Məhkəmə qərarları › İş №2(012)-2237/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2237/2025

25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2237/2025 25.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum aktının bərpası» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum aktının bərpası» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, məhkəmə baxış iclası isə xx.xx.2025-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ərizəçi məhkəmə iclaslarına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi isə qeyd edilən tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlmişdir. Maraqlı şəxs nümayəndəsi X3 hazırki mülki işin baxılmamış saxlanmasına etiraz etmədi. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 19023 nömrəli qəbzdən çıxarışdan görünür ki, Ərizəçi Abşeron Rayon Məhkəməsinə ərizə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2025-ci ildə saat 09:23-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum aktının bərpası» tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum aktının bərpası» tələbinə dair 2(012)-2237/2025 saylı mülki iş üzrə "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 19023 nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar