Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2004/2023 14.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Kürdəmir Rayon Qeydiyyat Şöbəsində bağlanmış 02 sentyabr 2009-cu il tarixli, 292 saylı nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh arasında Kürdəmir Rayon Qeydiyyat Şöbəsində 02 sentyabr 2009-cu il saylı, 292 saylı nikah bağlanmışdır. Onların birgə nikahlarından 01 noyabr 2007-ci il təvəllüdü X5 və 01 noyabr 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ailənin saxlanılması üçün üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və xasiyyətləri uyğun gəlmədiyindən cavabdehlə birlikdə yaşamaları mümkün deyildir. Artıq 6 aydır ki, ayrı yaşayırlar. Həmçinin xx.xx.2023-cü il tarixdə mediasiya prosesi keçirilərkən mediasiya şurası tərəfindən, birgə nikahdan dünyaya gəlmiş övladlarımız 01 noyabr 2007-ci il təvəllüdlü X2 və 01 noyabr 2009-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılması, birgə nikahdan dünyaya gəlmiş övladları 01 noyabr 2007-ci il təvəllüdlü X5 və 01 noyabr 2009-cu il təvəllüdlü X4 üçün aliment tələbinin olmaması və Cavabdeh istədiyi zaman birgə nikahdan dünyaya gəlmiş övladlarıyla görüşməsi ilə bağlı barışıq sazişi bağlanmışdır. Odur ki, onun boşanmaqda fikri qətidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə tez-tez aralarında qısqanclıq zəmnində münaqişələr baş vermişdir. Hazırda onlar ayrı yaşayırlar. Odur ki, o, boşanmağa razıdır. İş materiallarında olan Kürdəmir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 487290 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 02 sentyabr 2009-cu il tarixdə nikahlarını bağlamışlar və bu nikah 292 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 322788 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 01 noyabr 2007-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Kürdəmir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 367094 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 01 noyabr 2009-cu ildə Kürdəmir rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə aydın oldu ki, tərəflər əvvəlcə qeyri-rəsmi nikah münasibətlərində olmuş, daha sonra rəsmi nikah bağlamışlar. Tərəflərin iki yetkinlik yaşına çatmayan övladları vardır. Tərəflər bir müddətdir ki, ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar. Ona görə də məhkəmə ailənin bərpa edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə görə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə, tərəflərə barışmaları üçün 3 ay vaxt verməklə işi təxirə salsa da, bu müddət ərzində tərəflər arasında hər hansı bir barışıq olmamışdır. Belə ki, iddiaçı nikahın pozulmasında israrlı olmasını bildirmiş, cavabdeh də nikahın pozulmasına razı olmuşdur. Bu bir daha onu göstərir ki, tərəflər faktiki olaraq ayrılmışlar, ailənin bərpasına ümid yoxdur, nikah formal xarakter daşıyır. Odur ki, İddiaçı və Cavabdeh arasında olan nikah pozulmalıdır. Uşağın kiminlə qalması ilə bağlı tərəflər arasında razılıq olduğundan və aliment ilə bağlı tələb olmadığından, məhkəmə hesab edir ki, həmin məsələlərə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Kürdəmir Rayon Qeydiyyat Şöbəsində bağlanmış 02 sentyabr 2009-cu il tarixli, 292 saylı nikah pozulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2004/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2004/2023
14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver