Məhkəmə qərarları › İş №2(012)-243/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-243/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-243/2023 03.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair iddia ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin reyestrində 1071 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xeyrinə hüququ yüklü edilmiş yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1 otaqlı özbaşına tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-169/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair 2(008)-169/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Bildirdi ki, iddiaçının hazırki iddia ərizəsi ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-169/2022 saylı qərardadı ilə mülki işin baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsində ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılması ilə bağlı son dövrlər yaranmış fikir ayrılığı ilə bağlı hazırkı mülki işin hansı məhkəmədə baxılmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 45.4.maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 45.5.maddəsinə görə işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. İşin materiallarında olan xx.xx.2005-ci il tarixli 050 nömrəli icarə müqaviləsi və xx.xx.2020-ci il tarixli 3M-38 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında DƏDRX-də icarə hüququ üzrə sahəsi 0,06 ha. olmaqla İddiaçı adına qeydə alınmış Çıxarışa əsasən həmin torpaq sahəsinin Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşməsi qeyd edilir. Həmin torpaq sahələri vaxtı ilə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən icarə hüquq əsasında şəxslərin icarəsinə verildiyindən və müvahiq olaraq icarədarların icarə hüquqları da müvafiq olaraq DƏDRX –nin Abşeron 4 saylı Əİ-də qeydə alındığından son dövrlərə qədər həmin torpaq sahələri ilə bağlı mübahisələrə Abşeron rayon Məhkəməsində baxılmışdır.Hazırkı iş də xx.xx.2022-ci il tarixdə Sabunçu rayon Məhkəməsindən ərazi məhkəmə aidiyyatı üzrə Abşeron rayon Məhkəməsinə göndərilmiş və bu əsasda da mülki iş icraata qəbul edilmiş və bir sıra prosessual hərəkətlər yerinə yetirilmişdir. Lakin, son dövr formalaşan məhkəmə təcrübəsinə əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisi və bu kimi ərazilərin torpaq mübahisələrinə dair işlərin məhkəmə aidiyyatının müvafiq olaraq həmin torpaq sahələrinin yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq məhkəmələrdə baxılmalı olması təcrübəsi formalaşmışdır. Məhkəmə qeyd edir ki, Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisi inzibati ərazi vahidi kimi Abşeron rayonunun ərazisi olmadığından, bu kateqoriyadan olan işlərin ərazi aidiyyəti Abşeron rayon Məhkəməsinə aid deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair mülki işin ərazi məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, aidiyyət üzrə hansı məhkəmədə baxılması ilə əlaqədar fikir ayrılığı olduğundan mülki işin ərazi aidiyyətı üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün iş Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) torpaq sahəsindən və özbaşına tikilidən çıxarılma tələbinə dair mülki işin ərazi məhkəmə aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apellyasiya məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar