Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-198/2022 09.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Cavabdeh1 ASC-nin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin və digər qurğuların cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-nin hesabına sökülərək həmin torpaq sahəsinin hüdudlarından kənara çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Cavabdeh1 ASC-nin vəkili-nümayəndəsi Nümayəndə2 İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi, mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 ASC-nin vəkili-nümayəndəsi Nümayəndə2 isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yüksək gərginlikli elektrik xəttinin cavabdehin hesabına sökülərək mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-198/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-198/2022
09.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver