Məhkəmə qərarları › İş №2(012)-2230/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2230/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2230/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı və Cavabdeh və onun vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Novxanı yolunun üstündə onun mənzilinin pulu ilə tikilmiş evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bir müddət Rusiyada işlədikdən sonra Bakıya qayıdaraq Biləcəri qəsəbəsində 5000 ABŞ dollarına qardaşı Fizulinin adına ev almışdır. Valideynləri bir müddət orada yaşadıqdan sonra cavabdeh olan qardaşı Cavabdeh ona məxsus Biləcəridəki evini sataraq onun puluna Novxanı yolunun kənarında torpaq sahəsi alıb, orada ikisi üçün ayrı-ayrı ev tikmək barədə təklif etmişdir. İddiaçı bununla razılaşdıqdan sonra Fizuli öz adına olan evi 110 000 manata sataraq pulunu ilk dəfə 50 000 manat, daha sonra 60 000 manat olmaqla cavabdehə vermişdir. Cavabdeh həmin pula Novxanı yolunun kənarında torpaq sahəsi alaraq orada iki ev tikdirmişdir. Bundan sonra,iddiaçı ailəsi ilə birlikdə oradakı evlərdən birində məskunlaşmışdır. Bir müddət keçdikdən sonra cavabdeh iddiaçını yerləşdiyi evdən qovmuşdur. İddiaçı isə ondan Biləcəridəki satılan evin pulunu qaytarmağı tələb etdikdə, cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də, iddiaçı Novxanı yolunun üstündə tikilmiş evə köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib təmin edilməsini xahiş etdi, Sonradan isə məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, sözügedən torpaq sahəsi cavabdehin mülkiyyətindədir. İddiaçının qeyd etdikləri tamamilə əsassızdır. Cavabdeh uzun müddət Rusiyada işləyib qazandığı pullar hesabına həmin torpaq sahəsini almış üzərində iki tikili tikmişdir, birində ata-anası, digərində isə özü ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, iddiaçı və cavabdehin qardaşıdır. Biləcəridə olan ev onun adına idi. Pulu cavabdeh göndərib, həmin evi almışdı. Cavabdeh ev balaca olduğu üçün satmaq qərarına gəlib. Satdıqdan sonra pulunu cavabdehə verib. Tikililərin heç birinin iddiaçıya aidiyyəti yoxdur. İddiaçının evlərə çəkilən xərclərdə heç vaxt payı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, tərəflərin atasıdır. Yaşadıqları tikililər cavabdehin evləridir. İddiaçının orada payı və pulu yoxdur. Məhkəmətərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********66 reyestr nömrəli, 12.09.2014-cü il tarixli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus Biləcəridə yerləşən evin qardaşları tərəfindən satılaraq həmin pula Novxanı yolu üstündə cavabdeh tərəfindən torpaq sahəsi alındığını,cavabdeh tərəfinən həmin torpaq sahəsində 2 ev tikdirildiyi, birində ata-anası ilə özünün, digərində isə ailəsi ilə birlikdə cavabdehin yaşadığını qeyd edərək, özünün pulu ilə tikilən həmin evə köçürülməsini xahiş edir.Cavabdeh tərəf isə buna etiraz edib, həmin evlərin iddiaçıya məxsus olmadığını, evlərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu, iddiaçının qeyd etdiklərinin tamamilə əsassız olduğunu bildirir. Eləcə də şahid ifadələri ilə cavabdehin mülkiyyətində olan tikililərin iddiaçı ilə bir əlaqəsin olmadığını, cavabdehin pul vəsaitinin hesabına tikildiyi, iddiaçının isə həmin tikiliyə nə vaxtsa köçüb yaşamaması sübut olunur. Azərbaycan Respublikası MM-nin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası MPM-nin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Lakin, işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı mübahisəli tikilinin önun öz vəsaiti hesabına tikilməsini və ya nə vaxtsa orada yaşadığını sübut edə bilməıdiyindən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Novxanı yolunun üstündə tikilmiş evə köçürülməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar