Məhkəmə qərarları › İş №2(012)-2321/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2321/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2321/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı Abşeron rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilini Abşeron rayonu 2 saylı Notariat Ofisində bağlanmış xx xxxxxx 2020-ci il tarixli AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. xx.xx.2020-ci il tarixdə verilmiş (qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və hal-hazırda da iddiaçının mülkiyyətindədir. Cavabdeh isə mənzilin keçmiş sakinidir. Cavabdeh alqı-satqı müqaviləsi bağladığı vaxtdan mənzili tərk edərək getmiş, hal-hazırda harada yaşamaları barəsində heç bir məlumatı yoxdur. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalmasını 5 saylı Bakı Asan Xidmət Mərkəzindən forma 2 arayışı alan zaman məlumatı olmuşdur. Cavabdehin orada qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan evə istədiyi kimi sahib ola, sərəncam verə bilmir. Buna görə də, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Lakin Cavabdeh xx xxxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqısatqısı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən ümumi sahəsi 27,7 kv/m olan 136 saylı evin 1 nömrəli mənzilini 31300 (otuz bir min üç yüz) manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququ İddiaçı adına xx xxxxxx 2020-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxx 2021-ci il tarixli ******* №-li və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin xx xxxxxx 2021-ci il tarixli arayışlarından görünür ki, Orucova X7 rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilində qeydiyyatdadır. Məhkəmə iclasının vaxtı və yeri haqqında Abşeron rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh xəbərdar edilməsi üçün göndərilmiş məhkəmə bildirişi, Cavabdeh həmin ünvanda yaşamaması barədə müvafiq qeyd yazılaraq, ona təqdim edilmədən geri qaytarılmışdır. Lakin Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 Səbinə Vahid qızının adından məhkəməyə ərizə təqdim edərək, cavabdehin İddiaçı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə razı olduğunu, lakin Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan könüllü olaraq həmin mənzildən qeydiyyatdan çıxa bilmədiyini bildirmiş və həmin ərizəsinə X4 etibarnamənin və şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətini əlavə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilindən Cavabdeh yaşayış yeri kimi istifadə etmədiyindən və hal-hazırda onun həmin evdə qeydiyyatı formal xarakter daşıdığından cavabdehin həmin evdən istifadə hüququna xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilindən Cavabdeh istifadə hüququna xitam verilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehin Abşeron rayonu, Masazır kəndi, Hamlet Həşimov küçəsində yerləşən 136 saylı evin 1 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar