Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2371/2025 24.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, Maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 (Ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2023-cü ildən bu günə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələblərini bununla əsaslandırmışdır ki, xx.xx.2000-ci ildə Ukrayna Respublikası, Sevastopol şəhərində anadan olmuşdur. xx.xx.2023-cü ildən Azərbaycan Respublikasında yaşayır. Atası Nümayəndə xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikası vətəndaşıdır. Ukrainada anadan olsa da, daim Azərbaycan Respublikasına gedib-gəlmişdir. Azərbaycanda hal-hazırda yaxın qohumları var. O, hazırda ünvan 1 ünvanında yaxın qohumunun mülkiyyətində olan mənzildə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında qeydiyyatdadır və orada yaşayır. Dövlət Miqrasiya Xidmətinə yazılı şəkildə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına köməklik göstərilsin. Dövlət Miqrasiya Xidməti isə ona imtina təqdim etmişdir, imtinada isə qeyd edilmişdir ki, müraciətə baxılaraq, “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 513489/m nömrəli sorğu əsasında vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 ərizəyə etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, hazırki ərizənin təmin edilməsi X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına səbəb ola bilməz. Məhkəmə proses iştirakçılarını dinləyərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəsdən görünür ki, oradakı əsas tələb X1 xx.xx.2023-cü ildən bu günə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədədir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi zamanı məhkəmə qeyd olunan halların müəyyən edilməsinə eyni icraatda baxmalıdır. Göründüyü kimi, ərizəçi qanunvericiliyin müəyyən etdiyi normalara əməl etməmişdir. Belə ki, ərizəçi vətəndaşsızlıq halında olmamışdır və o, xx.xx.2030-cu il tarixədək aktiv Ukrayna pasportuna malikdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinə ərizəçinin doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd təqdim etməsi təklif edilsə də, bu barədə sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa, işdən görünür ki, X4 (Ərizəçi) hazırki ərizəni verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə baxılmamış saxlanılmalı, habelə iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu X3 (Ərizəçi) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi X1 (Ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilən sənədlərlə birlikdə X3 (Ərizəçi) qaytarılsın. X1 (Ərizəçi) hazırki mülki iş (2(012)-2371/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından X3 (Ərizəçi) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2371/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2371/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver