Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2334/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi, eyni zamanda İddiaçı2 nümayəndəsi X9, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10rşı “özəlləşmənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X10rşı “özəlləşmənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair birgə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar ərizəni onunla əsaslandırmışlar ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzili 1 otaqdan ibarət olub, ümumi sahəsi 36,6 kv.m.-dir (yaşayış sahəsi 17,3 kv.m). Mənzil Abşeron Rayon X20 İcraiyyə Komitəsinin xx xxxxxxx 1982-ci il tarixli, 236.19 saylı qərarı ilə İsmayıl Mövsüməli oğlunun istifadəsinə verilmişdir. İsmayıl Mövsüməli oğlu vəfat etdikdən sonra Abşeron Rayon Xalq Məhkəməsinin xx xxxx 1983-cü il tarixli, 2-86 saylı qətnaməsi ilə mənzilin şəxsi hesabının Cavabdeh adına açılması qət edilmişdir. Qətnaməyə əsasən Abşeron Rayon X20 İcraiyyə Komitəsinin xx xxxxx 1983-cü il tarixli, 88 saylı qərarı ilə mənzilin şəxsi hesabı Cavabdeh adına açılmışdır. Qeyd edilən mənzildə iddiaçılar - İddiaçı1 (xx xxxx 1990-cı il tarixdən), X7 (xx xxxxxx 1992-ci il tarixdən), İsmayılova (Nurlu) Rəvanə Bayram qızı (xx xxxx 1992-ci il tarixdən) və İddiaçı2 (xx xxxxxx 1994-cü il tarixdən) qeydiyyatdadırlar. Mənzil 1992-ci ildən və hal-hazırda İddiaçı1 və əri cavabdehin qardaşı mərhum X2 istifadəsində olmuş, digər iddiaçılar X7, X4 və İddiaçı2 həmin mənzildə doğularaq böyümüşlər. Cavabdeh mənzildə yaşamır, o, 2003-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. 2018-ci ilin iyun ayında Cavabdeh və B.İsmayılov iddiaçılara mənzilin sənədlərində saxtakarlıq olmasını deyib aldadaraq onları ASAN Xidmət Mərkəzinə aparmış və mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizələri almışdır. Həmin ərizələrə əsasən mənzil Cavabdeh adına özəlləşdirilmiş və bu barədə xx xxxx 2018-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış verilmişdir. Cavabdeh çıxarışı aldıqdan 1 ay keçməmiş Abşeron Rayon Məhkəməsində iddiaçılara və qardaşı B.İsmayılova qarşı “mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılma, məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsi və mənzil kirayə haqqının ödənilməsi” tələbinə dair iddia qaldıraraq onların mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılmaları, 27.000 manat mənzil kirayə haqqının tutulması və məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. B.İsmayılov həmin iş üzrə məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı Cavabdeh iddiasını qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4616/2018 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunaraq, X5, X7 və X3 həmin mənzilə olan istifadə hüquqlarının itirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq, qanuni qüvvəsini almışdır. İşin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh mənzildə yaşamadığı və qeydiyyatda olmadığı halda, mənzil onun adına özəlləşdirilmişdir. Mənzil yalnız orada faktiki yaşayan şəxslərdən birinin və ya bir neçəsinin mülkiyyətinə verilə bilər. Mənzildə 1992-ci ildən özəlləşdirmə olan anadək və hal-hazırda da yalnız iddiaçılar və mərhum Bayram İsmayılov yaşamışdır. Mənzil Cavabdeh adına aldatma və əvvəldən mövcud olan pis niyyətlə özəlləşdirilmişdir. Belə ki, iddiaçılar mənzilin onun mülkiyyətinə verilməsinə aldadılaraq razılıq vermişlər. Bu hal mübahisəsiz şəkildə sübuta yetir. Cavabdeh iddiaçılara qarşı verdiyi iddia ərizəsində göstərmişdir: “...1993-cü ilin avqust ayında Bayram ailə üzvləri ilə mənzilə köçdülər... Təxminən bir il əvvəl mən həmin mənzilə qeydiyyata düşmək üçün müraciət etmək istəyərkən mənə məlum oldu ki, Bayram mənim razılığım olmadan özü və ailə üzvləri mənzilə qeydiyyata düşmüşlər... B.İsmayılova bildirdim ki, mənim mənzilə ehtiyacım var, oğlumu evləndirmişəm, hazırda kirayədə qalırlar, ona görə də mənzili boşaldıb çıxsın. O, əvvəlcə dedi ki, bir ay vaxt ver, mənzil tapım çıxım, sonradan isə buna əməl etmədi, dedi ki, mən çıxmaq istəyirəm, lakin arvadım etiraz edir, qalmışam pis vəziyyətdə. Dedim ki, əgər mənzili könüllü boşaltmasan, mən məcburam sizi məhkəmə qaydasında çıxarım..” Qeyd edilənlərdən göründüyü kimi, iddiaçılar 1993-cü ildən mənzildə yaşayırlar, mənzilin Cavabdeh mülkiyyətinə keçməsinə heç zaman razılığı və niyyətləri olmayıb. Əksinə, onların buna etirazının olmasını Cavabdeh özü ərizəsində etiraf edir. Cavabdeh və qardaşı Bayram İsmayılov iddiaçıları aldadaraq razılıq ərizəsi almışlar, sonra isə onlardan xəbərsiz mənzili özəlləşdirmişlər. Qeyd edilən mənzil 1 otaqlı olmaqla, orada iddiaçılar bütün ailə ilə birlikdə yaşayırlar. Cavabdeh isə özünə məxsus olan və qeydiyyatda olduğu başqa bir evdə yaşayır. Nəyə görə iddiaçılar yeganə yaşayış yeri olan 1 otaqlı mənzili onun mülkiyyətinə versinlər? Cavabdeh və onun qardaşı B.İsmayılovun iddiaçıları aldadaraq pis niyyətlə mənzili birincinin adına özəlləşdirməklə iddiaçıları evdən çıxarmaq niyyəti həm də onunla təsdiq olunur ki, mənzili özəlləşdirdikdən dərhal sonra Cavabdeh məhkəmədə iddiaçıların mənzildən çıxarılması ilə bağlı iddia qaldırmış, B.İsmayılov isə həmin iddianı yazılı ərizə verməklə etiraf etmişdir. Əgər, həqiqətən də iddiaçılar mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razı idilərsə və bu onların könüllü iradə ifadələri idisə, nəyə görə onlar könüllü olaraq deyil, özəlləşdirmədən 1 ay keçməmiş onların məhkəmə yolu ilə evdən çıxarılması barədə iddia qaldırlıb? Mənzilin öz adına özəlləşdirilməsinə yalnız qardaşı B.İsmayılovun razılığının olması, digər iddiaçıların isə narazı olmasını Cavabdeh özü də yuxarıda qeyd etdikləri ərizəsində göstərmişdir: “...O, əvvəlcə dedi ki, bir ay vaxt ver, mənzil tapım çıxım, sonradan isə buna əməl etmədi, dedi ki, mən çıxmaq istəyirəm, lakin arvadım etiraz edir, qalmışam pis vəziyyətdə...” İddiaçıların mənzilin Cavabdeh adına özəlləşdirilməsinə etirazını bilən Cavabdeh və B.İsmayılov qardaşları mənzilin sənədlərinin saxtalığını deyərək aldadıb onları ASAN Xidmət Mərkəzinə aparıb ərizə almış, mənzili Cavabdeh adına özəlləşdirdikdən sonra isə iddiaçıların mənzildən çıxarılması barədə iddia qaldırmışlar. B.İsmayılov isə mənzildən çıxmağa razı olduğunu etiraf edən ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu isə hər iki şəxsin iddiaçılara qarşı əvvəldən pis niyyətlə razılığa gəlmələrini və onları aldadaraq mənzili Cavabdeh adına özəlləşdirmələrini təsdiq edir. Mənzilin özəlləşməsi etibarsız hesab edilməli olduğu üçün, bu mənzilə dair Cavabdeh mülkiyyət hüququnun qeydiyyatı, həmçinin çıxarış və texniki pasport da ləğv edilməlidir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində ********** nömrəli, xx xxxx 2018-ci il tarixli qeydiyyatın ləğvi, Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı çıxarışı və həmin mənzilə dair texniki pasportun ləğvi edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili və nümayəndəsi, eyni zamanda İddiaçı2 nümayəndəsi X17 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərdən görünür ki, mənzilin özəlləşdirilməsinə dair ərizələr müxtəlif tarixlərdə verilmişdir. İddiaçı tərəfə məlum olan andan iddia qaldırmışdır. Hesab edirlər ki, iddia əsaslıdır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilənlər və nümayəndənin məhkəmə iclasında dedikləri yalandır. İddiaçı1 onun qardaşının yoldaşıdır. Qardaşı rəhmətə getmişdir. 1983-cü ildə Xalq Məhkəməsi həmin mənzilə dair onun adına şəxsi hesab açılması barədə qətnamə çıxarmışdır, qətnamə Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən həmin il icra edilərək mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. Ümumiyyətlə, iddiaçının və onun ailə üzvlərinin onun mənzilinə qeydiyyata düşmələrindən onun xəbəri olmamışdır. Həmin şəxslərin mənzilin özəlləşdirilməsinə dair 2018-ci ilin iyun ayında notarial qaydada təsdiqlənmiş ərizələri olmuşdur. Yalnız bundan sonra, xx xxxx 2018-ci il tarixdə mənzil mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Onun iddiaçı tərəflə əvvəl də, sonradan da münasibətləri yaxşı olmuşdur, özünün iddia ərizəsində qeyd etdiyi nüanslar sonradan əmələ gəlmişdir. İddiaçı1 ərizəsinin digərlərindən fərqli gündə verilməsi ona görə olmuşdur ki, onun şəxsiyyət vəsiqəsinin vaxtı başa çatmış, ona bir günə yeni şəxsiyyət vəsiqəsi götürmüşlər, bundan sonra İddiaçı1 notariat qaydada ərizə vermişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 36.6 kv.m olan mənzil daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx xxxx 2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; -Texniki pasportun surətindən görünür ki, ünvan 3, mənzil 7 ünvanında yerləşən mənzilə dair texniki pasport xx xxxx 2018-ci il tarixdə tərtib olunaraq təsdiq edilmişdir; -Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(012)-4616/2018 saylı qətnaməsinin surətindən görünür ki, X5, X7 və X3 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsi, 9 saylı evin, 7 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab olunmuş, qətnamənin bu hissədə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu qət edilmişdir; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X15 məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx xxxxxxx 2020-ci il tarixli **********88 nömrəli məktubdan görünür ki, Cavabdeh məxsus **********76-05101-093069 reyestr nömrəli mənzil üzərində müvəqqəti nəzarət vardır. Həmin məktuba əlavə edilmiş: -Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1973-cü il tarixli 29 nömrəli protokolu əsasında verilmiş xx xxxxxx 1973-cü il tarixli 75 nömrəli Orderin surətindən görünür ki, Xırdalan qəsəbəsi, 28-ci məhəllədəki 9 nömrəli evin 17 kv.m sahəli 1 otaqlı 7 nömrəli mənzili İsmayıl Mövsümoğluna (özü tək olmaqla) verilmişdir; -Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxx 1983-cü il tarixli 88.4 nömrəli qərarından çıxarışın surətindən görünür ki, vətəndaşların təqdim etdikləri sənədləri və RİK yanında mənzil-məişət komissiyasının x xxxxx 1983-cü il tarixli (protokol № 4) qərarını nəzərə alaraq, Abşeron rayon XDS İcraiyyə Komitəsi qərara alır: Aşağıda adı qeyd olunan vətəndaşın mənzilinin şəxsi hesabının dəyişdirilməsinə icazə verilsin: 1. Cavabdeh (təkdir) - Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21/X-82-ci il tarixli, 236.19 nömrəli qərarı ilə mənzil sahibi İsmayıl Mövsüməli oğlunun vəfat etdiyinə görə Xırdalan qəsəbəsi, 28-ci məhəllədəki 9 nömrəli evin 17 kv.m sahəli 1 otaqlı 7 nömrəli mənzilin şəxsi hesabını oğlu Cavabdeh adına köçürülməsinə mənzil sahibinin oğlunun vaxtilə pasport qeydiyyatına qanunsuz yazılması mərhumun mənzili aldığı vaxt oğlunun 17 yaşı olub onun öhdəsində olmadığından və mənzilin tək özünə verildiyi nəzərə alınaraq etiraz edilmişdir. Həmin məsələyə vətəndaşın iddiası ilə x xxxx 1983-cü ildə Abşeron rayon Xalq məhkəməsində baxılmış, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 9 nömrəli evin 7 nömrəli bir otaqlı mənzilin şəxsi hesabının Cavabdeh adına açılması haqqında qətnamə verilmişdir. Məhkəmənin iş № 2-86 x xxxx 1983-cü il tarixli qətnaməsinə əsasən həmin mənzilin şəxsi hesabı Cavabdeh adına açılsın. -Abşeron RİH 1 nömrəli MİS tərəfindən verilmiş x xxxx 2018-ci il tarixli 26 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 3, mənzil 7 ünvanında yaşayır. Mənzil Abşeron rayon İH-nə məxsusdur, icarədarı Cavabdehdur. X1 xx.xx.1983-cü ildən, qardaşının yoldaşı İddiaçı1 xx.xx.1990-cı ildən, qardaşı qızı X11 1990-cı ildən, qardaşı qızı X18 1992-ci ildən, qardaşı oğlu İddiaçı2 1994-cü ildən mənzildə daimi qeydiyyatdadırlar; -X5, İddiaçı2, X18 və X6 8 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat kontorunda xx xxxx 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 7E-1323 nömrə ilə qeyd edilmiş birgə ərizələrinin surətindən görünür ki, onlar, ünvan 3 ünvanında yerləşən 7 nömrəli mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etməmişlər; -İddiaçı1 8 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində notariat kontorunda xx xxxx 2018-ci il tarixdə təsdiqlənərək reyestrdə 7E-1347 nömrə ilə qeyd edilmiş ərizəsinin surətindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən 7 nömrəli mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1973-cü il tarixli 29 nömrəli protokolu əsasında verilmiş xx xxxxxx 1973-cü il tarixli 75 nömrəli Orderlə Xırdalan qəsəbəsi, 28-ci məhəllədəki 9 nömrəli evin 17 kv.m sahəli 1 otaqlı 7 nömrəli mənzili İsmayıl Mövsümoğluna (özü tək olmaqla) verilmişdir. Abşeron Rayon Xalq Məhkəməsinin 2-86 nömrəli x xxxx 1983-cü il tarixli qətnaməsinə əsasən, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxx 1983-cü il tarixli 88.4 nömrəli qərarı ilə həmin mənzilin şəxsi hesabı İsmayıl Mövsümoğlunun oğlu, hazırkı Cavabdeh adına açılmışdır. Mənzildə cavabdehlə yanaşı digər şəxslər də qeydiyyatda olmuşlar, həmin şəxslər - İddiaçı1 (iddiaçı), X5, İddiaçı2 (iddiaçı), X18 və X11 8 saylı “SƏYYAR- ASAN xidmət” mərkəzində notariat kontorunda 06 və xx xxxx 2018-ci il tarixlərdə təsdiqlənmiş ərizələr verərək mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmədiklərini bildirmişlər. Bundan sonra mənzil cavabdehin adına özəlləşdirilmiş, özəlləşdirmə sənədi əsasında daşınmaz əmlakın dövlət reyestrində mənzil mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq bu barədə çıxarış və texniki pasport verilmişdir. Hazırda iddiaçı tərəf həmin sənədləri mübahisələndirmişlər. Məhkəmə qeyd edir ki, iddia tələbinin ilkin, əsas hissəsi mübahisəli mənzilin Cavabdeh adına özəlləşdirilməsinin etibarsızlığı ilə bağlıdır, digər iddia tələbləri törəmə tələblərdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun əmələ gəlməsi və ona xitam verilməsi əsasları sırasında olan özəlləşdirmə (o cümlədən, dövlət mənzil fondunun özəlləşdirilməsi) mülkiyyətin bir növünün digərlərinə keçid sərbəstliyinə (ictimai və dövlət maraqları ilə bağlı hallar istisna olmaqla), habelə iqtisadi fəaliyyətin azadlığına təkan verən üsul kimi Konstitusiyanın prinsip, ideya və normalarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixdə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yarandığından münasibətlər x xxxx 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları rəhbər tutulmaqla və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu ilə tənzimlənməlidir. Sözügedən Mənzil Məcəlləsinə görə, Azərbaycan vətəndaşları dövlətin və ya ictimai qurumların mülkiyyətində olan mənzillərdən kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etmək hüququna malikdirlər (10-cu və 28-ci maddələr). Mənzil verilməsi haqqında qərar yerli icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa yaşayış sahəsi orderi vermək yolu ilə həyata keçirilir (48-ci maddə). Order orada göstərilən mənzilə sahib olmaq (48-ci maddə) və kirayəçi ilə mənzil istismarı təşkilatı arasında yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlamaq (51-ci maddə) üçün yeganə hüquqi əsasdır. Mənzillərdən istifadə hüququ müddətsiz olaraq verilir (10-cu maddə). Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun əsas prinsiplərindən biri də mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması və yaşadıqları mənzilin həmin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüquqlarının təmin olunmasından ibarətdir. Həmin Qanunun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır; 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər; 8-ci maddəsinin 3-cü hissəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. 9-cu maddəsinin 2-ci hissəsinə əsasən vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi, dövlət mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh yaşadığı mənzili həmin Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququnu təmin etmək üçün mənzilin özəlləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, bu zaman mənzildə qeydiyyatda olan X5, İddiaçı2, X18, X11 və İddiaçı1 notariat kontorunda təsdiqlənmiş ərizələr verərək mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh ərizə ilə yanaşı müvafiq sənədləri təqdim etmiş, cavabdehin hər hansı saxta sənəd təqdim etməməsi, o cümlədən mənzilin mübahisəli olması müəyyən edilmədiyindən müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsini həyata keçirmiş, özəlləşdirmədən imtina üçün əsaslar müəyyən edilməmişdir və yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxs kimi Cavabdeh öz hüququnu saxlamışdır. İddiaçı tərəfin mənzildə onların özlərinin yaşaması, cavabdehin isə mənzildə yaşamaması, mənzilin orada faktiki yaşayan şəxslərdən birinin və ya bir neçəsinin mülkiyyətinə verilməli olduğu ilə bağlı irəli sürdükləri dəlillə bağlı məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli mənzilə qeydiyyata düşdükləri dövrdə (xx.xx.2009-cu il tarixədək) qüvvədə olmuş, Azərbaycan Respublikasında mənzil münasibətləri tənzimləyən Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərində rayon, qəsəbə kənd X20nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli mənzilin şəxsi hesabı 1983-cü ildə Cavabdeh adına açılmış, oradakı yaşayış sahəsi məhz həmin cavabdehə verilmişdir. Cavabdehin qardaşının həyat yoldaşı, hazırkı İddiaçı1 1990-cı ildə, cavabdehin qardaşı oğlu, digər İddiaçı2 isə 1994-cü ildə mənzilə qeydiyyata düşmüşlər, mənzilin şəxsi hesabı həmin şəxslərin adına açılmamış, adlarına order verilməmişdir. Burada nəzərə alınmalıdır ki, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli 2(012)-4616/2018 saylı qətnaməsinə əsasən iddiaçıların ailə başçısı olan X2, eləcə də digər ailə üzvləri X7 və X3 mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab olunmuş və onlar mənzildən qeydiyyatdan çıxarılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki qanunvericiliyə görə, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti, iradə ifadəsidir, iradə ifadəsi isə həqiqi olmalıdır. Etibarlı əqddən bəhs oluna bilməsi üçün iradənin ifadə olunması; ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş (ünvanlanmış) olması və hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. Əqddə iradə ifadəsi müəyyən hərəkətlərin yerinə yetirilməsində özünü göstərir. Hazırkı halda birgə iddiaçılar mübahisələndirdikləri mənzilin özəlləşdirilməsinin etibarsız olmasına dair sübutlarını təqdim etməmiş, tələblərini belə sübutlara uyğun əsaslandırmamışlar. İddia ərizəsində iddiaçıların irəli sürdükləri dəlillər heç də özəlləşdirmənin etibarsız sayılması üçün əsas kimi qəbul edilə bilməz. İddiaçılar Cavabdeh onları aldadaraq razılıq ərizəsi alması, sonra isə onlardan xəbərsiz mənzili özəlləşdirməsi barədə göstərdikləri də hüquqi əsası olmayan fikirlərdir, belə ki, iddiaçılar belə razılığı notarial qaydada vermiş, fikir ifadələrini məhz “ünvan 3 ünvanında yerləşən 7 nömrəli mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmirik” kimi bəyan etmişlər. İddiaçıların bütün bu dəlilləri məhkəmə iclasında toplanaraq tədqiq edilən sübutlarla tam təkzib olunur. Bununla da, məhkəmə hesab edir ki, mübahisələndirilən mənzilin Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı hissədə iddia tələbi əsassızdır, qanuni əsaslar olmadığından təmin edilməməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, özəlləşdirmədən sonra mənzil cavabdehin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, ona bu barədə çıxarış və texniki pasport verilmişdir. Nə qədər ki, həmin qeydiyyatın aparılmasına və müvafiq sənədlərin verilməsinə əsas olmuş özəlləşdirmə qüvvədədir, onun etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir, digər tələblər həmin ilkin tələbdən irəli gələn, törəmə tələblərdir, tələbin ilkin hissəsinin təmin edilməsinə əsaslar olmadığı kimi törəmə tələblərin də təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi ümumilikdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. İnsan hüquqlarının və X8 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində ********** nömrəli, xx xxxx 2018-ci il tarixli qeydiyyatın ləğvi, Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı çıxarışı və həmin mənzilə dair texniki pasportun ləğvi edilməsi” tələbinə dair birgə iddiaları təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2334/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2334/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver