Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2020/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən 510 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən 510 saylı evi 09.01.2019-cu il tarixdə AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın almışdır. Həmin mənzili 31.01.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla öz adına rəsmiləşdirmişdir. 09.01.2019-cu il tarixdə AN- 10750205 saylı alğı-satqı müqaviləsinin 8-ci bəndinə görə satıcı ona üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi, yenə həmin mənzilin 13-cü bəndinə əsasən satıcı 4 ay ərzində mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Hal-hazırda mənzil onun mülkiyyətindədir, lakin mən mülkiyyətinə sərbəst sərəncam verə bilmir. Belə ki, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri - Cavabdeh2 və Cavabdeh3 baxamayaraq ki, mülkiyyətindəki mənzildə yaşamırlar, həmin mənzili razlıqları əsasında özgəninkiləşdiriblər, mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam edirlər. Cavabdehlər mənzildə formal qeydiyyatda qaidıqların görə əlavə xərclər yaranır, mənzilin mülkiyyətçisi kimi həmin mənzildən sərəncam hüquqlarının həyata keçirilməsində çətinliklər meydana gəlir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ona 3000 manat borcu olduğuna görə qeydiyyatdan çıxmır. O, evi satanda iddiaçı 65000 manat məbləğində pulu gecikdirərək hissəhissə ona qaytarmışdır. Onun qeydiyyata düşməyə yeri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 1/177 (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən), ümumi sahəsi 193,57 kvadratmetr olan 510 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə, 31.01.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və İddiaçı həmin əmlaka payı FYE 94.2 kvadratmetr hissədə müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 11.03.2020-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən 510 saylı evdə İddiaçı ilə birgə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən 510 saylı evi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışı ilə öz adına qeydiyyata almışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 11.03.2020-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən 510 saylı evdə İddiaçı ilə birgə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzil üzrə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən 510 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2020/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2020/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver