Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2254/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi «X10 Təsərrüfatı» MMC-nin nümayəndəsi X1 və Maraqlı şəxs nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi «X10 Təsərrüfatı» MMC-nin (maraqlı şəxs: Maraqlı şəxs) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «X10 Təsərrüfatı» MMC hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs x xxxxxxxx 1998-ci il tarixli torpaq sahəsinin ayrılması haqqında Sərəncamında və JN-2xx xxx 00502016 nömrəli dövlət aktında faktiki olaraq göstərilmiş “xxxx kəndli fermer təsərrüfatı (xxxx)” bundan sonra «X10 Təsərrüfatı» MMC kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə dəqiqləşmə ilə bağlı ərizə təqdim edərək, Maraqlı şəxs xx xxxxxxxx 1998-ci il tarixli torpaq sahəsinin ayrılması haqqında Sərəncamında və JN-2xx xxx 00502016 nömrəli dövlət aktında faktiki olaraq göstərilmiş “xxxx kəndli fermer təsərrüfatı (xxxx)” ilə «X10 Təsərrüfatı» MMC-nin eyni hüquqi şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1998-ci il JN 2xx xxx 00502016 Maraqlı şəxs 1998-ci il 28 iyul tarixli 192 saylı Sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində “xxxx kəndli fermer təsərrüfatı X5” 11 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Adı çəkilən şəhadətnamədə torpağın mülkiyyətçisi kimi firma adı olaraq "xxxx Kəndli (fermer) təsərrüfatı X8" olaraq göstərilmişdir. Ərizəçi 1999-cu ildə firmanı qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinin Sumqayıt filialına təqdim etmiş, daha sonra isə firmaların qeydiyyatı Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə olunmuşdur. Vergilər Nazirliyi Ədliyyə Nazirliyindən 7 saylı VÖEN kodları təhvil aldığı müddətdə ona aid xxxx Kəndli (fermer) təsərrüfatı təhvil verilməmişdir. Bundan sonra o, 21 ildir ki, cəzaçəkmə müəssisəsində cəza çəkir. Bu yaxınlarda mülkiyyətində olan Ramana südçülük sovxozunda yerləşən torpaq sahəsində övladları kənd təsərrüfatı məhsullarının istehsalı üçün işlər görərkən məlum olmuşdur ki, xxxx Kəndli (fermer) təsərrüfatı qeydiyyatdan keçməmişdir. Bundan sonra, Vergilər Nazirliyinə qeydiyyatda bağlı müraciət etmişdir. “xxxx kəndli fermer təsərrüfatı" adı mövcud olduğundan həmin adla qeydiyyata keçirə bilməyəcəklərini ona bildirmişlər. Bundan sonra, ərizəçi şirkəti “X10 Təsərrüfatı" adı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi xx.xx.2021-ci il tarixində qeydiyyata aldıqdan sonra Maraqlı şəxsnə müraciət edərək torpaq sahəsinə çıxarışın alınması üçün razılıq məktubu verilməsini xahiş etmişdir. Maraqlı şəxs ona bildirmişdir ki, JN 2xx xxx 00502016 nömrəli dövlət aktında adlardakı uyğunsuzluq olduğuna görə məktubun verilməsi məqsədəuyğun deyil. Nizamnamələrdə qeyd edilən ad uyğunsuzluğa və "X10 təsərrüfatı" MMC-nin nizamnaməsində MMC-nin “xxxx Kəndli (fermer) təsərrüfatı"nın hüquqi varisi olması barədə qeydin olmaması edilən müraciətin imtina ilə nəticələnməsinə gətirib çıxarmışdır. Sənədləşmə işlərində müəyyən problemlər yarandığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi «X10 Təsərrüfatı» MMC-nin nümayəndəsi X6 ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X9 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirərək izahatında qeyd etdi ki, torpaq sahəsi eynidir və ərizəçinin istifadəsindədir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxx 1998-ci il tarixli nizamnamənin surətindən müəyyən edilir ki, şirkətin adı "xxxx Kəndli (fermer) təsərrüfatı”dır. Maraqlı şəxs 1998-ci il 28 iyul tarixli, 192 saylı Sərəncamı ilə qeyd edilmişdir. "xxxx Kəndli (fermer) təsərrüfatı”nın Başçısı Nağıyev Nizami Adil oğludur. Mülki işin materiallarında olan Torpaqdan daimi istifadə hüququna dair JN-2xx xxx 00502016 nömrəli dövlət aktının surətindən müəyyən edilir ki, Maraqlı şəxs 1998-ci il 28 iyul tarixli 192 saylı Sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 11 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün “xxxx kəndli (fermer) təsərrüfatı”na verilmişdir. Mülki işin materiallarında olan xx.xx.1999-cu il tarixli arayışdan müəyyən edilir ki, X4 yaratdığı “xxxx Kəndli (fermer) təsərrüfatı” Ramana südçülük sovxozunun ərazisində yerləşir. Mülki işin materiallarında olan Çıxarışdan müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində şirkət «X10 Təsərrüfatı» MMC adı ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan «X10 Təsərrüfatı» MMC-nin Nizamnaməsindən müəyyən edilir ki, təsisçi X4 nizamnamə kapitalındakı payı 100 %-dir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 150 №-li məktubdan müəyyən edilir ki, «X10 Təsərrüfatı» MMC-nin direktoru xxxx Nağızadə MMC-nin icarəsində olan 11 ha torpaq sahəsi üzərində icarə hüququnu oğlunun adına keçirilməsi barədə müraciət etmiş, lakin “torpaqdan istifadə hüququna dair” JN-277 saylı Şəhadətnamənin “xxxx” X2 verildiyi, lakin MMC-nin isə “X10 Təsərrüfatı” adı ilə dövlət qeydiyyatından keçdiyi müəyyən olunduğundan, onun müraciətinin təmin olunması mümkün olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, "xxxx Kəndli (fermer) təsərrüfatı”nın və «X10 Təsərrüfatı» MMC-nin 100% payla təsisçisi X7r. Maraqlı şəxs 1998-ci il 28 iyul tarixli 192 saylı Sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 11 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün “xxxx kəndli (fermer) təsərrüfatı”na verilmişdir.Bundan sonra o, «X10 Təsərrüfatı» MMC adı ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış və qeyd edilən torpaq sahəsində fəaliyyətini həyata keçirməkdə davam edir. «X10 Təsərrüfatı» MMC-nin direktoru xxxx Nağızadə MMC-nin icarəsində olan 11 ha torpaq sahəsi üzərində icarə hüququnu oğlunun adına keçirilməsi barədə onun Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin “torpaqdan istifadə hüququna dair” JN-277 saylı Şəhadətnamənin “xxxx” X2 verildiyi, lakin MMC-nin isə “X10 Təsərrüfatı” adı ilə dövlət qeydiyyatından keçdiyi müəyyən olunduğundan, onun müraciətinin təmin olunması mümkün olmamışdır.Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Maraqlı şəxs x xxxxxxxx 1998-ci il tarixli torpaq sahəsinin ayrılması haqqında Sərəncamında və JN-2xx xxx 00502016 nömrəli dövlət aktında faktiki olaraq göstərilmiş “xxxx kəndli fermer təsərrüfatı (xxxx)” ilə «X10 Təsərrüfatı» MMC-nin eyni hüquqi şəxs olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs x xxxxxxxx 1998-ci il tarixli torpaq sahəsinin ayrılması haqqında Sərəncamında və JN-2xx xxx 00502016 nömrəli dövlət aktında faktiki olaraq göstərilmiş “xxxx kəndli fermer təsərrüfatı (xxxx)” ilə «X10 Təsərrüfatı» MMC-nin eyni hüquqi şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2254/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2254/2021
31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver