Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2156/2025 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı "X3" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakdan çıxarılma tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X3" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakdan çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən "X3" ASC-nin ərazisindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 29 dekabr 2011-ci il tarixli, 407 nömrəli Sərəncam ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan ünvan 1 ünvanında yerləşən Ceyranbatan Sənaye törəmə müəssisəsinin "X3" ASC-yə çevrilməsi qərara alınmışdır. Zavod ərazisinin bir hissəsində məcburi köçkün olan bir neçə ailə məskunlaşmışdır. Həmin məcburi köçkünlərin zavod ərazisində rahat şəkildə yaşamaları üçün hər cür şərait vardır, onlara heç bir maneə yaradılmır. Lakin həmin vəziyyətdən sui istifadə edən iki ailə vardır ki, onlar məcburi köçkün statusunun olmamasına baxmayaraq zavod ərazisində yaşayaraq iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozur. Dəfələrlə iddiaçının mülkiyyətində olan ərazidə yerləşən yaşayış yerlərini tərk etmələri barədə cavabdehlərə xəbərdarlıq edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh1 və Cavabdeh4 Abşeron rayonu, Ceyranbatan ərazi dairəsi, Ceyranbatan qəsəbəsində, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə Abşeron rayonu, Ceyranbatan ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 3, mənzil 43 ünvanında pasport qeydiyyatındadırlar. Göründüyü kimi, cavabdehlər məcburi köçkün deyildirlər, bu səbəbdən də onların iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən "X3" ASCnin ərazisində məskunlaşması tam qanunsuz və əsassızdır, çünki bu hal iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etmədi. O qeyd etdi ki, ailəsi 1999-cu ildən həmin ərazidə məskunlaşmışdır. Bu illər ərzində onlara heç kəs narazılıq bildirməmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi. O bildirdi ki, ailəsi ilə birlikdə mübahisəli əmlakdan çıxmışdır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 407 saylı sərənsamın surətindən görünür ki, "xxxx" açıq səhmdar cəmiyyətinin tabeliyində olan ünvan 2 ünvanında yerləşən Ceyranbatan Sənaye törəmə müəssisəsinin "X3" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDX DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, "X3" ASC-yə keçirilmiş baxış zamanı Cəmiyyətə məxsus baş planda qeyd olunan K tikilisinin mövcud olması, qeyd edilən tikilinin 1-ci mərtəbəsinin bir hissəsində bir ailənin məskunlaşıb yaşadığı aşkar edilmişdir. Sözügedən tikili DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilən baş plana əsasən "X3" ASC-yə məxsusdur. İş materiallarından görünür ki, Cavabdeh2 və Salahov X2 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 3, mənzil 43 ünvanında, Cavabdeh1 və Cavabdeh4 isə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydiyyatdadırlar. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən "X3" ASC "xxxx" ASC-nin tabeliyindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı araşdırılan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla müəyyən edilir ki, Cəmiyyətə məxsus baş planda qeyd olunan tikilinin 1-ci mərtəbəsinin bir hissəsində cavabdehlər qanunsuz şəkildə məskunlaşaraq yaşayırlar. Cavabdehlərə qeyd olunan tikilidə qanunsuz şəkildə yaşadıqları binadan çıxarılması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq həmin tələbə əməl edilməmişdir. Hazırda iddiaçının tələbi qanuni istifadəsində olan əmlak kompleksində qanunsuz yaşayan cavabdehlərin çıxarılması, binanın boşaldılması ilə əlaqədardır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində olan Cəmiyyətin ərazisindən cavabdehlərin hazırda hər hansı hüquqi əsas olmadan istifadə etməsi iddiaçının həmin əmlakdan istifadə etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 hazırda hər hansı hüquqi əsas olmadan mübahsilə əmlakdan qanunsuz istifadə etməsi iddiaçının həmin əmlakdan istədiyi kimi istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırdığından, iddiaçının hüququnun pozulmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "X3" ASC-nin ərazisindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı "X3" ASC-yə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "X3" ASCnin ərazisindən - ünvan 1 ünvanında yerləşən tikilidən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı "X3" ASC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2156/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2156/2025
09.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver