Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2344/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin “xx.xx.1966-cı il”, doğulduğu yer qrafasında “Ermənistan Respublikası Qafan rayonu”, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X13”, ana adı qrafasında “X1”, miliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd olunanların qalan hissədə saxlanılmaq şərtilə, soyadı, adı, atasının adı qrafasında “X4” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, anası X1, atası X13 olmuşdur. Ermənistandan 1980-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasının Abşeron rayonunun Saray qəsəbəsinə köçmüşlər. O, doğum haqqında şəhadətnaməni Ermənistandan köçərkən itirmişdir. Hazırda da həmin sənədi əldə edə bilmir. Sənədləşmə işlər ilə bağlı ona qeyd olunan sənəd zəruri şəkildə lazımdır. O, doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş və cavab olaraq itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Ona görə ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda, onun adına olan evin satılması ilə bağlı doğum haqqında şəhadətnamə ondan notarius tərəfindən tələb olunur. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, oğlu 04.05.1996-cı il təvəllüdlü X16 23.10.2020-ci il tarixdə İİ Qarabağ Müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Hazırda, ona məxsus olan şəxsiyyət vəsiqəsi onun atası tərəfindən alınmışdır ki, həmin sənədin necə alınması barədə də məlumatı yoxdur. Yaqin ki, qeyd olunan sənəd SSR tərəfindən verilmiş “qırmızı” rəngli pasport əsaında verilmişdir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma bacısıdır. O, özü də Ermənistan Respublikasının Qafan rayonunda (Qiyat kəndində) anadan olmuş və həmin kənddə də yaşamışdır. Bacısı ilə ailə üzvü kimi mehriban ailə münasibətləri vardır. Atası 1945-ci ildə müharibə veteranı olmuşdur. Ailə üzvləri 9 nəfərdən ibarət olmuşdur. O, Ermənistanda müəllim işləmiş və özü könüllü şəkildə Azərbaycana 1988-ci ildə çıxıb gəlmişdir. Atasının adı X10, anasının adı isə X2r. Bacısı Ərizəçi Ermənistan Respublikasının Qafan rayonunda 26.11.1966-cı il tarixdə anadan olmuşdur. Ermənistandan gələndə onun doğum haqqında şəhadətnaməsi itmişdir. Bacısına doğum haqqında şəhadətnamə sənədləşmə işləri üçün zəruridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə həm Ermənistan Respublikasında, həm də Abşeronda qonşudurlar. Uzaqdan qohumluq münasibətləri vardır. O, özü Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ərizəçinin anasının adı X3, atasının adı isə X14 olmuşdur. Ərizəçinin nə vaxt anadan olmasını dəqiq deyə bilmir, amma onu bilir ki, ərizəçi Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 16.07.1993-cü il tarixli Vİ-ЖГ № 842955 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X5 16.07.1993-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada İbadova soyadı verilmişdir. -Maraqlı şəxs 09.03.2022-ci il tarixli 05/Q-340/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpasının həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -08.04.2021-ci il tarixli 004274 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi şəhid ailəsi üzvüdür. -Asan-Sumqayıt tərəfindən verilmiş 18.01.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Abşeron rayonu Saray qəsəbəsində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri, həmçinin, 18.01.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunmuşdur ki, Ərizəçi həqiqətən də xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adının digər sənəd və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi “xx.xx.1966-cı il”, doğulduğu yer “Ermənistan Respublikası Qafan rayonu”, soyadı, adı, atasının adı qrafasında “X5”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X3” milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası Qafan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi “xx.xx.1966-cı il”, doğulduğu yer “Ermənistan Respublikası Qafan rayonu”, soyadı, adı, atasının adı qrafasında “X5”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X3”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2344/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2344/2022
24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver