Məhkəmə qərarları › İş №2(012)-2098/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2098/2021

04.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2098/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh X7, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhəri idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X8 qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı və sair tələblərə dair” iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və X8 qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı və sair tələblərə dair” iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh “xxxx” MMC-nin direktoru tərəfindən barəsində verilmiş 23.12.2020-ci il tarixli əmrin əsassız, qanunsuz hesab edilərək ləğv edilməsi və onun öz vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, maddi ziyana görə 2000 (iki min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh “xxxx” MMC-nin direktoru X7 “Əmək müqaviləsinin ləğvi haqqında” 23.12.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən opertator (müştərilərin zənglərinə cavab vermə) vəzifəsindən azad edilmişdir. Həmin əmrin verilməsinə əsas kimi “vəzifə funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi” göstərilmişdir. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəzi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məjkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onunla bağlanmış əmək müqaviləsinin ləğvini qanunvericiliyin tələbləri pozulmaqla aparıldığına, habelə aşağıda göstərilən digər əsaslara görə düzgün hesab etmir, cavabdehin əmri ilə razı deyildir. Hesab edir ki, “xxxx” MMC-nin direktoru X7 “Əmək müqaviləsinin ləğvi haqqında” 23.12.2020-ci il tarixli əmrinin ləğv olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o öz vəzifəsinə bərpa edilməsi, maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 20000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilməməsi, yaxud da Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı hala yol verilməsi əmrdə göstərilməmişdir. O, məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytından götürmüşdür. İşəgötürən tərəfindən ona heç bir məlumat verilməmişdir. Hətta əmək kitabçası, işdən çıxarılması barədə əmrin surətini və digər sənədlərini tələb etdikdə “xxxx” MMC-nin direktoru X14 tərəfindən qəbul edilməmiş və dinlənilməmişdir. Qeyd olunan firmada “Coll Centre” rəhbəri vəzifəsində çalışan cavabdehin həyat yoldaşı Səfura Məmmədova ona bildirmişdir ki, o, işdən çıxmaq barədə könüllü ərizə yazmalıdır. O, razı olmadığına görə “xxxx” MMC-nin dirketoru X14 tərəfindən təhqir və təhdid olunaraq, qovulmuşdur. Rəhbər keyfiyyətlərinə malik olmayan dirketorun ona qarşı qərəzçiliyi belə bir əsassız və qanunsuz əmrin verilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan manefelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin o, birmənalı olaraq bildirir ki, Əmək Məcəlləsinin 71-ci 2-ci hissəsində sadalanan hallara tərəfindən yol verilməmiş, digər tərəfdən isə mübahisəli əmrdə əmək müqaviləsinin zəruriliyi əsaslandırılmamışdır. Azərbaycan Respublikası ƏMnin 186-cı maddəsinin 2-ci hissəsindən görünür ki, əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi intizam tənbehinin ən ağır növüdür və həmin Məcəllənin 187-ci maddəsinə intizam tənbehinin verilməsi qadaları müəyyən edimişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasın, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazıl izahatın verilməsinə tələb edər bilər. Lakin ondan yazılı izahat alınmamış və məlum olmayan və ona məlum rəhbərlik onu konstitusion hüquqlarının bərpasını tələb etdiyinə görə işdən azad etmişdir, lakin konkret olaraq onunla əmək müqaviləsinin ləğvini zəruri edən məhz hansı pozuntuya görə işdən azad edilməsi barədə ona heç nə deyilməmiş, izahatı da alınmamışdır. Barəsində əmr verilərkən yuxarıda göstərdiyi normaların tələbləri pozulmuşdur, əgər o, hansısa hüquqa zidd hərəkətlərə yol vermişdirsə həmin hərəkətlərin tərəfindən nə vaxt törədildiyi göstərilməmiş, bu halın özü fə əmrin hüquqi baxımdan düzgün olmadığına dəlalət edir. Əmrin əsassızlığına dəlalət edən digər hal ondan ibarətdir ki, işdə olduğu halda məsələyə onun iştirakı ilə faktiki və real olaraq baxılmamış və bu səbəbdən düzgün olmayan qərar verilmişdir. O, işdən çıxarılmazdan və əmri verilməzdən əvvəl “xxxx” MMC-nin direktoru X14 tərəfindən qəbul edilməmiş və dinlənilməmişdir. Onun tərəfindən cavabdehə hər hansı maddi və mənəvi ziyan vurulmamışdır. Əksinə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir.O, heç zaman əmək funksiyalarını pozmamış, əksində üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. O, uzun müddətdir ki, bu sistemdə çalışır. ˝xxxx˝ MMC-də işləyərkən vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini məsuliyyətli və layiqincə, keyfiyyətli yerinə yetirdiyinə görə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Bu işdə kifayət qədər təcrübəyə və staja malik olduğuna görə rəhbərlik tərəfindən digər işlərin aparılması da ona həvalə edilmiş və həmin işlər də tərəfindən vaxtında, yüksək səviyyədə yerinə yetirilmişdir. Bu halı rəhbərlik təsdiq edə bilər. Belə ki, “xxxx” MMC-nin direktoru X7 qərarı ilə o, yaxşı işçi kimi dispeçer vəzifəsində çalışmışdır. İşin məhkəmə araşdırması zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh kimi yalnız X7 tanınmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəməyə cavabdeh X14 iddia ərizəsinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir, qanunsuz və əsassız hesab edir, iddiaçının tələblərini təkzib edən sübut əhəmiyyətli müvafiq sənədlər tərəfindən məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddia tələbinin maddi ziyanın ödənilməsinə dair hissəsinə məhkəmədə hazırki mübahisə ilə birlikdə baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 197-ci maddəsinin tələblərinə görə “İşçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi bötüvlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.9-cu maddəsinə əsasən məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi iddiaçı tərəf yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əməl etməyək cavabdeh tərəfə müraciət etməmiş və birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halları qiymətləndirməmiş, iddiaçının maddi ziyanla bağlı tələbini icraata qəbul etmiş, hətta həmin hissədə işin hallarının araşdırılması ilə bağlı iddiaçının vəsatətini təmin edərək 06.04.2021-ci il tarixdə sübutların təmin edilməsi barədə qərardad qəbul etmişdir. Sadalananlara əsaslanaraq, cavabdeh Q.Məmmədov məhkəmədən iş üzrə iddiaçının cavabdeh ˝xxxx˝ MMC-nin direktoru tərəfindən verilmiş 23.12.2020-ci il tarixli əmrin əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və mənəvi ziyana görə 20000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə iddiasının rədd edilməsi, tələbin maddi ziyana görə 2000 manatın tutulmasına dair hissədə işin icraatına xitam verilməklə iş üzrə qəbul edilmiş 2(012)- 2098/2020 saylı 06.04.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bundan başqa Q.Məmmədov məhkəmə sorğusuna yazılı cavabından göstərmişdir ki, İddiaçı 01.10.2019-cu il tarixli 08-K nömrəli əmrlə fərdi sahibkar Q.Məmmədov tərəfindən operator vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin şikayətçi ilə 01.01.2019-cu il tarixdə 04 nömrəli əmək müqaviləsi bağlanmış və müqavilənin bir surətini İddiaçı tərəfindən imzalanmaqla ona verilmişdir. İşə qəbul edilərkən əmək müqaviləsinə əlavə, işdə olan daxili qaydalarla tanış edilmiş və İddiaçı şəxsən öz xətti ilə ad, soyadını və telefon nömrəsini yazaraq imzalamışdır. İşlədiyi dövrdə İddiaçı 18-KM nömrəli, 30.09.2020-ci il tarixli əmrlə 30 gün əmək məzuniyyəti verilmişdir. İşlədiyi müddət ərzində həm sürücülər, həm də müştərilər tərəfindən şifahi şəkildə şikayətlər daxil olmuş, şifarişlərin tərtibində səhvlərə yol vermiş, işə gecikmələri və tam iş günü kimi iştirak etmədiyi hallara görə ona hər ay keçirilən iclaslarda bir neçə dəfə şifahi xəbərdalıq edilmişdir. Lakin 2020-ci ilin dekabr ayından başlayaraq İddiaçı barəsində sürücülərlə yanaşı həm də iş yoldaşlarından şifahi və rəsmi olaraq çoxlu şikayətlər daxil olmağa başladığından onun iş fəaliyyəti onlar tərəfindən araşdırılmış və araşdırmaların nəticəsi olaraq İddiaçı 19-T, 10.12.2020-ci il tarixli əmrlə töhmət, 19-ŞT nömrəli, 19.12.2020-ci il tarixli əmrlə şiddətli töhmət verilmiş və son olaraq 21-K nömrəli, 23.12.2020-ci il tarixli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunması ilə bağlı İddiaçı məlumat verilmiş və əmək kitabçasını isə 3 gün müddətində ofisə yaxınlaşaraq götürə bilməsi ona izah edilmişdir. Əmək kitabçasını götürmədiyindən onunla telefon əlaqəsi saxlanılmış, şikayətçi isə bildirmişdir ki, Mingəçevir şəhərindədir, Bakıya gəldiyi zaman ofisə yaxınlaşacaqdır. Lakin 03.02.2021-ci il tarixdə əlaqə saxlayaraq Bakıya gələ bilməyəcəyini və əmək kitabçasını Mingəçevir şəhərində olan ünvana göndərilməsini xahiş etmişdir. Ona görə “Azəripoçt” vasitəsilə şikayətçi İddiaçı məxsus bir ədəd ******* nömrəli əmək kitabçası şikayətçinin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məhkəmə iclasında cavabdeh X15 izahatında əlavə olaraq göstərmişdir ki, İddiaçı 01.10.2019-cu il tarixdə cavabdeh “xxxx” MMC şirkətinə əmək müqavilə ilə “operator, müştərilərin zənglərinə cavab vermə” vəzifəsinə qəbul olunmuş, əvvəllər vəzifə funksiyalarının öhdəsindən gəlsə də, sonradan işində nöqsanlara yol vermiş və bu hal zaman keçdikcə artmış, belə ki, iddiaçı müştərilərlə zaman-zaman kobud danışmış və dəfələrlə hərəkətinə görə üzr istəmiş, 2019-cu ilin oktybar ayında iddiaçıya kart açılaraq əmək müqaviləsi üzrə bütün ödənişləri həmin kart hesabına köçürülmüş, bütün ödənişlər kartdan iddiaçının özü tərəfindən çıxarılmış, iddiaçının kartı onun özündə olmuş, bu səbəbdən həmin kartdan şirkət əməkdaşları və ya onun tərəfindən hər hansı pul çəkilməmiş, şirkətin daxili qaydalarına görə hər ayın sonu yekun işlərlə bağlı iclas keçirilmiş və həmin iclasda işçilərin əmək fəaliyyəti, onların işi və səriştəsizliyi kimi məsələlər müzakirə olunmuş, bu barədə protokollar tərtib edilmişdir. Sadalananları əsas tutaraq, cavabdeh Q.Məmmədov məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin iclasında üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhəri idarəsinin etibarnamə üzrə nümayəndəsi X9 izahatında göstərmişdir ki, İddiaçı müvafiq qaydada onlara müraciət etmiş, lakin qanunvericiliyin tələbinə əsasən onların sahibkarların fəaliyyətini yoxlamaq səlahiyyətləri yoxdur. İlkin olaraq sənədlər Q.Məmmədov tərəfindən təqdim edilməmişdir, sonrakı araşdırma zamanı müəyyən edilmişdir ki, müvafiq əmrlər barədə İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, iddiaçını “xxxx” MMC-də işlədiyi zaman tanımışdır. Özü 2018-ci ilin aprel ayından həmin şirkətdə işləmiş, xanım isə 2018-ci ilin noyabr ayında həmin şirkətə gəlmişdir. O, operator vəzifəsində çalışmışdır. F.Abbasov izahatında göstərmişdir ki, İddiaçı təxminən 5-6 ay müqaviləsiz işləmiş, yalnız sonradan onunla əmək müqaviləsi bağlanılmışdır. İşlədiyi dövrdə iddiaçı barəsində intizam icraatının aparılmasının və ya öna töhmət verilməsinin şahidi olmamışdır. Bəzən Qafqaz müəllimin rəhbərliyi ilə keçən iclaslarda şifahi iradlar tutulmuşdur. Şahid F.Abbasov həmçinin göstərmişdir ki, o və iddiaçı başqa-başqa “smenlərdə” işləmişlər. 2019-ci ilin 2 dekabrında iclas keçirilmiş, onlara bildirilmişdir ki, şirkət başqa müəssisə ilə birləşir, ona görə işçilərin işdən çıxarılmalarını elan etmişlər. Həmin zaman iddiaçıya da işdən çıxma barədə ərizənin yazılması təklif edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə birdə “xxxx” şirkətində çalışmışdır. O, 2018-ci ilin mart ayının 8-də işə girmiş, orada 2019-cu ilin iyul ayına kimi işləmiş, iddiaçı isə 2018-ci ilin noyabr ayında həmin şirkətə gəlmişdir. M.Feyzullayeva izahatında həmçinin özünün əmək müqaviləsi olmadan orada çalışdığını, 300 manat əmək haqqı və üstəlik işinə görə əlavə faizlər aldığını, bildiyinə görə iddiaçının da əmək müqaviləsi olmadan orada işlədiyini, işlədiyi dövrdə iddiaçıya hər hansı xəbərdarlıq və ya töhmətin verilməsinin şahidi olmadığını, işlədiyi dövrdə 5 gün məzuniyyətdə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, iddiaçı ilə birgə “xxxx” şirkətində çalışmışdır. O özü 18.10.2018-ci il tarixdən 17.01.2020-ci il tarixədək orada işləmiş, iddiaçı isə 2018-ci ilin noyabr ayında işə düzəlmiş, təxminən altı ay müqaviləsiz işləmişdir. S.Bağırov izahatında həmçinin göstərmişdir ki, iddiaçı ilə təxminən iki ay bir “smendə” işləmiş, işlədiyi dövrdə iddiaçıya hər hansı xəbərdarlıq edilməsinin və ya ona töhmət verilməsinin şahidi olmamışdır. Əlavə olaraq göstərmişdir ki, işlədikləri yerdə töhmət asılan löhvə olmamışdır. Məhkəmə tərəflərin və prosesin digər iştiraklarının izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -01.10.2019-cu il tarixli 4 saylı əmək müqaviləsindən görünür ki, “xxxx-Q” Xidmətinin sahibi X14 ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanılmış, işçi 01.10.2019-cu il tarixində işə başlamış, işçi birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmiş, əmək müqaviləsi üzrə əmək haqqı hər ay üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. -İşdə qaydalar və cərimələr adlı sənəddən görünür ki, qaydalar və onların pozulması zamanı əmək haqqında tutulacaq cərimələr və əmək müqaviləsinə xitam veriləcək hallar – işə gecikmə və ya bütün günü işə gəlməmək, iş stolunu tərk etmək, telefona görə, komputerdən və digər elektron vasitələrdən istifadə, sifarişlərə nəzarət etməmək, məcburi sifarişlərin sürücüyə göndərilməsi, sifarişdə ünvanların düzgün qeyd olunmaması, müştəri və sürücülərlə etikadan kənar danışığa yol verməmək, sürücülərin sistem (proqram) üzərindn daxil olan çağrılarını vaxtında cavablamaq, məxfilik və həmin halların izahları ilə işçilər, o cümlədən İddiaçı tanış etdirilmiş və bunu imzaları ilə təsdiq etmişlər. -Əmək müqaviləsinin bağlanması ilə bağı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X14 ilə İddiaçı arasında 01.10.2019-cu il tarixli, №4WYBSEQ0004X0 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişi elektron informasiya sistemində 25.10.2019-cu il tarixində qeydiyyata alınmışdır. -Q.Ş.Məmmədovun imzası ilə təsdiq edilmiş 01.10.2019-cu il tarixli, 08-K saylı əmrdən görünür ki, İddiaçı bağlanmış əmək müqaviləsi əsasında 3(üç) ay sınaq müddəti ilə “xxxx-Q” Xidmətində operator vəzifəsinə işə qəbul edilmiş, İddiaçı “xxxx-Q” Xidmətinin ştat cədvəlinə uyğun əmək haqqı təyin edilmişdir. -Q.Ş.Məmmədovun imzası ilə təsdiq edilmiş 30.09.2020-ci il tarixli, 18-KM saylı əmrdən görünür ki, İddiaçı 01.10.2020-ci il tarixindən 2019-2020-ci iş ili üçün 30(otuz) təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılması, İddiaçı əmək məzuniyyətinə çıxması ilə bağl əmək məzuniyyəti haqqı hesablanması və ödənilməsi, İddiaçı 31.10.2020ci il tarixdən işə başlaması müəyyən edilmişdir. -X1 adından Qafqaz Məmmədova ünvanlanmış 08.12.2020-ci il tarixli ərizəsindən görünür ki, sürücü “xxxx” Xidmətində çalışdığını, 07-08 dekabr 2020-ci il tarixlərində, saat təxminən 08:00-10:00 arası taksi proqramı vasitəsilə dispeçerə zəng göndərmiş, on dəqiqə keçməsinə baxmayaraq, cavab verilməmiş, bunun nəticəsində müştəri onu çox yol sürdürmüş, lakin az ödəniş etmiş, nətəcə ona maddi ziyan dəymişdir. Sadalananları əsas tutaraq, ona dəymiş maddi ziyanın ödənilməsini və dispeçer barəsində tədbir görülməsini xahiş etmişdir. -X14, operator X23 və opertor X17 tərəfindən tərtib edilmiş 10.12.2020-ci il tarixli aktdan görünür ki, sürücü X27 tərəfindən daxil olan 08.12.2020-ci il tarixli şikayət xarakterli ərizə onlar tərəfindən araşdırılmış və İddiaçı inzibati tənbeh olaraq töhmət verilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, işçi İddiaçı akt ilə tanış edilsə də imza etməkdən imtina etmişdir. -Q.Ş.Məmmədovun imzası ilə təsdiq edilmiş 10.12.2020-ci il tarixli, 19-T saylı əmrdən görünür ki, 01.10.2019-cu il tarixli, 08-K nömrəli əmrlə fərdi sahibkar (VÖEN **********) X7 rəhbərlik etdiyi “xxxx 1188” Xidmətində operatov vəzifəsində işə qəbul edilmiş İddiaçı əmək funksiyalarını tam yerinə yetirmədiyi, daxili intizam qaydalarını kobud şəkildə pozduğu, işəgötürənə maddi ziyan vurduğu, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə nəzərdə tutulan qaydaları pozduğu üçün ona töhmət verilmişdir. -X11 tərəfindən X8 ünvanlanmış 18.12.2020-ci il tarixli ərizədən görünür ki, ərizəçi İddiaçı onların işinə çox problemlər yaratması, sifarişləri korlaması, müştərilərlə kobud şəkildə danışması, işdə işçilər arasında çox söz-söhbət, konflikt yaratması, işçilərin şəxsi həyatlarını müzakirə etməsi, işdə olan məlumatları işdən çıxmış işçilərə ötürməsi, işdə qoyulmuş telefon qadağasına riayət etməməsi, öz şəxsi “mışka”sından istifadə etməsi hallarını əsas gətirərək, barəsində tədbir görülməsini xahiş etmişdir. -X12, operator X23 və operator X17 tərəfindən tərtib edilmiş 19.12.2020-ci il tarixli aktdan görünür ki, işçi X4 18.12.2019-cu il tarixli şikayət xarakterli ərizəi araşdırılmış, müəyyən edilmiş qüsurlar əsasında operator İddiaçı şiddətli töhmət verilmiş və işində son olaraq dönüş yaratması onun nəzərinə çatdırılmışdər. Həmçinin aktda qeyd edilmişdir ki, işçi İddiaçı akt ilə tanış edilsə də imza etməkdən imtina etmişdir. -Q.Ş.Məmmədovun imzası ilə təsdiq edilmiş 19.12.2020-ci il tarixli, 19-ŞT saylı əmrdən görünür ki, 01.10.2019-cu il tarixli, 08-K nömrəli əmrlə fərdi sahibkar (VÖEN **********) X7 rəhbərlik etdiyi “xxxx 1188” Xidmətində operatov vəzifəsində işə qəbul edilmiş İddiaçı əmək funksiyalarını tam yerinə yetirmədiyi, daxili intizam qaydalarını təkrar olaraq kobud şəkildə pozduğu, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10cu maddəsinə nəzərdə tutulan qaydaları pozduğu, eyni zamanda 10.12.2020-ci il tarixli 19-T nömrəli əmrlə bir dəfə töhmət aldığı nəzərə alınaraq ona şiddətli töhmət verilmişdir. -X3 tərəfindən X8 ünvanlanmış 21.12.2020-ci il tarixli ərizədən görünür ki, sürücü 2020-ci ilin əsasən dekabr ayı ərzində taksi proqramı vasitəsilə dispeçerə zəngləşmə göndərsə də ona vaxtında cavab verilmədiyini, bəzən isə ümumiyyətlə cavab verilmədiyini göstərərək həmin halların araşdırılmasını və tədbir görülməsini xahiş etmişdir. -X6 tərəfindən X8 ünvanlanmış 22.12.2020-ci il tarixli ərizədən görünür ki, sürücü 21.12.2020-ci il və 22.12.2020-ci il tarixlərində müəyyən saatlarda taksi proqramı vasitəsilə onunla əlaqə saxlanılması üçün zəngləşmə göndərmiş, lakin ona bir dəfə on iki dəqiqədən gec cavab verilmiş, bir dəfə isə cavab verilməmiş, nəticədə müştəri ona əlavə sürdüyü yolun pulunu ödəməmiş çıxıb getmiş, ona 7.5 manat ziyan dəymiş, sürücü göstərilən məbləğin ona ödənilməsini xahiş etmişdir. -X12, operator X23 və operator X17 tərəfindən tərtib edilmiş 23.12.2020-ci il tarixli aktdan görünür ki, sürücülər S.Ellazovun 21.12.2020-ci il tarixli, V.Əliyevin 22.12.2020-ci il tarixli ərizələri, o cümlədən digər sürücülərin şifahi şikayətləri onlar tərəfindən araşdırılmış, İddiaçı bir sıra nöqsanlara yol verdiyi müəyyən edilmiş və nəticədə N.Əlliyevanın işdən azad edilməklə əmək fəaliyyətinə xitam verilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, işçi İddiaçı akt ilə tanış edilsə də imza etməkdən imtina etmişdir. -Q.Ş.Məmmədovun imzası ilə təsdiq edilmiş 23.12.2020-ci il tarixli, 21-K saylı əmrdən görünür ki, 01.10.2019-cu il tarixli, 08-K nömrəli əmrlə fərdi sahibkar (VÖEN **********) X7 rəhbərlik etdiyi “xxxx 1188” Xidmətində operatov vəzifəsində işə qəbul edilmiş İddiaçı əmək funksiyalarını tam yerinə yetirmədiyinə, dəfələrlə daxili intizam qaydalarını və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan qaydaları pozduğuna, sahibkara maddi ziyan vurduğuna, həmçinin 10.12.2020-ci il tarixli 19-T nömrəli əmrlə bir dəfə töhmət, 19.12.2020-ci il tarixli 19-ŞT nömrəli əmrlə şiddətli töhmət almasına baxmayaraq, bu hallar onun tərəfindən yenidən təkrarlandığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -№4WYBSEQ0004X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış 01.10.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işəgötürən X7 23.12.2020-ci il tarixli, 21-K nömrəli əmrinə əsasən işdən azad olunmuş və bu barədə bildiriş elektron sistemə 26.12.2020-ci il tarixdə daxil edilmişdir. -“xxxx-Q” xidmətinin sahibi fərdi sahibkar X14 tərəfindən Abşeron Rayon Məhkəməsinin dəftərxanasına 05.05.2021-ci il tarixdə daxil olmuş müşayiət məktubu və ona əlavə edilmiş “Hoco” markalı, qara rəngli, USB tipli 64GB yaddaş kartından görünür ki, Q.Məmmədov İddiaçı barəsində sürücülər tərəfindən ona ünvanlanmış şikayət ərizələri və həmin ərizələrin araşdırması ilə tərtib edilmiş aktların əsaslandığı video və səs yazılarını, o cümlədən həmin şikayət, aktların və sadalananlar əsasında işəgötürən tərəfindən verilmiş əmrlərin surətini məhkəməyə təqdim etmişdir. -Fərdi sahibkar X7 imzası ilə təsdiq edilmiş İddiaçı hesablanmış və ödənilmiş əmək haqqı və məzuniyyətlər barədə məlumatı özündə əks etdirən cədvəldən görünür ki, İddiaçı əmək müqaviləsi ilə işlədiyi dövr – oktybar 2019-dekabr 2020-ci il üçün vergi və digər tutmalar həyata keçirildikdən sonra cəmi 3662.20 (üç min altı yüz altmış iki manat iyirmi qəpik) manat məbləğində əmək haqqı ödənilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhəri idarəsinin 18.03.2021-ci il tarixli, **********0 saylı cavabdeh məktubundan görünür ki, İddiaçı 25.12.2020-ci il tarixli, 05.01.2021-ci il tarixli və 14.01.2021-ci il tarixi müraciətlərinin araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunması məqsədilə fiziki şəxs – sahibkar X8 05.01.2021-ci il tarixli, **********4 nömrəli və 18.02.2021-ci il tarixli, **********4 nömrəli məktublar ünvanlanmış, lakin sənədlər təqdim edilməmişdir. Tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna məktub ünvanlanmış, sənədlər təqdim olunduğu təqdirdə müraciətlərə yenidən baxılacağı qeyd edilmişdir. Həmçinin məktubda sadalananlarla razılaşmayacağı halda İddiaçı məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilmişdir. -Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsma) Aparatının 09.04.2021-ci il tarixli, 2/8101-D saylı cavab məktubundan görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməklə ilə əmək hüquqlarının pozulması müraciəti ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX müraciət edilmiş, sonuncunun verdiyi cavabdan müraciətin araşdırılması üçün zəruri olan müvafiq sənədlərin “xxxx-Q” xidmətinin sahibi fərdi sahibkar Qafqaz Məmmədov tərəfindən tam olaraq təqdim edilmədiyi, bu məqsədllə Q.Məmmədova yenidən 18.02.2021-ci il tarixli, **********4 saylı məktub ünvanladığı məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətə baxılması 15 iş günü müddətinə uzadılmışdır. -“xxxx” ASC-nin Abşeron Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(012)- 2098/2021 saylı qərardadı əsasında verdiyi 30.04.2021-ci il tarixli, HD/2270 saylı məktuba əlavə edilmiş diskin yaddaşında olan şoto və video şəkillərdən görünür ki, 12.05.2020-ci il tarixdə Card xxxxxxxxxxxx 7231 Transaction Details 11.05.2020-ci il tarixdə, saat 12:32:05-də 944 246.00 AZE Baku ATM Dərnəgul Branch kartla əməliyyat məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülmüş, 05.06.2020-ci il tarixdə Card xxxxxxxxxxxx 7231 Transaction Details 05.06.2020- ci il tarixdə, saat 14:52:14 944 246.00 AZE Baku ATM Dərnəgul Branch kartla əməliyyat məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülmüş, 17.07.2020-ci il tarixdə Card xxxxxxxxxxxx 7231 Transaction Details 17.07.2020- ci il tarixdə, saat 12:03:42 944 246.00 AZE Baku ATM Dərnəgul Branch kartla əməliyyat məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülmüş, 13.08.2020-ci il tarixdə Card xxxxxxxxxxxx 7231 Transaction Details 13.08.2020- ci il tarixdə, saat 19:21:31 944 246.00 AZE Baku ATM Dərnəgul Branch kartla əməliyyat məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülmüş, 15.09.2020-ci il tarixdə Card xxxxxxxxxxxx 7231 Transaction Details 14.09.2020- ci il tarixdə, saat 17:21:34 944 246.00 AZE Baku ATM Dərnəgul Branch kartla əməliyyat məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülmüş, 13.10.2020-ci il tarixdə Card xxxxxxxxxxxx 7231 Transaction Details 13.10.2020-ci il tarixdə, saat 09:35:40 944 246.00 AZE Baku ATM Dərnəgul Branch kartla əməliyyat məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülmüş, 08.12.2020-ci il tarixdə Card xxxxxxxxxxxx 7231 Transaction Details 07.12.2020-ci il tarixdə, saat 16:15:49 944 246.00 AZE Baku ATM Dərnəgul Branch kartla əməliyyat məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülmüş hesabdan çıxarış məlumatlarında qeyd olunan pul vəsaitlərini bankomatdan çəkən şəxsin X14 olduğu görünür. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Həmin maddənin İV bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə görə bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Məhkəmə hesab edir ki, iddia tələbi 23.12.2020-ci il tarixli əmrin ləğv edilməsi hissəsində əsaslıdır və buna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Sözügedən maddənin 2-ci hissəsinin “a” bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Həmin hissənin “e” bəndinə görə isə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda da əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış 01.10.2019-cu il tarixli, 04 saylı əmək müqaviləsinin 10.1-ci bəndinə görə tərəflər müqavilə bağlayarkən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrinə nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilməsi imkanını nəzərdə tutmuşlar. Lakin işəgötürən Q.Məmmədov Əmək Məcəlləsinin 70-ci maddəsinin ˝ç˝ bəndini rəhbər tutaraq, İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Məcəllə ilə nəzərdə tutulmuş qaydalara ciddi əməl etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İş materiallarından göründüyü kimi 23.12.2020-ci il tarixli əmri verərkən işəgötürən Q.Məmmədov Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsaslanaraq, işçi İddiaçı ilə olan əmək münasibətinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Lakin işəgötürən bu zaman Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş imperativ normanın tələbini nəzərə almamışdır. Həmin normaya görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşin məhkəmə araşdırması zamanı cavabdeh Q.Məmmədov İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməzdən əvvəl ondan yazılı izahatının alınmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Üstəlik iş materiallarından belə bir izahatın ümumiyyətlə yazılmasının İddiaçı təklif edilməsini təsdiq edən mötəbər sübut da mövcud deyildir. İddiaçının işdən çıxarılması barədə 23.12.2020-ci il tarixli əmrin verilməsi üçün əsas olan sənədlərin siyasında digərləri ilə yanaşı akt da öz əksini tapmışdır. Həmin akt eyni zamandan İddiaçı ilə əmək münasibətlərinə xitam verilməzdən öncə Q.Məmmədov, operatorlar C.Qurbanov və T.Məmmədov tərəfindən iddiaçının yol vermiş olduğu nöqsan və əmək funksiyalarının pozulması halı ilə bağlı aparılmış araşdırmanın nəticəsi ilə tərtib edilmiş 23.12.2020-ci il tarixli akt mövcuddur. Həmin aktın sonunda İddiaçı aktla tanış edilməsi, lakin bu barədə akta imza etməkdən imtina etməsi barədə qeyd vardır. Göründüyü kimi yazılı izahat verilməsi ilə bağlı işçiyə hər hansı təklifin edilməsi aktda da öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinin pozulmasıdır. Məhkəmə qeyd edir ki, müvafiq araşdırma aparılarkən işçinin izahatının alınması işin məcburi halıdır. Əmək qanunverciliyinin tələbinə görə isə işçidən izahat almaq səlahiyyəti işəgötürənə məxsusdur, qanunla işəgötürən bu səlahiyyəti müvafiq əmrlə (qərarla, sərəncamla) başqa şəxsə ötürə bilər. Eyni zamanda aktın yekununda İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi və onun işdən kənarlaşdırılması qərara alınmışdır. Bu hal ümumən aktın mahiyyətinə ziddir. Üstəlik aktdan adları keçən operatorlar C.Qurbanova və T.Məmmədova araşdırma aparılması səlahiyyəti, araşdırmanın gedişində tutmuş olduğu vəzifə baxımından eyni statusda olan işçidən izahat almaq səlahiyyəti, o cümlədən onunla əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti verən müvafiq sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Q.Məmmədovun 23.12.2020-ci il tarixli əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin də tələblərini pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən maddənin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Fərdi sahibkar və hazırki iş üzrə cavabdeh olan Q.Məmmədovun tərtib etdiyi 23.12.2020-ci il tarixli, 21-K saylı əmrdən görünür ki, əmrin verilməsi tarixi öz əksini tapsa da, əmək müqaviləsinin ləğv edilməsi günü, ayı və ili ayrıca göstərilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin ˝ç˝ bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Göründüyü kimi qanunverici Əmək Məcəlləsinin 70-ci maddəsinin ˝ç˝ bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün bir neçə əsas müəyyən etmiş və eyni zamanda həmin əsasların açıqlamasını maddi hüquq normalarında sadalamışdır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanılmış 01.10.2019-ci il tarixli, 4 nömrəli əmək müqaviləsinin 3.1ci bəndində işçinin əmək funksiyaları konkret müəyyən edilmişdir: xidmətə zəng edən müştərilərin sifarişlərinin qəbul edilməsi və həmin sifarişlərin müvafiq taksi sürücülərinə yönləndirilməsi; xidmətin daxili nizam-intizam qaydalarına ciddi riayət edilməsi; xidmətə daxil olan vətəndaşların etik qaydalar gözlənilməklə, nəzakətlə qəbulunun və yola salınmasının təşkili; gigiyena və təmizlik normlarına riayət edilməsi; digər məsələlər. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə qanunvericiliyin sadalanan tələblərinə əsasən konkret hansı halların əmək münasibətinə xitam verilməsi üçün əsas olması göstərilməlidir. Lakin 23.12.2020-ci il tarixli, 21-K nömrəli əmrdən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitamın əsası kimi “əmək funksiyalarının tam yerinə yetirilməməsi, dəfələrlə daxili intizam qaydalarını və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan qaydaları pozması, sahibkara maddi ziyan vurması, həmçinin 10.12.2020-ci il tarixli, 19-T nömrəli əmrlə bir dəfə töhmət, 19.12.2020-ci il tarixli 19-ŞT nömrəli əmrlə şiddətli töhmət verilməsi, buna baxmayaraq müvafiq halların işçi tərəfindən yenidən təkrarlanması” kimi hallar göstərilmişdir. Bu isə maddi hüquq normasının məzmununa ziddir. Belə ki, əmrdə işçi ilə əmək müqaviləsinin pozulmasına səbəb olan konkret hansı əmək funksiyasının tam yerinə yetirilməməsi, İddiaçı konkret hansı daxili intizam qaydasının pozması, Əmək Məcəlləsinin 10-cu maddəsində sadalanan konkret hansı qaydanı pozması, sahibkara konkret olaraq hansı miqdarda, hansı hərəkət və ya hərəkətsizliklə ziyan vurması əmrdə öz əksini tapmamış, əmrdə bu hallar ümumi ifadələrdə öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, sadalananlara əsasən maddi hüquq normasının tələbi pozulmuşdur. Sahibkara maddi ziyanın vurulması halı ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 198-ci maddəsinə görə bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin maddənin 2-ci hissəsinə görə araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Hazırki işin hallarından görünür ki, işəgötürən Q.Məmmədov 23.12.2020-ci il tarixli əmri verərkən işçinin ona maddi ziyan vurması halına istinad etsə də, bununla bağlı İddiaçı izahatını almamış, maddi ziyanla bağlı yoxlamanın sənədləri və nəticələri ilə bağlı İddiaçı tanış etməmişdir. Üstəlik iş materiallarından Q.Məmmədova İddiaçı əməli nəticəsində maddi ziyan dəyməsi halı mötəbər sübutlarla öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, bu hissədə də əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə cavabdeh Q.Məmmədovun 23.12.2020-ci il tarixli əmrinin əsaslı olması ilə bağlı gətirdiyi dəlillər və əmrdə sadalananlarla bağlı xüsusi qeyd edir ki, məhkəmə araşdırması zamanı Q.Məmmədova əmrlərin uçotunun aparıldığı xüsusi kitabın və ya əmrlərin qeydiyyatının aparıldığı kompüterdə xüsusi proqramdan çıxarışın məhkəməyə təqdim edilməsi dəfələrlə təklif edilsə də, Q.Məmmədov bunu etməmişdir. Bu hal sözügedən əmrlərin tərtibi tarixi ilə bağlı məhkəmədə yaranmış şübhələrin həqiqilyinə zəmin yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 85-ci maddəsinin 1-ci hissədinə görə işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. Həmin maddənin 2-ci hissədinə görə işəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Həmin maddənin 3-cü hissəsinə görə bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarının və şahidlərin ifadələrinin məzmunundan məlum olur ki, müəssidə işçilərin intizam tənbehinə cəlb olunmasına dair məlumatların yerləşdirilməsi üçün elanlar lövhəsi mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 23.12.2020-ci il tarixli, 21-K əmrin ləğv edilməsi hissəsində təmin edildiyindən İddiaçı iddiası onun öz vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş şimyəd˝ zərərin məbləği˝ dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Həmin Məcəllənin 177-ci maddəsinin 1-ci bəndinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin maddənin 2-ci bəndinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 2000 (iki min) manat məbləğində maddi ziyanın vurulması hissəsində təmin edilməməlidir. Belə ki, Aəzrbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə görə işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda İşin hallarından göründüyü kimi iddiaçı 194-cü maddənin “a” bəndində nəzərdə tutulmuş haldan başqa (həmin hala yuxarıda qiymət verilmişdir), həmin maddədə sadalanan digər halların hər hansı biri əsasında ona maddi ziyanın dəyməsi halına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Habuki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə görə tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İddiaçı ona 2000 (iki min) maddi ziyanın hansı əsasla dəymiş olduğunu əsaslandıra bilmədiyinə və bu barədə mötəbər sübutu məhkəmə təqdim edə bilmədiyinə görə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə cavabdeh Q.Məmmədovun məhkəməyə təqdim etidiyi iddia ərizəsinə etirazda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 197-ci maddəsinin 1ci hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.9-cu maddəsinə əsaslanaraq, mülki işin iddiaçının 2000 (iki min) maddi ziyan tələbinə dair hissədə xitam verilməsinə münasibətdə qeyd edirki, Əmək Məcəlləsinin 197-ci maddəsinin 1-ci hissəsinö görə işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. Həmin maddənin 2-ci hissəsinə görə işçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Maddi hüquq normasının məzmunundan göründüyü kimi Əmək Məcəlləsinin 197-ci maddəsi məhz davam edən əmək münasibətləri çərçivəsində işçiyə dəymiş maddi ziyanın ödənilməsi qaydasını müəyyən etmişdir. Lakin hazırki işin hallarından göründüyü kimi Q.Məmmədov 23.12.2020-ci il tarixli, 21-K saylı əmrlə İddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir, bununla da İddiaçı Q.Məmmədova münasibətdə ˝içşi˝ statusunu itirmişdir, belə olan halda İddiaçı Q.Məmmədova maddi ziyanla bağlı ərizə yazmasını məcburi hal hesab edən Əmək Məcəlləsinin 197-ci maddəsinin 1-ci hissəsinin imperativliyi mövcud vəziyyətdə keçərili deyildir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pulun tutulması hissəsində iddia tələbini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin qeyd hissədinə deyilir ki, uB˝ maddənin birinci hissəsində nəzərdə tutulmuş şimyəd˝ zərərin məbləği˝ dedikdə ... eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü bəndinə deyilir ki, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin Qeyd hissəsində göstərilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi əmək münasibətlərində mənəvi ziyanın mövcudluğu halları Əmək Məcəlləsində konkret sadalanmışdır. Lakin bu hallardan hər hansı birinin mövcud olması barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı nаsnİ˝ Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа˝ Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı nаsnİ˝ Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа˝ Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X13 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki,”... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi verilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbində cavabdehdən dövlət rüsumu tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Fərdi sahibkar X7 23.12.2020-ci il tarixli, 21-K nömrəli əmri ləğv edilsin, İddiaçı öz vəzifəsinə bərpa edilsin və məcburi işburaxmaya görə X5 İddiaçı işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir)ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar