Məhkəmə qərarları › İş №2(012)-201/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-201/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-201/2023 07.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X18 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X14 və X5 qarşı «mənzilin təhvil verilməsi, mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının onlara təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin onlara təhvil verilməsi, həmçinin həmin mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının onlara təhvil verilməsi ilə bağlı Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması, ödənilmiş dövlət rüsumunun cavadehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmədə iclasında zahatında bildirdi ki, həyat yoldaşı İddiaçı 2002-ci ildən “Şizofreniya paranoid forma” diqanozlu xəstəlikdən əziyyət çəkir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyətsiz elan edilmiş və o, həyat yoldaşı olaraq Ayturanın qəyyumu təyin edilmişdir. Bildirmək istəyir ki, həyat yoldaşı İddiaçı 21 yanvar 2016-cı il tarixdə rəsmi müqavilə ilə "xxxx" MMC (CavabdehMMC)-nin Xırdalan şəhərində inşa etdiyi binadan 319 saylı, 3 otaqlı mənzili satın almışdır. 2017-ci il 30 may tarixli müqaviləyə əsasən şirkət sözügedən mənzili onların xəbərləri olmadan X2. Şirkətin rəhbəri Ələkbər Hüseynov şikayət edəcəklərini bildiyi təqdirdə həyat yoldaşı İddiaçı ruhi xəstə olmağından istifadə edərək aldatmış və həmin mənzilin Ayturanın qardaşı Hürü Əliyev tərəfindən satıldığını və Ayturanın şikayət edəcəyi təqdirdə qardaşı Hürü Əliyevin məsuliyyətə cəlb olunacağını bildirmişdir. Daha sonra X3 Əliyevin psixi durumunun yerində olmamağıdan istifadə etmiş, təhdid edərək mənzilin İddiaçı razılı ilə satıldığını bildirən saxta sənədə imzasını çəkdirmişdir. Belə ki mübahisəli mənzilin satılması barədə danışıqlar İddiaçı özü ilə yox, İddiaçı qardaşı və atası ilə aparılmış, mənzil İddiaçı qardaşı Hürü Əliyevin borcunun müqabilində Ələkbər Hüseynova təklif olunmuşdur. Göründüyü kimi İddiaçı 30 may 2017-ci il tarixli qardaşı Hürü Əliyevin iştirakı ilə yazmış olduğu mübahisəli mənzilin satılmasına dair etiraz etməməsi barədə ərizə özünün sərbəst iradəsi ilə yazılmamışdır. Belə ki, əslində İddiaçı özünə məxsus mənzili satmaq niyyətində olmamışdır. Sadəcə olaraq cavabdehlər İddiaçı öz hərəkətlərinin mənasını dərk etməməyindən və özünü şüurlu şəkildə idarə etmək iqtidarında olmamasından istifadə edərək öz xeyirlərinə hazırlanmış sənədə qol çəkdirmişlər. Daha sonra o və həyat yoldaşı İddiaçı yuxarıda qeyd elədiyi faktlara əsaslanaraq iddia ərizəsi ilə məhkəmə müraciət etmişlər və 30 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına 21 yanvar 2016-cı il tarixli müqavilənin bərpa edilməsi və onlara dəymiş zərərə görə 78449 manat məbləğində maddi zərərin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Hər üç instansiya məhkəməsində iddiaları təmin edilmişdir. Belə ki, "xxxx" MMC ilə X15 arasında bağlanan ünvan 2, 5-ci blok, 10-cu mərtəbə 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və mənzilin İddiaçı mülkiyyətinə qaytarılması qət edilmişdir. Sözügedən məhkəmə qətnamələri güvvəyə minəndən bəri onlar CavabdehMMC-yə müraciət edərək mülkiyyətlərində olan mənzilin təhvil verilməsi, həmçinin həmin mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışını və ev alqısatqısı ilə bağlı notariat qaydadada təsdiq olunmuş müqaviləni tələb etsələr də sözügedən MTK həmin zəruri sənədləri onlara verməkdən qərəzli şəkildə boyun qaçırmış, hazırda məlum olmuşdur ki,cavabdeh təşkilat hətta məhkəmə mübahisələri dövründə mübahiəli mənzili qanunsuz olaraq satmışdır. Odur ki, mülkiyyətlərində olan mənzilin təhvil verilməsi, həmçinin mülkiyyətlərində olan mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışını və ev alqı-satqısı ilə bağlı notariat qaydadada təsdiq olunmuş müqavilənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında qanuni nümayəndənin izahatıyla eyni məzmunlu izahat verdi. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, onlar qanuni yolla məhkəməyə müraciət etmişlər. Belə ki, bu işdə ilkin müqavilə ləğv olunmuşdur. İddiaçı fəaliyyət qabiliyyətsizdir. Ona görə də İddiaçı sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzili ala bilməzdi. Hazırda mənzilin təhvil verilməsi mübahisələndirilir. İddiaçının həyat yoldaşı Qanuni nümayəndə həmin binada eyni ölçüdə ev istəyir. Qanuni nümayəndə başqa yerdə ev tikilməsi təklif olunmuş, lakin Qanuni nümayəndə təklifi qəbul etməmişdir. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin qiyməti 50000 manat olmuşdur. O, Fəxrəddin bəylə 2017-ci ildə tanış olmuş və evi Fəxrəddin bəydən almış, ona rəsmi maliyyə arayışı verilmişdir. Daha sonra evi X7 adına keçirmişdir. İddiaçı ərizə yazaraq payından imtina etmiş və sözügedən evin satılmasına razılıq vermişdir. Həmçinin Cəfər bəy onun iş yoldaşıdır. Əliyev Əlimurad 2 övladına ev almışdır. Qanuni nümayəndə isə İddiaçıı fəaliyyət qabiliyyətiz hesab etdirərək, məhkəmədə iddia qaldırmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X23 məhkəmə iclasında izahatında bildirdi ki, 15-16 dekabr 2021-ci il tarixində X14 ilə Cavabdeh MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Onlar 29 dekabr 2021-ci il tarixində 63500 manat məbləğində Cəfər bəyə ödəniş etmişlər. Həmin vaxt Rafiq Tağıyev Cavabdeh MMCnin direktoru olmuşdur. Cavabdeh MMC tərəfindən onlara müqavilə və maliyyə arayışı verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 21 yanvar 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayon İH başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 yanvar 2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilə görə 78449 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 13 mart 2020-ci il tarixli, 109 №-li mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı X16 verməyi, payçı X21 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli maliyyə arayışının kserosurətindən görünür ki, X21 tərəfindən ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilə görə 50000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 12 fevral 2021-ci il tarixli, 109 №-li mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı X11 verməyi, payçı X14 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli maliyyə arayışının kserosurətindən görünür ki, X14 tərəfindən ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilə görə 50000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 19 dekabr 2021-ci il tarixli, 319 №-li mənzil tikintisi haqqında müqavilənin təsdiq olunmuş surətindən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı X5 verməyi, payçı X6 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 19 dekabr 2021-ci il tarixli maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, X6 tərəfindən ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilə görə 63500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, Qanuni nümayəndə, İddiaçı və X13 cavabdeh "xxxx" MMC-yə, X8 və X9 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" MMC ilə X15 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1.5-ci blok, 10-cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" MMC-dən 20 manat məbləğində pulun tutulub Qanuni nümayəndə verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-61/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1802/21 saylı, 14 aprel 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 61/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC (Cavabdeh MMC) arasında bağlanmış 21 yanvar 2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayon İH başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil İddiaçı təhvil verilməmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə Qanuni nümayəndə, İddiaçı və X13 cavabdeh "xxxx" MMC-yə, X8 və X9 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" MMC ilə X15 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1.5-ci blok, 10-cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" MMC-dən 20 manat məbləğində pulun tutulub Qanuni nümayəndə verilməsi qət edilmiş,Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-61/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1802/21 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-61/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, artıq Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC ilə X15 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1.5-ci blok, 10-cu mərtəbə, 319 saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edildiyindən və İddiaçı sözügedən mənzilə dair hüquqları tanındığından, həmçinin 21 yanvar 2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh təşkilat olaraq Cavabdeh MMC podratçı kimi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzili təhvil vermək öhdəliyi daşıdığı halda bunu etmədiyindən mübahisəli mənzili İddiaçı təhvil verməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Bundan başqa iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının iddiaçıya təhvil verilməsi ilə bağlı Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması hissəsi ilə bağlı hüquqi əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən sözügedən ünvan 2 ünvanında yerləşən 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzil 13 mart 2020-ci il tarixli, 109 №-li mənzil tikintisi haqqında müqaviləyə əsasən, X16, 12 fevral 2021-ci il tarixli, 109 №-li mənzil tikintisi haqqında müqaviləyə əsasən, X11, 19 dekabr 2021-ci il tarixli, 319 №-li mənzil tikintisi haqqında müqaviləyə əsasən isə X1,lakin hazlrki mübahisəyə baxılarkən tələb olmadığından həmin xüsusatlara məhkəmə tərəfindən qiymət verilməsi mümkün olmadığından, məhkəmə hesab edi rki, işdə iştirak edən şəxslərə gələcəkdə qeyd olunan xüsusatlarla bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdeh şirkətdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Məhkəmə qətnaməsində göstərilmiş digər müqavilərlə bağlı iştirak edən şəxslərin iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar