Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2041/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 03.12.2015-ci il tarixli E/0128 nömrəli mansardın alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilməmiş borcla əvəzləşdirilməklə Cavabdeh inşa edilməklə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF PARK» yaşayış massivindəki A kompleksi, 8 saylı yaşayış binasında, ümumi sahəsi 41,5 kv.metr olan 1 otaqdan ibarət olan 33 saylı mansardın boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği olan 30,40 manatın Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.12.2015-ci il tarixli E/0128 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən Cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF PARK» yaşayış massivindəki A kompleksində, 8 saylı yaşayış binasında, ümumi sahəsi 41,5 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 28.013 manat olan, inşa edərək təhvil verilmiş 33 saylı mansardı hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə Cavabdeh satılmışdır. Həmin 03.12.2015-ci il tarixli E/0128 nömrəli mansardın alqı-satqısı haqqında müqavilənin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini 120 (yüz iyirmi) ay müddətinə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3cü bəndinə görə əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman alıcı gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0,1% həcmində satıcıya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və alıcı tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra alıcıya geri qaytarılır. Müqaviləyə edilmiş 1 nömrəli Əlavənin 1.4-cü bəndinə əsasən alıcı aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0,1% miqdarında cərimə ödəyir. Cavabdeh noyabr 2021-ci il tarixindən öhdəliyini tam yerinə yetirməmişdir. Bununla əlaqədar hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0,1% miqdarında hesablanmaqla cərimə məbləği 10.084,68 manat təşkil edir. Hazırda cavabdehin 03.12.2015-ci il tarixli E/0128 nömrəli mansardın alqı-satqısı haqqında müqavilə üzrə ödənilməmiş 14.944 manat əsas borcu və 10.084,68 manat cərimə borcu olmaqla, cəmi 25.028,68 manat borcu yaranmışdır. Həmin müqavilənin 3.1.2.3-ci bəndinə əsasən aatıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əlavənin 1.2-ci bəndinə görə alıcı müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı satıcıya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 03.12.2015-ci il tarixli E/0128 nömrəli mansardın alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi və Cavabdeh inşa edilməklə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş «AAAF PARK» yaşayış massivindəki A kompleksi, 8 saylı yaşayış binada, ümumi sahəsi 41,5 kv.metr olan 1 otaqdan ibarət olan 33 saylı mansardın boşaldılaraq, iddiaçı Cəmiyyətə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği olan 30,40 manatın Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli E/0128 nömrəli "xxxx" müqaviləsindən müəyyən edilir ki, MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF PARK» yaşayış massivindəki A kompleksində inşa edilən (inşa edilmiş) 8 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 41,5 kv.metr olan, 1 otaqdan ibarət 33 saylı mansardı Cavabdeh satmağı, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş əmlakın dəyəri olan 28.013 manat məbləğində pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə görə alıcı 120 ay müddətinə, hər ay 234 manat olmaqla mansardın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barədə bildirişlərin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh borcun 10 gün müddətində könüllü ödənilməsi, əks təqdirdə mansard üzərində bütün hüquqların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçəcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış öhdəliklərin icra edilməsi və mənzilin təhvil verilməsi barədə 09 yanvar 2021-ci il tarixli, 023 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 23.910 manat məbləğində borcun ödənilməsi, əks təqdirdə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi, mansardın Cəmiyyətə geri təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli 111 nömrəli maliyyə arayışından görünür ki, 03 dekabr 2015-ci il tarixli E/0128 nömrəli "xxxx" müqaviləsinə əsasən alıcı Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş «AAAF PARK» yaşayış massivindəki A kompleksi, 8 saylı yaşayış binasında ümumi sahəsi 41,5 kv.metr olan, 1 otaqdan ibarət 33 saylı mansarda görə Cəmiyyətə 13.069 manat ödəniş edilmişdir. 03 dekabr 2015-ci il tarixli E/0128 nömrəli "xxxx" müqaviləsi üzrə borc 14.944 manat və 10.084,68 manat cərimə borcu olmaqla, cəmi 25.028,68 manat təşkil edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 03 dekabr 2015-ci il tarixli E/0128 nömrəli "xxxx" müqaviləsindən bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mansardı cavabdehə satmağı öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 28.013 manatı 120 ay müddətinə hər ay 234 manat olmaqla ödəməklə mansardın tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cəmi 13.069 manat məbləğində ödəniş etdikdən sonra iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya ümumilikdə 25.028,68 manat borcu yaranmışdır. Hazırda da iddiaçı müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, mansardın boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda isə baxmayaraq ki, tərəflər arasında müqavilə müəyyən müddətə bağlanmış, bocr verən müqavilə müddətinin bitməsini gözləmədən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli E/0128 nömrəli "xxxx" müqaviləsi cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən ləğv edilməli, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «AAAF PARK» yaşayış massivi, A kompleksi, 8 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 41,5 kv.metrdən ibarət, 1 (bir) otaqlı 33 saylı mansard boşaldılmalı və həmin mansard boşaldılaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30,40 manat məbləğindəki dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli E/0128 nömrəli "xxxx" müqavilə ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, «AAAF PARK» yaşayış massivi, A kompleksi, 8 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 41,5 kv.metrdən ibarət, 1 (bir) otaqlı 33 saylı mansard boşaldılsın və həmin mansard boşaldılaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. Cavabdeh 30,40 manat dövlət rüsumuna görə pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2041/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2041/2021
02.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver