1 MTK-nın sədri olmuşdur. Lakin bütün işləri onun verdiyi etibarnamə əsasında qardaşı X19 aparmış və demək olar ki, bütün müqavilələrə Hacıyev Nofəl qol çəkmişdir. Bundan əlavə Nofəl ona bildirmişdir ki, İddiaçı obyektinin (avto yuma) əvəzinə Xırdalandan ev almışdır. Bununla bağlı Nofəl ilə Fuad arasında müqavilə bağlanmışdır. Cavabdeh1 MTK-dakı binaların tikilməsində investisiya qoyan da Nofəl olmuşdur. Bina tikilən torpağın bir hissəsi Anarın olmuşdur. Həmin torpağın əvəzinə Nofəl Anara mənzil və qeyri-yaşayış sahəsi vermişdir. 2017-ci ildən 2022-ci ilədək Abbasov Gülməmməd Cavabdeh1 MTK-nın sədri olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 tanıyır. Belə ki, o, binada usta olaraq işləyir və Cavabdeh2 mənzilini də o təmir etmişdir. Sonradan Cavabdeh1 MTK-da C blokunda, 9-cu mərtəbədə yerləşən 78 kv.m mənzili almışdır və hazırda orada yaşayır. Lakin o, mənzildə yalnız Cavabdeh2 görmüşdür. Bina 2014-cü ildə hazır tikilmiş olsa da, təmirə başlanılmamış, artıq 2015-ci ildən o, binada təmir işləri aparmış və binada yaşayış olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 ifadəsində göstərmişdir ki, Cavabdeh1 MTK-da usta olaraq işləmişdir. Daha sonra o, ödəniş edərək 2022-ci ildə Nofəl ilə müqavilə bağlayaraq evi almışdır. Daha sonra Fuad evin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Nofəllə görüşərək eyni evin həm ona həm Fuada necə satdığını soruşmuşdur. Bu zaman Nofəl ona bildirmişdir ki, bu evi ona vermiş, Fuada isə Ayna Sultanovada ev satmışdır. Daha sonra o, sağlamlığı ilə bağlı işləyə bilmədiyi üçün evi MTK-ya təhvil vermiş və Notariusda imtina ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 ifadəsində göstərmişdir ki, o Xırdalan ərazisində olan torpaq sahəsini Nofələ satmış və Nofəl həmin torpaqda ev tikirdi. Bunun əvəzində Nofəl qardaşı Tariyelin direktoru olduğu MTK-dan ona mənzil verilməsini vəd etmişdir. Bununla əlaqədar o tez-tez MTK-nın ofisində olurdu və Fuadı da orada görmüşdür. Həmin ərəfələrdə MTK binanın 3-4 mərtəbəsini tikmişdir, bina tam hazır deyildir. Bildiyinə görə mənzillərlə bağlı danışıqları Nofəl aparırdı, müqavilələri isə Tariyev imzalayırdı. Fuadla bağlanmış müqavilənin kim tərəfindən imzalanmasını dəqiq bilmir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh1 MTK-nın sədri X13 ilə İddiaçı arasında bağlanılmış 24 sentyabr 2014-cü il tarixli 157 №li müqavilədən görünür ki, müqavilənin predmeti Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 114,14 kv.m sahəsi olan 3 otaqlı mənzilidir. Müqavilənin ümumi məbləği 68484 manatdır. Müqavilədə mənzilin nömrəsi göstərilməmişdir. -Cavabdeh1 MTK-nın sədri və mühasibin imzaları olan tarixsiz maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyindəki çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 114,14 kv.m sahəsi olan 3 otaqlı mənzilin pay dəyəri 68484 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. -Cavabdeh1 MTK-nın baş mühasibinin imzası olan xx.xx.2014-cü il tarixli nömrəsi göstərilməyən kassa mədaxil orderinə qəbzdən görünür ki, İddiaçı tərəfindən 24 sentyabr 2014-cü il tarixli 157 №li müqaviləyə əsasən kooperativ mənzil üçün 68484 manat ödənilmişdir, MTK-ya borcu yoxdur. -İddiaçı Cavabdeh1 MTK-ya xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 MTK ilə onun arasında bağlanmış 22 sentyabr 2014-cü il tarixli 157 №li mürqaviləyə əsasən, MTK-nın Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 3 otaqlı mənzili 5 iş günü ərzində təhvil verməsi və mənzilin təmirinə şərait yaradılması tələb edilmiş, əks təqdirdə tərəfindən Məhkəməyə müraciət ediləcəyi və bütün məhkəmə xərclərinin Cavabdeh1 MTK-dan tələb olunacağı bildirilmişdir. -Cavabdeh1 MTK-nın direktor əvəzi A.Dadaşovun imzaladığı xx.xx.2023-cü il tarixli 01 saylı maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyindəki çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 133,26 kv.m sahəsi olan 3 otaqlı mənzilin pay dəyəri 98000 manat payçı Cavabdeh2 tərəfindən ödənilmiş, MTK-ya borcu 4000 manat təşkil edir. -Cavabdeh1 MTK-nın direktor əvəzi A.Dadaşovun imzaladığı xx.xx.2023-cü il tarixli 02 saylı maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyindəki çoxmərtəbəli yaşayış binasının D blok 6 mərtəbəsində 133,26 kv.m sahəsi olan 3 otaqlı mənzilin pay dəyərindən 98000 manat payçı Cavabdeh2 tərəfindən ödənilmiş, Qalıq borcu yoxdur. -X13 tərəfindən X14 verilmiş, özündə müəyyən səlahiyyətləri əks etdirən xx.xx.2016cı il tarixli etibarnamə Bakı şəhərinin notariusu Hikmət B.Süleymanlı tərəfindən təsdiq edilmişdir. -Cavabdeh1 MTK-nın sədri X13 tərəfindən X14 verilmiş 15 iyul 2014-cü il tarixli etibarnamədən görünür ki, sonuncu Cavabdeh1 MTK adından lazımi sənədləşmələrin aparılmasına, alqı-satqı müqavilələrinin bağlanmasına və imzalanmasına səlahiyyətlidir. Etibarnamə xx.xx.2021-ci il tarixə qədər etibarlıdır. -Cavabdeh1 MTK-nın sədri X7 ilə Cavabdeh2 arasında bağlanılmış 19 avqust 2023cü il tarixli müqavilədən görünür ki, müqavilənin predmeti Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 3 otaqlı, sahəsi 133,26 kv.m olan 79 №li mənzildir. Müqavilənin ümumi dəyəri 95000 manatdır. Payçı ilkin olaraq 91000 manat məbləğində avans ödəyir, 1 ay müddətində 4000 manat ödəməyi öhdəsinə götürür. -Cavabdeh1 MTK-nın sədri X4 imzaladığı tarixsiz maliyyə arayışından görünür ki, Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 3 otaqlı, sahəsi 133,26 kv.m olan 79 №li mənzilin pay dəyəri 95000 manat payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. -Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyind yerləşən 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blokuna aid quraşdırılmış qaz sayğaclarının siyahısından görünür ki, 25-ci sırada Rasim Dəmirovun adının qarşısında sayğacın nömrəsi **********3 qeyd edilmişdir. -X1 orqanlara ünvanladığı, imzası notarial qaydada xx.xx.2023-cü il tarixdə ünvan 2isi tərəfindən təsdiq edilmiş ərizəsindən görünr ki, Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyind yerləşən 10 bloklu çoxmərtəbəli yaşayış binasının müqavilə ilə ona məxsus blok D, mərtəbə 6, 3 otaqlı sahəsi 114,14 kv.m olan mənzilinə pay hüququndan imtina edir, həmin pay hüququnun və həmin mənzilin digər şəxsin adına sənədləşməsinə heç bir etirazı yoxdur. -Abşeron rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin «Müvəqqəti qeydiyyat vəsiqə»lərindən görünür ki, Cavabdeh2, oğlları X30, X26, aradı X9, gəlini X2 şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D bloku, 79 saylı mənzilə qeydiyyata düşmüşlər. -Cavabdeh1 MTK-nın direktoru F.S.Quliyev tərəfindən təsdiq edilmiş Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D bloku, 79 saylı mənzilin sxemindən görünür ki, mənziin ümumi sahəsi 133,26 kv.m-dir. -"xxxx" ASC-nin Cavabdeh2 ünvanladığı bildirişdən görünür ki, onun xx.xx.2023-cüil tarixdən xx.xx.2023-cü il tarixə kimi **********D0079 abonunt kodu üzrə borcu yoxdur. -«Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balan mənsubiyyəti sərhədi barədə xx.xx.2022-ciil tarizli aktdan görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin Bakı X29 Departamentinin Müştəri xidmət şöbəsi ilə Cavabdeh2 arasında müvafiq müqailə bağlanmışdır. -Cavabdeh1 MTK-nın direktorunun elektron məhkəmə vasitəsilə təqdim etdiyi ərizəsindən görünür ki, İddiaçı tərfindən irədi surülən iddia tələbində göstərilən mənzil Cavabdeh2 satılmışdır və hazır-hazırda məhmin şəxs ailəsi ilə birlikdə bu mənzildə yaşıyır. Mənzili təmir etdirmiş və bütün kommunal ödənişlər onun tərfindən ödənilir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə və maliyyə arayışı Cavabdeh1 MTK-da aşkar edilməmişdir. -Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6-cı mərtəbəsində yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı həmin mənzilin 3 otaqdan ibarət və müqavilədə göstərildiyi kimi sahəsinin 133,26 kv.m olması, həmçinin tam təmirli olması eləcə də, mənzildə Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı müəyyən olunmuşdur. İşin materiallarından görünür ki, iddiaçı tələbinin əsası kimi mübahisəli mənzilə dair Cavabdeh1 MTK ilə aralarında xx.xx.2014-cü il tarixli mənzil alqı-satqısına dair ilkin müqavilə bağlanmasına və həmin mənzil üzərində onun sahiblik və istifadə hüququ yarandığından mənzilin Cavabdeh1 MTK-nın balansından çıxdığı üçün sonuncunun özünün balansında olmayan əmlakı digər şəxsə, yəni, Cavabdeh2 satılmasının qanunsuz olduğuna görə etibarsız hesab edilməli olmasını iddia etmişdir. Cavabdeh isə iddia ilə razılaşmayaraq mübahisəli mənzili MTK-dan qanuni əsaslarla alınmasına istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. İşin materiallarından görünür ki, Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzilin 64.484 manat müqabilində satılması barədə 24 sentyabr 2014-cü il tarixli müqavilədə mənzilin nömrəsi göstərilməmişdir. Həmçinin iddiaçının ona təhvil verilməsini iddia etdiyi mənzillə bağlı Cavabdeh2 ilə 19 avqust 2023-cü il tarixdə Cavabdeh1 MTK ilə aralarında bağlanmış müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən ümumi sahəsi 133,26 kv.m olan 10 bloklu yaşayış binasının giriş D bloku, 6-cı mərtəbəki 3 otaqlı mənzilin nömrəsi 79 saylıdır. Məhkəmə qeyd edir ki, mənzilin nömrəsindən əlavə, iddiaçı ilə bağlanmış müqavilədəki mənzilin ölçüləri (114,14 kv.m) Cavabdeh2 satılmış mənziljə göstərilən ölçılərlə (133,26 kv.m eynilik təşkil etmir. Həmçinin iddiaçı mənzillə əlaqədar müqaviləni ona Nofəl Hacıyev tərəfindən İ.Dadaşov 57 ünvanında yerləşən ofisinə dəvət edib, orada onun faktiki rəhbəri olduğu Cavabdeh1 MTK –nın 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzilin 64.484 manat müqabilində ona satılması barədə 24 sentyabr 2014-cü il tarixli müqavilə və MTK-ya mənzilə görə 68.484 manat məbləğində vəsait ödənilməsi barədə qəbzi verməsini, maliyyə arayışının isə Cavabdeh1 MTK-nın sədri X12 tərəfindən imzalanmasını və MTKnın möhürü ilə təsdiq edilməsini göstərsə də, iş materiallarından görünür ki, Cavabdeh1 MTK-nın keçmiş sədri X8 qardaşı X14 MTK-nın adından lazımi sənədləşmə işlərinin aparılması, alqı-satqı müqavilələrinin bağlanması və imzalanması səlahiyyətinin verifməsi ilə bağlı xx.xx.2014-cü il tarixli etibarnamə vermişdir. Cavabdeh tərəfin bununla bağlı etirazında qeyd etdiyi Abşeron rayon Məhkəməsində xx.xx.2022-ci iİ tarixdə 2(012)-58/2022-saylı mülki iş üzrə iddiaçı X5 cavabdeh Çinar-AN” MTK-ya qarşı oxşar mübahisə üzrə mülki işə baxılarkən Cavabdeh1 MTK-nın keçmiş sədri X13 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, MTK-nın adından müqavilə bağlanılması barədə qardaşı Nofəl Hacıyevə etibarnamə verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin istinad etdiyi Abşeron rayon Məhkəməsinin qətnaməsi hazırki işə aidiyyatı olmasa da, həmin iş üzrə Cavabdeh1 MTK-nın keçmiş sədri X8 şahid qismində verdiyi ifadəsində MTK-nın adından müqavilə bağlanılması barədə qardaşı Nofəl Hacıyevə etibarnamə verməməsini göstərsə də, hazırki iş üzrə verdiyi ifadəsində bütün işləri onun verdiyi etibarnamə əsasında qardaşı X19 aparmasını və demək olar ki, bütün müqavilələrə Hacıyev Nofəl qol çəkməsini göstərməsinə qiymət verilməsi zəruridir. Belə ki, əvvəla X19 MTK-nın rəsmi işçisi olmamış və Cavabdeh1 MTK-nın keçmiş sədri X8 verdiyi qeyd edilən etibarnamə hüquqi şəxsin adından bağlanan əqd olmaqla onun nizamnaməsində göstərilən məqsədlərə ziddir və qanunun tələblərinə uyğun olmayan əqddir. Məhkəmə daha sonra qeyd edir ki, Cavabdeh1 MTK-nın Nizamnaməsində MTK-nın sədrinin belə bir səlahiyyətinin olmasını təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim ediməmişdir. Məhkəmə iddiaçı tərəfin şahid ifadələrinə və iddiaçı tərəfin izahatlarına qiymət verərək hesab edir ki, bu ifadə və izahatlar özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. İddiaçı tərəfin izahatları və şahidlərinin ifadələri cavabdeh tərəfin təqdim etdiyi sübutlarla və işin araşdırılmış halları ilə təkzib edilir. Belə ki, iddiaçı tərəfin iddia etdiyi kimi mənzil 2022-ci ildə Rasim adlı şəxsə, daha sonra isə həmin şəxs tərəfindən mənzilin Cavabdeh2 satılmasına baxmayaraq iddiaçı mübahisəli mənzillə əlaqədar adı qeyd edilən Rasim adlı şəxslə bağlanmış müqaviləni mübahisələndirməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş "xxxx" MMC illə Cavabdeh1 MTK arasında imzalanmış Qaz sayğaclarının quraşdırılması barədə dislokasiya cədvəlindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən 10 bloklu yaşayış binasının giriş D bloku, 79 saylı mənzil X10 adına qeydə alınmışdır. İşin araşdırılmış hallarından da görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində ümumi sahəsi 133,26 kv.m olan 10 bloklu yaşayış binasının giriş D bloku, 6-cı mərtəbə, 79 saylı, 3 otaqlı mənzilə dair əvvəlcə X20 ilə müqavilə bağlanmış, daha sonra sonuncu xx.xx.2023-cü il tarixli **********828 nömrəli notariat qaydada təsdiq edilmiş ərizəsi ilə mübhisəli mənzilə dair pay hüququndan imtina edərək, həmin pay hüququnun digər şəxsin adına və sənədləşdirilməsinə etiraz etmədiyini bildirmiş və onun payçılıqdan azad edilməsini xahiş etmişdir. Bundan sonra qeyd edilən mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 atasında bağlanmış 19 avqust 2023-cü il tarixli “Mənzilin Tikintisi Haqqında Müqavilə”yə əsasən X22 95.000 manata satılmış və o həmin məbləği 2 dəfəyə ödəyərək ona xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli borcun olmaması barədə maliyyə arayışları verilmişdir. Cavabdeh2 mənzili aldıqdan sonra təmir işləri aparmış, qaz, işıq və su sayğacları qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş kommunal ödənişlərə dair ödənişlərdən göründüyü kimi bu ödənişlər Cavabdeh2 tərəfindən hayata keçirilmişdir. Təmiri yekunlaşdıqdan sonra ailə üzvləri ilə həmin mənzilə köçmüşdür. Qeyd edilən hallar həm iiddia üzrə cavabdeh tərəfin şahid ifadələri, həm də məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəməyə təqdim edilmiş Abşeron Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin “Müvəqqəti Qeydiyyat vəsiqəsindən” göründüyü kimi Cavabdeh2 və onun ailə üzvləri oğlanları-X30, X26, arvadı-Aşırovä gültəkin Piralı qızı və gəlini X3 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən 10 bloklu yaşayış binasının giriş D bloku, 79 saylı mənzilə qeydiyyata düşmüşlər. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.(Maddə 337.1.) -Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.( Maddə 337.2.) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.( Maddə 337.3) Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.( Maddə 340.2.) Mülki Məcəllənin 324.1 və 389.1-ci maddələrinin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, birbirinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi-müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır (MM, maddə. 405.1) Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh dilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərilib ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə, mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanması işin araşdırılmış halları ilə təsdiq olunur. Belə ki, iddiaçı tərəf məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etməmiş, irəli sürdüyü dəlillər isə mübahisələndirdiyi müqavilənin etibarsızlığı üçün hüquqi əsas olmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. MPM-nin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Beləliklə də, məhkəmə hesab edir ki, "xxxx" ilə İddiaçı arasında 24 sentyabr 2014-cü il tarixli 157 saylı müqavilə "xxxx"-nın adından Hacıyev Nofəl tərəfindən müqavilədə qeyd edilən mənzillə bağlı İddiaçı arasında olan yaranan münasibətləri və mübahisəni pərdələmək üçün səlahiyyətsiz şəxs tərəfindən görünüş üçün hazırlanmış müqavilədir ki, bu da hüquqi nəticə yaratmır. Belə ki, iddiaçıya mübahisəli mənzilə dair müqavilə, maliyyə arayışı və qəbz verilməsinə baxmayaraq onun iddia etdiyi mənzil hazırki mübahisənin predmeti olan mənzilin ölçüləri və mənzil nömrəsi hissəsində ziddiyyətli olmaqla eynilik təşkil etmir, etmiş olsa idi belə, onun həmin mənzildən istifadə etməklə ona sahiblik etməsi faktının mövcudluğu da təsdiqini tapmamışdır. Həmçinin də iddiaçının bildirdiyinə görə özünə məxsus daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən binanın qarşısında 28.7 kv.m ümumi sahəsi olan qaraj) təhvil verilməsi qarşılığında Nofəl Hacıyevin faktiki rəhbəri olduğu Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri ərazisində inşa edilən binadan ona bir ədəd mənzil verilməsinə dair razılaşmaları olması ilə bağlı məhkəmə hesab edir ki, İddiaçı ilə özünün istinad etdiyi müqavilə bağlanarkən, onun əsasında verilmiş maliyyə arayışı və qəbzi də alarkən o bu sənədləri MTK-nın səlahiyyəti olmayan şəxsi tərəfindən imzalanmamasını bilməmiş və bilə də bilməzdi. İlk iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatda da göstərmişdir ki, Nofəl özü barəsində çıxarılan ittiham aktında onu bilərəkdən aldatdığını etiraf etmişdir. Belə olan halda Nofəl Hacıyevə qanunsuz səlahiyyətlər verilməsi ziyan vurulma ilə nəticələndiyindən iddiaçıya Cavabdeh1 MTK-ya qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Mülki Prosessual Məcəllənin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Çinar-AN MTK-ya qarşı mənzilin təhvil verilməsi, təmirinə şərait yaradılması, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-190/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-190/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver