Məhkəmə qərarları › İş №2(012)-203/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-203/2023

11.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-203/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbi barədə mülki işə 11 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona aid olan qanuni torpaq sahəsinə baxış keçirilsin və ona aid olan torpaq sahəsi sökülüb əvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-3709/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/499 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 13 dekabr 2022-ci il tarixli **********11 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadəsində olan 0,0251 ha torpaq sahəsinin 79 kv.metr (0.0079 ha) hissəsinin Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı icarə müqaviləsi əsasında məxsus olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,0230 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilinə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə mübahisəli torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşdiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin: 39.1. maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, iş materiallarından müəyyən oldu ki, mübahisəli torpaq sahəsi inzibati ərazi vahidi olaraq Suraxanı rayonu ərazisində yerləşdiyindən məhkəmə hesab edir ki, qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş ərazi aidiyyəti üzrə mübahisəli torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbi barədə mülki iş ərazi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar