Məhkəmə qərarları › İş №2(012)-231/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-231/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-231/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi ilə, Ərizəçi Georgevnanın (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Georgevna (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı, habelə Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(012)-4124/2022 saylı mülki iş üzrə Ərizəçi Georgevnanın (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması barədə ərizəsinə dair mülki iş üzrə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən sorğuya cavab verilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Ərizəçi Georgevna ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri mülki işə baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(012)-4124/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Tərəflər mülki iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən Ərizəçi Georgevnanın iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Ərizəçi Georgevnanın xx.xx.2022-ci il tarixli 22791 nömrəli qəbz əsasında Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi Georgevnaya qaytarılmalıdır. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Ərizəçi Georgevnanın (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması barədə ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizəçi Georgevnanın xx.xx.2022-ci il tarixli 22791 nömrəli qəbz əsasında Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi Georgevnaya qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar