Məhkəmə qərarları › İş №2(012)-2226/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2226/2023

13.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2226/2023 13.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mahmudova Zeynəb Abbas qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı ayrılmış torpaq sahəsinin yerində müəyyən edilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı ayrılmış torpaq sahəsinin yerində müəyyən edilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə bələdiyyənin inzibati ərazisi olan “Qurd dərəsi” adlanan ərazidə bağ evi tikmək üçün müharibə əlili kimi iddiaçıya alqı-satqı yolu ilə satılmış 0.1 ha torpaq sahəsinin cavabdeh tərəfindən yerində müəyyən edilməsi və təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2023-cü il tarixinə, saat 12:00-a və xx.xx.2023-cü il tarixinə, saat 09:50-yə təyin olunmuş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 260.3. maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı ayrılmış torpaq sahəsinin yerində müəyyən edilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 09:32-də "xxxx" ASC, “Expresspay” Ödəniş sistemində (Vöen: **********, terminal nömrəsi: 531, qəbz nömrəsi: **********, Xidmət: Məhkəmələr - HOP, Fin kod: xxxxxxx) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar