Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2057/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 181 C saylı evdən çıxarılması, həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzili iddiaçı tərəfindən, 15 oktyabr 2019-cu il tarixində əmlak kirayə müqaviləsi əsasında X3 vasitəsi ilə Cavabdeh2 və Cavabdeh1 400 manata kirayə verilmişdir.Cavabdehlər mənzildə olan əşyaları vasitəçi X3 iştirakı ilə yoxlayaraq təhvil almış, iddiaçı tərəfindən 15 oktyabr 2019-cu il tarixli əmlak kirayə müqaviləsi bağlanılmışdır. Evdə olan əşyalar cavabdehlərə təhvil verilərkən iddiaçı tərəfindən video çəkiliş aparılmışdır. Cavabdehə mənzil təhvil verilərkən əmlak kirayə müqaviləsində cavabdehin mənzildə olan əşyalara cavabdeh olaması haqqında xəbərdar olunmuş və tərəflər mənzildə olan əşyaların salamat saxlanması barədə öhdəlik götürmüşdürlər.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzil kirayə haqqını vaxtı-vaxtı ödəyirdilər. Lakin 2020-ci ilin mart ayından sonra cavabdehlər mənzil kirayə haqqını ödəməmişdirlər. Cavabdehlərə mənzili boşaltmaqları haqqında dəfələrlə xəbərdar olunmağına baxmayaraq mənzildən çıxmaqdan imtina edilmişdir. Cavabdehlərin mənzildən çıxarılması ilə əlaqədar olaraq hüquq mühafizə orqanına müraciət etdikdə yalnız məhkəmə qaydasında işinin həll olacağı ona bildirilmişdir. İddiaçı cavabdehlərdən evdən çıxmalarını və evi boşaltmalarını tələb etsə də, qəti şəkildə imtina edirlər. Buna görə də hazırda iddiaçı mülki hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu hal iddiaçını mənzilin mülkiyyətçisi kimi, gəlini və nəvələrinin isə istifadə hüquqlarını pozur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, o, İddiaçı ev tapıb çıxana kimi 1 ay vaxt istəmişdir. Ev tapdıqdan sonra sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 181 C saylı evdən çıxacaqdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 181 C saylı evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 23.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 3 saylı MTİTTS tərəfindən verilmiş 09.02.2021-ci il tarixli, 04 №-li arayışdan görünür ki, X7 həqiqətən ünvan 2 ünvanda X7, Cavabdeh2 və Cavabdeh1 daimi qeydiyyatdadırlar. İş materiallarında olan 15 oktyabr 2019-cu il tarixli evlərin kirayə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzil İddiaçı tərəfindən X3 vasitəsi ilə Cavabdeh2 və Cavabdeh1 400 manata 1 il müddətinə kirayə verilmişdir. 1 aylıq kirayə haqqı əvvəlcədən ödənilmişdir. Cavabdehlər mənzildə olan əşyaları vasitəçi X3 iştirakı ilə yoxlayaraq təhvil almışlar. Cavabdehlərə mənzil təhvil verilərkən əmlak kirayə müqaviləsində cavabdehlərin mənzildə olan əşyalara cavabdeh olması haqqında xəbərdar olunmuş və tərəflər mənzildə olan əşyaların salamat saxlanması barədə öhdəlik götürmüşdürlər. İş materiallarında olan Asan Sumqayıt tərəfindən verilmiş 16.02.2021-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, X6 ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 181 C saylı ev ünvanında X5 və X4 da qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər dinlənilərkən və iş materialları araşdırılarkən müəyyən edildi ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 181 C saylı evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 23.10.2019-cu il tarixdə qeydiyyata alınmışdır. 15 oktyabr 2019-cu il tarixli evlərin kirayə verilməsi haqqında müqaviləyə görə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan mənzil İddiaçı tərəfindən X3 vasitəsi ilə Cavabdeh2 və Cavabdeh1 400 manata 1 il müddətinə kirayə verilmişdir. Lakin cavabdehlər kirayə müqaviləsinin şərtlərini pozaraq, 2020-ci ilin mart ayından sonra cavabdehlər mənzil kirayə haqqını ödəməmişlər. Bundan əlavə 3 saylı MTİTTS tərəfindən verilmiş 09.02.2021-ci il tarixli, 04 №-li arayışdan görünür ki, X7 həqiqətən ünvan 3 ünvanda X7, Cavabdeh2 və Cavabdeh1 daimi qeydiyyatdadırlar. Cavabdehlər iddiaçının mülkiyyət hüquqları pozaraq hələ də, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 181 C saylı evdə yaşamağa davam etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Rəhimova X1 Rəşid Heydar oğlunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 181 C saylı evdən çıxarılmalı və həmin yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 676-cı maddəsinə görə bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməsi, yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmaması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 692.2.1-ci maddəsinə əsasən, kirayəyə verənin kirayə hüquq münasibətlərinə kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda xitam vermək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəllənin 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 181 C saylı evdən çıxarılsınlar, həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2057/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2057/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver