Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2128/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 miras qalmış Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi yaşayış evinin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X14 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Qardaşı Maraqlı şəxs4 anasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Müraciətə baxılmış, lakin qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. X3 miras kimi Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evi qalmışdır. Həmin fərdi yaşayış evini faktiki olaraq miras kimi o, qəbul etmişdir. Anası yaşadığı dövrdə onlarla birlikdə yaşamışdır. Həmin fərdi yaşayış evinin açarı da ondadır. O, həmin fərdi yaşayış evini faktiki qəbul edərək həmişə sahiblik etmişdir. Anası rəhmətə gedərkən onun birinci dərəcə vərəsələri kimi o, qardaşları Maraqlı şəxs2, Maraqlı şəxs4 və bacısı Maraqlı şəxs3 qalmışdır. X2 11 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Qardaşları Maraqlı şəxs2, Maraqlı şəxs4 və bacısı Maraqlı şəxs3 isə miras əmlakın onun tərəfindən qəbul edilməsini bildirirlər və miras əmlakla bağlı onlar arasında heç bir mübahisə yoxdur. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək, mərhum anası X3 miras qalmış onun adına daşınmaz əmlakın dövlət reyestrində **********48 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,04 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 ərizəyə uyğun izahat verərək bildirdilər ki, həqiqətən mübahisəli əmlak analarına məxsus olmuş, onun ölümündən sonra isə qardaşları Ərizəçi tərəfindən idarə edilmişdir. Bütün bacı-qardaşlar bu faktla razılaşmışlar. Onlar ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər və bu barədə məhkəməyə ərizə təqdim etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin nümayəndəsi səbəbini bildirmədən məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 ataları X7, anaları X8r. İşdə olan evlənmək haqqında 330380 saylı şəhadətnamənin surətindən görünür ki, X7 ilə X14 xx.xx.1961-ci il tarixdə evlənmişlər. İşdə olan ölüm haqqında AZ-İ 477191 saylı şəhadətnamədən görünür ki, X7 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında AZ-İİ 130286 saylı şəhadətnamədən görünür ki, X14 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 9 saylı qərarından görünür ki, Maraqlı şəxs4 xx.xx.2020-ci ildə vəfat etmiş anası X3 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət etmişdir. Ərizə qanunla nəzərdə tutulan müddət ərzində verilmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat harəkətini aparmaqdan imtina edilmişdir. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdən X4 adına qeydə alınmış, onun adına xx.xx.2015-ci il tarixdə torpaq sahənin plan və ölçüsü tərtib edilmişdir. İşdə olan Abşeron rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 ilə Əsgərova Aliyə (Əliyə) Əsgər qızının birgə nikahdan doğulan övladlarının X10, X11, X12, X9, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs4 və X5 doğum haqqında akt qeydləri mövcuddur. X13 doğumu isə xx.xx.1979-cu il tarixdə 3908 saylı aktla Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə ölmüş və onun mülkiyyətində Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,04 ha torpaq sahəsi miras qalmışdır. X6, X18, X19, X16, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs4, X20 və X15 adlı 9 vərəsəsi qalmışdır (İ növbə). Lakin A.Maraqlı şəxs4nın ölümündən sonra ondan miras qalmış əmlakı vərəsələrdən yalnız Ərizəçi qəbul edərək idarə etmiş, digər vərəsələrdən üçü buna etiraz etməmiş, mirasla bağlı mübahisə yaranmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə görə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 vərəsəsi Ərizəçi onun miras əmlakı olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,04 ha torpaq sahəsinə dair vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişdir. İş məhkəmədə araşdırılarkən digər vərəsələr tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən anası X3 miras qalmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,04 ha torpaq sahəsinə dair mirasın qəbul edilməsi faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 qalmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,04 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2128/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2128/2024
30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver