Məhkəmə qərarları › İş №2(012)-2090/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2090/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2090/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi-yaşayış evindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi-yaşayış evindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsi, ev 66 (Yeni qaydada: ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsi, ev 66 (Yeni qaydada: ünvan 1 ünvanında yerləşən evə dair çıxarış İddiaçı adınadır. Həmin evi iddiaçı 22 may 2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh anası X2 almışdır. Ev satıldıqdan sonra cavabdehin anasının oradan istifadə hüququna xitam verilsə də, özü oradan qeydiyyatdan çıxsa da, cavabdehin həmin evdə olan qeydiyyatı hələ də qalmaqdadır. Bu da iddiaçının mülkiyyət hüquqlarını pozduğundan cavabdehin sözügedən evdən istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarında olan 22 may 2020-cı il tarixli, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı X1 rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsində yerləşən 66 saylı fərdi yaşayış evini 30000 manat müqabilində alıcı İddiaçı mülkiyyətinə verir. Həmin müqavilənin 13-cü bəndində əsasən X3 həmin evdən 22.06.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 08.06.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən 552 nömrəli, 09.02.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsində yerləşən 66 saylı fərdi yaşayış evində (Yeni qaydada: ünvan 1 qeydiyyatdadır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdehin anası Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsində yerləşən 66 saylı fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin evə mülkiyyət hüququ iddiaçıya keçmişdir. Cavabdehin anası həmin evə istifadə hüququnu itirmiş və həmin evdən qeydiyyatdan çıxmışdır. Cavabdeh isə həmin evə olan istifadə hüququnu itirsə də, hələ də orada formal olaraq qeydiyyatdadır. Cavabdehin həmin evdən qeydiyyatdan çıxmasına etirazı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki,cavabdehin mübahisəli evdən istifadə hüquq olmuş, lakin evin satılması ilə artıq həmin mənzilə istifadə hüququnu itirmişdir.Ona görə də, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinə (Yeni qaydada: ünvan 1 olan istifadə hüququ itirilmiş hesab edilməli, iddia təmin edilməlidir. Cavabdehin mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququnun itirilməsi qeydiyyatdan çıxma üçün də əsas hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinə olan (Yeni qaydada: ünvan 1 istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Nəvai küçəsində yerləşən 66 saylı fərdi yaşayış evindən (Yeni qaydada: ünvan 1 qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar