Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2384/2023 12.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şirinova Nigar Nazim qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Abşeron rаyоn Məhkəməsinə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdən 1993-cü ilədək Ağdam tikinti materialları kombinatında daş karxanasında işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını, ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə1 izahatında ərizəni qəbul edərək mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəçinin ərizəsini araşdırıb belə qənaətə gəlir ki, ərizəçi mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2384/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2384/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver