Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1914/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi, AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Publik Hüquqi şəxs 1 saylı Regional Ərazi Filialının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Publik Hüquqi şəxs 1 saylı Regional Ərazi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə 07 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.09.1979-cu ildən 1980-ci il tarixinədək Kəlbəcər rayonunun, Milli kəndində və 25.08.1982-25.08.1993-cü illərdə Kəlbəcər rayonunun, Milli kənd məktəbində işlədiyi dövrün sosial sığorta stajı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 01.09.1979-cu ildən 1980-ci il tarixinədək ünvan 1ktəbində pioner baş dəstə rəhbəri işləməsi və 25.08.1982-ci ildən 25.08.1993-cü ilədək ünvan 1ktəbində müəllim işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəmədə izahatında bildirdi ki, o, xx.xx.1961-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Məcburi köçkün kimi Abşeron rayonu, Pereküşkül qəsəbəsi ünvanında məskunlaşmışdır. Əmək fəaliyyətinə 01 sentyabr 1979-cu ildə başlamışdır. Həmin vaxt Milli kənd orta məktəbinə Pioner Baş dəstə rəhbəri vəzifəsinə təyin edilmişdir. 1980-1982-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-1993-cü illərdə yenidən həmin məktəbdə (Milli kəndi) işləmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal ediyindən Abşeron rayonuna gəlmiş və Pereküşkül orta məktəbində müəllim işinə qəbul edilmişdir. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunduğundan ona məxsus əmək kitabçası orada qalmışdır. Ona səhhətiylə əlaqədar olaraq 13.04.2020-ci ildə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Pensiya təyini üçün sənədlərini 1 saylı Regional Ərazi Filialına təqdim etmişdir. Oradan ona məlumat vermişlər ki, 01.09.1979-cu i1 tarixdən 1980-ci il tarixinədək və 25.08.1982-25.08.1993-cü illərə dair sığorta stajının yoxlanması mümkün olmamışdır. Qeyd etdiyi kimi həmin illərdə o, Kəlbəcər onunda işləmiş və əmək kitabçası işğal zamanı Kəlbəcər rayonunda qalmışdır. Bu məqsədlə məhkəməyə müraciət etməli olmuşdur. Həmin məktəbdə onun müəllim işləməyi eyni zamanda həmin məktəbdə işləmişdir. Bu faktı şahidlər də təsdiq edə bilərlər. Qeyd olunanlara əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Publik Hüquqi şəxs 1 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Ərizəçi 01,09.1979-cu il tarixdən 1980-ci il tarixədək və 25.08.1982-ci il tarixdən 25.08.1993-cü il tarixədək olan iş stajına malik olma faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, icraatda olan 2(012)-1914/2021 saylı iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir:Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir.Normativ sənədin də məzmunundan göründüyü kimi norma iki imperativ hissədən ibarətdir: a) şahidlər ən azı 2 nəfər olması; b) ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmasıdır.Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”.Müddəaların məzmunundan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmiş olsun. İş materiallarından aydın olur ki, ərizəçi tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, o, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, Ərizəçi onun tələbəsi olmuşdur. Əmək kitabçasını burada təsdiq etdirmişdir. Əmək kitabçası Kəlbəcərdə qalmışdır. Ərizəçi 1979-cu ildən 1993-cü ilədək onunla birlikdə Kəlbəcərdə Milli kənd məktəbində işləmiş və texniki fənlər üzrə müəllim işləmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçini uzun müddətdir ki, tanıyır və Kəlbəcər rayonunda yaşamışlar. O, 1981-ci ildən 1993-cü ilə kimi Kəlbəcər rayonunda işlədiyi müddətdə ərizəçi də Kəlbəcər rayonunda fizika müəllimi olaraq işləmiş, eyni zamanda kimya və əmək dərslərini də tədris etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, o, 1980-ci ildən Kəlbəcər rayonu, Milli kənd orta məktəbində kargüzar kimi işləmişdir. Ərizəçi 1982-c ildən 1993-cü ilədək ünvan 1ktəbində müəllim olaraq işləmişdir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli, 177 №-li sorğuya cavab məktubundan görünür ki, 1961-ci il təvəllüdlü Ərizəçi 14.05.1980-ci ildən 12.04.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 191 saylı 26.04.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 1979-cu ildə Milli kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləmiş, 1982-ci ildə V.Lenin adına pedoqoji universitətinə qəbul olmuş və həmin ildən 1993-cü ilə qədər Kəlbəcər rayonu, Milli kənd orta məktəbində müəllim işləmişdir. Məhkəmə işdə iştirak edən ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin 01.09.1979-cu ildən 1980-ci il tarixinədək, ünvan 1ktəbində pioner baş dəstə rəhbəri işləməsi və 25.08.1982-ci ildən 25.08.1993-cü ilədək ünvan 1ktəbində müəllim işləməsi iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur. Bundan başqa qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının həyata keçməsinə maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəm fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi 01.09.1979-cu ildən 1980-ci il tarixinədək ünvan 1ktəbində pioner baş dəstə rəhbəri və 25.08.1982-ci ildən 25.08.1993-cü ilədək ünvan 1ktəbində müəllim işləməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1914/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1914/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver