Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2252/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağı qərarının və binanın istismara qəbul aktının təsdiq edilmiş surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə 01 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağı qərarının və binanın istismara qəbul aktının təsdiq edilmiş surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağın qərarının və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən binanın istismara qəbul aktının təsdiq edilmiş sürətinin ona verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin alınması ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilə bağlanmış və həmin müqavilə üzrə mənzilin dəyəri (38000) manat tam məbləğdə iddiaçı tərəfindən ödənilmişdir. Hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilə mülkiyyət hüququnun qeyd alınması üçün xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə borcun tam ödənməsi barədə maliyyə arayışının və mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin binanın istismara qəbul edilməsi aktının alınmasına zərurət yaranmışdır. Belə ki, qeyd edilən binaya çıxarış verilməsi prosesi başlanılmışdır. xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə borcun tam ödənməsi barədə maliyyə arayışının və mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi üçün dəfələrlə şifahi müraciət və 23.01,2022-ci il tarixdə Cavabdeh MTK-ya rəsmi müraciət edilmiş, lakin MTK tərəfindən müraciətlərinə cavab verilməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il “Kooperativ binanın Mənzil tikintisi haqqında” müqavilədən görünür ki, Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş. 10-cıı mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan cavabdeh İddiaçı verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli Kassa mədaxil orderinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən 38000 (otuz səkkiz min) manat xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-ya ödənilmişdir, MTK-nın rəhbəri və kassir tərəfindən imzalanmış və möhürlənmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli xx.xx.2017-ci il tarixli '"kooperativ binanın tikintisi haqqında" müqavilə üzrə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi barədə müraciətindən görünür ki, xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilə dair Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin (mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının) 3 gün ərzində təqdim edilməsini xahiş etmişdir. Əks təqdirdə, tərəfindən bununla bağlı Sizə qarşı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin alınması ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilə bağlanmış və həmin müqavilə üzrə mənzilin dəyəri (38000) manat tam məbləğdə iddiaçı tərəfindən ödənilmişdir. Hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilə mülkiyyət hüququnun qeyd alınması üçün xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə borcun tam ödənməsi barədə maliyyə arayışının və mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin binanın istismara qəbul edilməsi aktının alınmasına zərurət yaranmışdır. Cavabdeh isə iddiaçının bu müraciətinə cavab vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 113.1.maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə, məhkəmə işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi yerinə yetirldiyindən iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən qeyd olunan sənədlərin iddiaçıya verilməməsinin hüquqi əsasları yoxdur.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağın qərarı və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən binanın istismara qəbul aktının təsdiq edilmiş sürətinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna görə pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağın qərarı və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən binanın istismara qəbul aktının təsdiq edilmiş sürətinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən 100 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2252/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2252/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver