Məhkəmə qərarları › İş №2(012)-2195/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2195/2022

25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2195/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğum akt qeydinin bərpası faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 25 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində 21 sentyabr 1971-ci il tarixdə Ermənistan SSRİ, Sisyan rayonu Vağudi kənd sovetliyində doğum akt qeydinin bərpa edilməsi, 15 avqust 1971-ci il tarixdə Ermənistan SSRİ, Sisyan rayonu, Vağudi kəndində doğulmasının, ata adının X5, milliyyətinin azərbaycanlı , ana adının X3, milliyyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilmısi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 15 avqust 1971-ci il tarixdə Ermənistan, Sisyan rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1971-ci ilin sentyabr ayının 21-ci günündə 56 nömrəli akt qeydi aparılmışdır və Vİ-CЛ № 266087 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında ərizəçiyə SSRİ vətəndaşının pasportu, nəhayət şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir və tapılmamışdır. Ərizəçi 21 sentyabr 1971-ci il tarixli akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə Maraqlı şəxsnə müraicət etmişdir. 24 fevral 2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş cavabda akt qeydinin berpa edilməsinin mümkün olmaması üçün ərizənin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizəçi qeyd edir ki, akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir , ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçilik yaranır. Ərizəçinin qeyd edilən vaxtda doğulmağını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Həmçinin şəxsiyyət vəsiqəsi ilə də qeyd edilən vaxtda doğulmağı öz təsdiqini tapır. Ərizəçinin müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə etməsi mümkün deyildir. Ərizəçinin doğumun qeyd edilməsi faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğumun qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi ərizəçinin sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Baxşəliyeva Süsənbər Cümşüd qızı ifadəsində ərizəçinin anası olduğunu, ərizəçinin 15 avqust 1971-ci il tarixdə Ermənistan SSRİ, Sisyan rayonu, Vağudi kəndində doğulmasının, atasının X5, milliyyətinin azərbaycanlı olmasını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır, Habilin 15 avqust 1971-ci il tarixdə Ermənistan SSRİ, Sisyan rayonu, Vağudi kəndində doğulmasının, atasının X5, anasının Baxşəliyeva Süsənbər Cümşüd qızı milliyyətinin azərbaycanlı olmasını bildirdi. Mülki iş materiallarında olan Vİ-CЛ № 266087 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan, Sisyan rayonu, Vağudi kəndində anadan olmuş, anası X3, atası X4r. Mülki iş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş 12.03.2022-ci il tarixli ******* №-li arayışdan görünür ki, Ərizəçi 07 iyun 2005-ci il tarixdən Abşeron Rayonu, Novanı Ə/D , Novxanı kəndində qeydiyyatdadır. Mülki iş materiallarında olan 11149 nömrəli qəbzdən görünür ki, Ərizəçi Əlyar oğlu tərəfindən 100 manat məbləğində dövlət rüsumuna görə ödəniş edilmişdir. Mülki iş materiallarında olan, Maraqlı şəxs tərəfindən göndərilən 24.02.2022-ci il tarixli, 05/Q-277/15 saylı məktubdan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığına görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının müəyyən edilməsi üçün X9 məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ərizəçi X11 xx.xx.1971-ci ildə Ermənistan, Sisyan rayonu, Vağudi kəndində anadan olmuş, anası X3, atası isə X4r, lakin məlum olmayan səbəblərdən onun doğum şəhadətnaməsi itmişdir və tapılmamışdır. Ərizəçi 21 sentyabr 1971-ci il tarixdə Ermənistan SSRİ, Sisyan rayonu Vağudi kənd sovetliyində doğulması, X2 ərizəçinin atası, X1 anası olması və onun valideynlərinin milliyətinin azərbaycanlı olması ərizəçinin özünün izahatı, onun şəxsiyyət vəsiqəsi ilə bərabər, məhkəmə iclasında şahidlərin ifadələri ilə də təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməli, Ərizəçi 21 sentyabr 1971-ci il tarixdə Ermənistan SSRİ, Sisyan rayonu Vağudi kəndində doğulması akt qeydi bərpa edilməli, doğum şəhadətnaməsi verilərkən ata adı X5, milliyyətinin azərbaycanlı , ana adı X3, milliyyətinin azərbaycanlı olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 21 sentyabr 1971-ci il tarixdə Ermənistan SSRİ, Sisyan rayonu Vağudi kəndində doğulması akt qeydi bərpa edilsin.Onun ata adının X5, milliyyəti azərbaycanlı, ana adının X3, milliyyətinin azərbaycanlı olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar