Məhkəmə qərarları › İş №2(012)-202/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-202/2024

27.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-202/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun ailə üzvlərinin, cavabdehlə birlikdə yaşayan digər şəxslərin bütün əmlakları (məişət əşyaları, istehsal vasitələri, heyvanlar, və sair daşınan əşyaları) ilə birlikdə, onun tam mülkiyyətində olan “Hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın Dövlət reyestrindən” 2 oktyabr 2019-cu il tarixli **********41 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli torpaq sahəsindən çıxarılması, onun tərəfindən tikilmiş qanunsuz tikilinin (həmçinin qanunsuz çəkdiyi elektrik xətti də daxil olmaqla) cavabdehin hesabın sökülməsi, (həmçinin qanunsuz yararsız hala satdığı elektrik xəttinin bərpa edilməsi) ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o və həyat yoldaşı Elçin övladlarlarının ümumi gələcəyi üçün torpaq sahəsi almaq niyyətinə düşmüşdülər. Bununla əlaqədar olaraq həyat yoldaşı Elçin internet üzərindən Abşeron rayonu, Qobu qəsəbəsində torpaq elanı görmüş və elanı yerləşdirən şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış və bir-neçə gün sonra həmin insanla görüşmüşdür. Görüş əsnasında torpaq sahəsinin sənədləri ilə tanış olan yoldaşı heç bir problemin olmadığnı müəyyən etdikdən sonra, elanı yerləşdirən şəxslə birlikdə torpaq sahəsini əyani görmək üçün Qobu qəsəbəsinə yola düşmüşdür. Torpaq sahəsini ümumi müşaiət edən zaman, eyni zamanda yoldaşı tərəfindən dəvət edilmiş Abşeron rayonu Daşınmaz Əmlakın nümayəndəsi tərəfindən torpaq sahəsinin koordinatlara faktiki sahə ilə uyğunluğunun tutuşdurulması zaman, yoldaşı 6 metrin əskik olduğunu müəyyən etmiş normalda 20x20 olan sahəsinin 6 metrini qonşunun (1.2 sot) zəbt etdiyinin əyani şahidi olmuşdur və bununla bağlı öz iradını satıcıya bildirmişdir. Torpaq sahəsini almaq fikrindən daşınmaq ərəfəsində olarkən bu səfər 6 metr torpaq sahəsini qanunsuz öz torpaq sahəsinə qatan və ev tikən qonşu, mülkiyyətçi iddia üzrə Cavabdeh həyat yoldaşı Elçinə bildirmişdir ki, sən bu torpaq sahəsini al heç bir problem yoxdur mən, zəbt etdiyim ərazidən çıxacam, və ya zəbt etdiyim ərazinin dəyərini sənə ödəyəcəm, ümumiyyətlə mənim əlim hər yerə girir, necə desən elə də edəcəyik. Həyat yoldaşı Elçin ilə Cavabdeh arasında olan bu şifahi razılıqdan sonra Elçinlə birlikdə xx.xx.2019-cu il tarixində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini satın aldılar (torpaq sahəsinin çıxarışı qoşmada əlavə edilib). Bir neçə gün keçdikdən sonra cavabdehlə danışıq aparan zaman, cavabdeh verdiyi sözləri danmaqla yanaşı, həyat yoldaşını təhqir etmiş, belə bir razılığın olmadığını, "demişəmsə deməmiş olum" kimi ifadələr işlətməklə belə bir fikirdə qət şəkildə olmadığını vulqar ifadələrlə bildirmişdir. Bundan sonra oğlu həmin torpaq sahəsində ev tikmək qərarına gəlir bu zaman yenə Yulət adlı şəxs "Mən naxçıvanlıyam, nə dövlət tanıyıram nə qanun sənə torpağlarımı verməliyəm" kimi ifadələrlə həm tikintiyə mane olur bununla yanaşı dayanmadan yoldaşının və oğlunun dini əqidəsini təhqir edir və onu başqa hərəkətlər etməyə təhrik edirdi. Əlavə olaraq istifadə etdikləri elektrik xəttindən özünə qeyri-qanuni elektrik naqili çəkməklə də onun mülkiyyət hüququnu bir daha pozmuşdur. Bu uzun surən sıxıntılar və Cavabdeh tərəfindən yaradılan qanunsuz maneələrə 2 ildən artıq dözsələr də, artıq hədəqədən çıxmış, bu adam barəsində dövlətin müvafiq orqanlarının tədbirlər görməsi lazım olduğu qənaətinə gələrək, qanunsuz zəbt etdiyi topraq sahəsinə daxil olan hissədən çıxarılması, tikdiyi qanunsuz tikilini öz hesabına sökülməsi ilə bağlı tələbi məhkəmənin diqqətinə çatdırırlar. Cavabdehə dəfələrlə xəbərdarlıq etməklərinə, eləcədə polisə şikayət etməklərinə baxmayaraq o həmin ərazidən çıxmamış və qanunsuz fəaliyyətləri davam etmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqları kobud şəkildə pozulmaqdadır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında Cavabdeh iddia ərzisini qəbul etməmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ekspert rəyi ilə razı deyildir. Ekspertiza onun iştirakı ilə keçirilməlidir. Abşeron rayonunda bütün torpaqlarda sürüşmə vardır. Məhkəmə tərəflərin münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-267A saylı 30216028 kod nömrəli şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Te1 bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 25 saylı qərarı ilə satılmış 0.10 ha torpaq sahəsi Xaçmaz rayonu Te1 k-dən fərdi mənzil tikintisi məqsədilə X2 mülkiyyətinə verilmiş və bu barədə 653 nömrə ilə qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, AA № 020191 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi X3 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayon 1 saylı DNK, xx.xx.2009-cu il tarixli 4Ə/09-1490 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, DTXK Abşeron rayon şöbəsi, xx.xx.2006-cı il tarixli JN-1359A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, X5 həmin etibarnamə ilə Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron rayonu Ərazi İdarəsindən reyestr nömrəsi **********841,qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il tarixdə verilmiş çıxarışa əsasən Abşeron rayonu, Qobu qəsəbnəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsindən istifadə etməyi, tikinti işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı almağı və digər lazım olan sənədləri toplamağı və üzərində sərəncam verməyi satmağı, bağışlamağı, ipoteka/girov qoymağı/ dəyişməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 80 il müddətinə verilib və xx.xx.2093-cü ilədək qüvvədədir. -“Elektron notariat” X1 xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli etibarnamə qüvvədən düşmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A № ******* saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas AR ƏN, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi, notarius Abbasov A.S., xx.xx.2019-cu il tarixli 4ə-1840 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilmısinə dair xx.xx.2019-cu il tarixli, 01/37415 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli ********** №-li ərizəsinə və xx.xx.2019-cu il tarixli ********** №-limüqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində (icarəsində, istifadəsində) olan torpaq sahəsi üçün qiymətləndirmə işi aparılmışdır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 4000 manat təşkil etmişdir. -Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 1/6/1567 saylı məktubundan görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********41 reyestr nömrəli çıxarışı ilə Qobu qəsəbəsi ərazisində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş birmərtəbəli fərdi yaşayış evinin (80 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən bu şərtlər daxilində razılaşdırılmışdır: 1.Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın. 2. Tikinti aparılan ərazidə sanitar,yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun. 3.Tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa,əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa.mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/7-7488 saylı məktubundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən İddiaçı torpaq sahəsinin peyk vasitəsi ilə ölçülməsi və qanunsuz tikili barədə müvafiq sənədin hazırlanması ilə bağlı 20.06.203-cü il tarixdə daxil olmuş (daxilolma:**********9) müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerində dəqiqləşməsi ilə bağlı (xidmət haqqı ödənilməklə) müraciət edildiyi təqdirdə ərizənin icrasına tərəflərindən baxılacaqdır.Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq olunmuş xidmətlərinin tariflərinə əsasən, torpaq sahələrinin koordinatlarının yerində müəyyən edilməsi, 4 xarakterik döngə nöqtəsi üçün 120 manat, əlavə hər döngə nöqtəsi üçün 20 manat nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi F.İbrəhimovaya İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən o bölgü 0.04 ha torpaq sahəsinin yerinin və koordinatların dəqiqləşməsi üçün mütəxəssis ayrılmasına köməklik edilməsini xahiş etmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-1292/2024 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0267 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0050 ha (50 kv.metr) təşkil edir, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrə çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlara əsasən 0.0083 ha (83 kv.metr) hissəsi digər qonşuların faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1359 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-3862/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci və ikinci sualları üzrə; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2/-3-32/2-1292/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0267 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0050 ha (50 kv.metr) təşkil edir, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlara əsasən 0.0083 ha (83 kv.metr) hissəsi digər qonşuların faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2009cu il tarixində alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirilmişdir. İddiaçının izahatına əsasən həmin torpaq sahəsini alarkən Cavabdeh tərəfindən torpaq sahəsinin bir hissəni zəbt etdiyini görmüşdür, cavabdeh əvvəl oradan çıxacağını bildirsə də, sonradan çıxamamışdır. Hazırda iddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun ailə üzvlərinin, cavabdehlə birlikdə yaşayan digər şəxslərin bütün əmlakları (məişət əşyaları, istehsal vasitələri, heyvanlar, və sair daşınan əşyaları) ilə birlikdə, onun tam mülkiyyətində olan “Hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın Dövlət reyestrindən” 2 oktyabr 2019-cu il tarixli **********41 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli torpaq sahəsindən çıxarılması, onun tərəfindən tikilmiş qanunsuz tikilinin (həmçinin qanunsuz çəkdiyi elektrik xətti də daxil olmaqla) cavabdehin hesabın sökülməsi, (həmçinin qanunsuz yararsız hala satdığı elektrik xəttimin bərpa edilməsi) ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X9rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə sübuta yetirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0050 ha (50 kv.metr) təşkil edir. Ekspertizanın rəyi ilə təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0.04 ha torpaq sahəsinin 0.0050 ha təşkil edən hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq ev tikilmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin 0.0050 ha (50 kv.metr) təşkil edən hissəsində tikilmiş qanunsuz tikili cavabdehin hesabına sökülməli və cavabdeh torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddia ərizəsinin Cavabdeh, onun ailə üzvlərinin, torpaq sahəsindən çıxarılması hissəsi qeyri- müəyyən olduğundan, yəni ailə üzvlərinin adı soyadı göstərilmədiyindən həmin hissədə və eyni zamanda cavabdehin qanunsuz çəkdiyi elektrik xəttinin də sökülməsi, həmçinin qanunsuz yararsız hala satdığı elektrik xəttinin bərpa edilməsi hissəsi isə iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli və 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin 0.0050 ha (50 kv.metr) təşkil edən hissəsində tikilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülsün və Cavabdeh əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100.40 (yüz manat qırx qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar