Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2459/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı İddiaçı Cavabdeh qarşı torpaq mübahisələri tələbi barədə iddia ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı İddiaçı Cavabdeh qarşı torpaq mübahisələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən darvazasını çıxartdırıb əvvəlki yerinə qoymağı,iddiaçının öz evini hasara almasının qanuna uyğun olması barədə qətnamə çıxarılmasını, , iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi, dəyən ziyana görə kompensasiya verilməsi,, zəbt olunan torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilmsəini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən MPM-nin 152.1.1 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin məzmunundan və “xahiş etdi” hissəsindən göründüyü kimi iddiaçının tələbləri dəqiq və aydın deyildir. Qeyd edilənlərə əsasən , hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı tələbləri dəqiq və tam göstərməklə yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı İddiaçı Cavabdeh qarşı torpaq mübahisələri barədə iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi iddiaçıya izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2459/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2459/2021
12.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver