Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2021/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs göstərilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.2015-ci il tarixdə doğulmuş X21, xx.xx.2001-ci il təvəllüdlü X13 xx.xx.2016-cı il tarixdə doğulmuş X10 doğum faktının müəyyən edilməsi və uşaqlara yeni doğum haqqında şəhadətnamələrin verilməsi, həmçinin uşaqların doğumu qeydə alınarkən ata haqqında məlumatın nikah olmadığı üçün ananın deməsinə əsasən yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il təvəllüdlü X16 onun bacısı, xx.xx.2001-ci il təvəllüdlü X24 isə bacısının qızıdır. X3 Vahid Məmmədrəsul oğlu ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhər nikah evində nikaha daxil olmuşdur. Həmin nikah xx.xx.2014-cü ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində pozulmuşdur. X14 xx.xx.2021-ci iİ tarixdə vəfat etmişdir. Bacısı Məryəm 2013-cü ildə 2 azyaşlı qızı ilə Türkiyəyə getmiş, 1 il Türkiyədə yaşadıqdan sonra İraqa keçmişdir. Hazırda Məryəm və Zərifə İraqda həbsxanadadırlar. xx.xx.2001-ci il təvəllüdlü X24 da anası Məryəmlə bərabər getmişdir. X36 adlı şəxslə münasibəti olmuş və bu münasibətdən xx.xx.2015-ci il təvəllüdlü Əhməd adlı bir oğlu olmuşdur. Bacısının qızı Zərifənin isə Tuqidari adlı şəxsdən xx.xx.2016-cı il təvəllüdlü Mushab adlı oğlu doğulmuşdur. Sumqayıt şəhər İHB-nin 04 noyabr 2021-ci il tarixli 675 saylı sərəncamı ilə o, uşaqlara qəyyum təyin edilmişdir. Hazırda uşaqlara o baxır, lakin uşaqların doğum haqqında şəhadətnamələri olmadığına görə müəyyən sənədləşdirmə apara bilmir. Bu uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin qurum uşaqların doğumunu qeydə almaqdan imtina etmişdir. Uşaqların doğumunun qeydə alınması faktı ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək ərizəyə əlavə təqdim etmiş, X22 xx.xx.2015-ci il tarixdə İraqda və X11 xx.xx.2016-cı il tarixdə İraqda doğum faktının müəyyən edilməsi, onlara doğum haqqında şəhadətnamələrin verilməsi, doğum haqqında şəhadətnamədə X4 Sultanov, adının Əhməd, ata adının Salim, doğum tarixinin xx.xx.2015-ci il, doğulduğu yerin İraq, ata qrafasında atasının adının Salim, ana qrafasında anasının adının X5, X1 Sultanov, adının Mushab, ata adının Tudiqari, doğum tarixinin xx.xx.2016-cı il, doğulduğu yerin İraq, ata qrafasında atasının adının Tudiqari, ana qrafasında anasının adının X9 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 675 saylı sərəncama əsasən, Ərizəçi xx.xx.2015-ci il tarixdə doğulmuş X22 və xx.xx.2016-cı il tarixdə doğulmuş X11 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını, yerini təsdiq edən tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşaqların doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, X29 xx.xx.2015-ci il tarixdə, X18 xx.xx.2016-cı il tarixdə doğulmuşlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2, mənzil 10 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 3-cü dərəcəli əlilliyə görə ayda 259,78 manat əmək pensiyası alır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2, mənzil 10 X12 mülkiyyətindədir. İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 208144 saylı şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 nikahı pozulmuş və bu, xx.xx.2014-cü ildə qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında AZ-İİ 174320 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Əhmədli qızı xx.xx.1975-ci ildə doğulmuşdur, atası X27, anası X19r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1974-cü ildə doğulmuşdur, atası X27, anası X19r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X22 xx.xx.2015-ci il tarixdə İraqda və X11 xx.xx.2016cı il tarixdə İraqda doğum faktı müəyyən edilməli, onlara doğum haqqında şəhadətnamələr verilməli, doğum haqqında şəhadətnamədə X6 Sultanov, adı Əhməd, ata adı Salim, doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı Salim, ana qrafasında anasının adı X5, X2 Sultanov, adı Mushab, ata adı Tudiqari, doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer İraq, ata qrafasında atasının adı Tudiqari, ana qrafasında anasının adı X9 qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X22 xx.xx.2015-ci il tarixdə İraqda doğum faktı müəyyən edilsin. X25 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X6 Sultanov, adı Əhməd, ata adı Salim, doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı Salim, ana qrafasında anasının adı X5 qeyd edilsin. X11 xx.xx.2016-cı il tarixdə İraqda doğum faktı müəyyən edilsin. X15 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X2 Sultanov, adı Mushab, ata adı Tudiqari, doğum tarixi xx.xx.2016-cı il, doğulduğu yer İraq, ata qrafasında atasının adı Tudiqari, ana qrafasında anasının adı X9 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2021/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2021/2022
24.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver