Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2249/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə müqavilə üzrə öhdəliyi olan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının 5-ci blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 49.86 kv.m-dən ibarət olan 1 otaqlı, 53 nömrəli yaşayış mənzilinin iddiaçıya təhvil verməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 545 nömrəli müqaviləyə əsasən, həmin şirkətin inşa etdiyi Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının 5-ci blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 49.86 kv.m-dən ibarət olan 1 otaqlı, 53 nömrəli yaşayış mənzilini 17150 manata almış, bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixli, 545 nömrəli maliyyə arayışı verilmişdir. Daha sonra "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh MTK arasında xx.xx.2016-cı il tarixli, 13 nömrəli müqavilə bağlanmışdır. Bunun üçün əlavə olaraq da 5280 manat ödəmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, sözügedən mənzili bu günə qədər ona təhvil verməmiş, onda olan məlumatlara əsasən həmin mənzili başqa şəxsə satmışdır. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi dərhal yerinə yetirməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək həmin mənzili, yəni Xırdalan şəhəri. M.Ə.Rəsulzadə küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının 5-ci blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 49.86 kv.m-dən ibarət olan 1 otaqlı, 53 nömrəli yaşayış mənzilini ona təhvil verməkdən boyun qaçırmışdır. xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının 5-ci blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 49.86 kv.m-dən ibarət olan İ otaqlı, 53 nömrəli yaşayış mənzilini ona təhvil verməsini tələb edərək vaxt versə də, heç bir müsbət nəticəsi olmamışdır. Göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə baxmayaraq, cavabdeh bu günə qədər öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda iddiaçının müqavilə üzrə mövcud hüquqlarının qanun çərçivəsində qorunmasını tələb etməkdən başqa çarəsi qalmamışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan araşdırmalar zamanı müqavilələrin əsli ondan alınmışdır. İddiaçının anası - X3 onun yerinə sənədlərin əslini təqdim etmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsindən onlara məhkəməyə getmələri bildirilmişdir. Mənzil 2011-ci ilin noyabr ayında alınmış, lakin təmirsiz və qapısız haldadır. Mənzil hazırda ona təhvil verilməmişdir. Eyni zamanda evi təmir etdirməyə icazə verilmir. İndiyə kimi mənzilin onlara məxsusluğunu iddia edəcək şəxslə qarşılaşmamışdır. Kirayə qalır, 2 uşağı var. Odur ki, digər mənzillər kimi mənzilin təmir edildikdən sonra başqa şəxslərə satılacağından narahatdır. Cavabdeh MTK məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İcraçı "xxxx" MMC ilə payçı X2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 53 saylı müqavilədən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.86 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 53 nömrəli mənzili pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin mənzilin dəyəri hər m2 üçün 350 manat olmaqla, ümumilikdə 49.86 m2 üçün 17150 manat təşkil edir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 101 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən pay haqqı – 1000 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 108 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən pay haqqı – 400 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 122 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən pay haqqı – 2500 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 132 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən pay haqqı – 1300 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 545 saylı maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 5-ci blok, 7-ci mərtəbəsində, ümumi sahəsi 49.86 m2 olan 1 otaqlı, 53 saylı mənzilin pay dəyəri - 17150 manat payçı X2 tərəfindən ödənilmişdir, onun MMC-yə heç bir borcu yoxdur. -İcraçı Cavabdeh MTK və payçı X2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 13 saylı müqavilədən görünür ki, Cavabdeh MTK varisi olduğu "xxxx" MMC ilə əvvəllər bağlanmış xx.xx.2011-ci il tarixli, 53 saylı müqavilə əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.86 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 53 nömrəli mənzili pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin mənzilin dəyəri hər m2 üçün 450 manat olmaqla, ümumilikdə 49.86 m2 üçün 22437 manat təşkil edir -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 173 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən əlavə pay haqqı – 1000 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 91 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən əlavə pay haqqı – 1500 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 253 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən əlavə pay haqqı – 1000 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 130 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən pay haqqı – 380 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 155 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən əlavə pay haqqı – 300 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 195 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən əlavə pay haqqı – 300 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 284 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən əlavə pay haqqı – 200 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 308 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən əlavə pay haqqı – 200 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 340 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən əlavə pay haqqı – 200 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 400 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, X2 tərəfindən pay haqqı – 200 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. -1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AZ-İİ 353569 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ilə X4 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2220 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. -xx.xx.2023-cü il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, götürmə zamanı X1 (iddiaçının anası) məxsus "xxxx" MMC-nin adından verilmiş xx.xx.2011-ci il tarixli müqavilənin əsli, xx.xx.2016-cı il tarixli müqavilənin əsli, xx.xx.2014-cü il tarixli maliyə arayışının əsli götürülmüşdür. -İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 545 nömrəli müqaviləyə əsasən, həmin şirkətin inşa etdiyi Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının 5-ci blokunun, 7-ci mərtəbəsində ümumi sahəsi 49.86 kv.m-dən ibarət olan 1 otaqlı, 53 nömrəli mənzili 17150 manata aldığını, bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixli, 545 nömrəli maliyyə arayışının verildiyini, daha sonra "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh MTK arasında xx.xx.2016-cı il tarixli 13 nömrəli müqavilə bağlandığını, bunun üçün əlavə olaraq da 5280 manat ödədiyini, bununla bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək mənzilin dəyərini tam olaraq ödəsə də, MTK tərəfindən üzərlərinə düşən öhdəlikləri həyata keçirmədiklərini bildirmmiş xx.xx.2011-ci il tarixli, 545 nömrəli müqaviləyə əsasən, sözügedən mənzilin 5 gün ərzində təhvil verilməsi, əks təqdirdə sözügedən mənzil verdiyi vaxt müddətində ona qaytarılmazsa, tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış evinin V blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.86 kv. metr olan, 1 otaqlı, 53 nömrəli mənzilə baxış keçirilərkən sözügedən mənzilin təmirsiz olduğu, hazırda yaşayışın olmadığı, mənzilə qaz sayğacının və giriş qapısının quraşdırıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, icraçı "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 53 saylı müqaviləyə əsasən, icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.86 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 53 nömrəli mənzili iiddiaçıya verməyi öhdəsinə götürmüş, iddiaçı mənzilin pay dəyərini - 17150 manat manat məbləği ödəmiş, bununla bağlı ona xx.xx.2014-cü il tarixli, 545 saylı maliyyə arayışı verilmişdir. Daha sonra Cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 13 saylı müqaviləyə əsasən, həmin mənzilə dair xx.xx.2011-ci il tarixli, 53 saylı müqavilə yeni şərtlərlə yenilənərək bağlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxtı qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (Mülki Məcəllənin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquqi norması) Həmçinin Mülki Məcəllənin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan normaları, işin məhkəmə tərəfindən araşdırılan hallarını, həmçinin Cavabdeh MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.86 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 53 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığını nəzərə almaqla hesab edir ki, iddiaçının müqavilə üzrə qeyd edilən mənzilə sahiblik və istifadə hüququ yarandığından və iddia tələbi əsaslı olduğundan təmin edilməli, mübahisəli mənzilin iddiaçıya təhvil verməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş olan 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MTK–dan alınaraq İddiaçı ödənilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49.86 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət 53 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia ərizəsinin verilməsinə görə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş 100 məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2249/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2249/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver