Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-246/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və onun üzərində tikilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və onun üzərində tikilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Abşeron Quşçuluq ərazisində yerləşən 0,048 ha sahədən ibarət olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Quşçuluq ərazisində yerləşən 0,048 ha sahədən ibarət olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Onun həmin torpaq sahəsinə dair olan mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona bu barədə Çıxarış da verilmişdir. Qeyd edilən torpaq sahəsinin bölgüsü haqqında xx.xx.2018-ci ildə müqavilə bağlayaraq almışdır. Hal-hazırda Hövsan qəsəbəsində torpaqların alqı-satqısı ilə məşğul olan Cavabdeh həmin torpaq sahəsi üzərində satmaq üçün qanunsuz olaraq 2 ev tikdiyinə görə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə daxil ola bilmir, mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. İddiaçı dəfələrlə cavabdehə torpaq sahəsinin boşaldaraq ona təhvil verilməsini bildirsə də, cavabdeh onun tələbinə əhəmiyyət verməmiş, qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə etməyi davam etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilmiş evlər onun həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun pozulmasına, öz mülkiyyəti üzərində istədiyi kimi sərəncam vermək, mülkiyyətindən istədiyi kimi istifadə etmək hüququndan məhrum edilməyinə səbəb olmuşdur. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması, ona məxsus torpaq sahəsində tikilmiş tikilinin sökülməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış Torpaq sahəsinin bölgüsü haqqında sazişdən görünür ki, Abşeron rayonu, 2 saylı notariat kontorunda 3M-1234 reyestrdə qeyd olunmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 1.66 ha torpaq sahəsini aşağıdakı qaydada bölünməsi barədə razılığa gəlmişlər. Həmin torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada İddiaçı 0,048 ha torpaq sahəsinin icarə hüquqları bölünmüşdür. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-4207/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli 10/2826 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatlarının yerində (naturada) digər şəxslərin faktiki istifadə etdikləri torpaq sahələrinin daxilində yerləşdiyi və iddia olunan torpaq sahəsinin 0.0359 ha hissəsinin İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatları ilə üst-üstə düşdüyü müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, digər şəxslər tərəfindən inşa edilmiş tikililərin (yaşayış evləri) 103 m2 hissəsinin İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatları daxilində yerləşdiyi müəyyən edildi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparıldığını, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatlarının yerində (naturada) digər şəxslərin faktiki istifadə etdikləri torpaq sahələrinin daxilində yerləşdiyi və iddia olunan torpaq sahəsinin 0.0359 ha hissəsinin İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatları ilə üst-üstə düşdüyü, "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, digər şəxslər tərəfindən inşa edilmiş tikililərin (yaşayış evləri) 103 m2 hissəsinin İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən aparılmış tikinti və torpaq sahəsi ilə bağlı sənədləri yoxdur, ona aid olmayan torpaq sahəsində tikinti aparmışdır. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsindən və həmin sahənin üzərində tikilmiş 103 kv.m.-lik özbaşına tikilidən çıxarılmalı, həmin torpaq sahəsi üzərində tikilmiş tikili sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci və 311 manat mütəxəssisə iddiaçı tərəfindən rəy verilməsi üçün ödənilmiş məhkəmə xərci vardır ki, iddia təmin edildiyindən 50 manat ekspert xərci cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin hesabına, 311 manat ondan tutulub iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 103.kv.m-lik tikilidən çıxarılsın, həmin torpaq sahəsi üzərində tikilmiş tikili sökülsün. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti və mütəxəssis rəyinə görə 311 manat, cəmi 321 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 manat ekspertiza xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-246/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-246/2022
14.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver