Məhkəmə qərarları › İş №2(012)-2478/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2478/2023

30.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2478/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zəbt etdikləri ona məxsus, ünvan 2 ünvanında yerləşən ev və evin yerləşdiyi torpaq sahəsini boşaldaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə vəfat etmiş iddiaçının anası, X1 adına olmuş Bakı şəhərində, mikraroyanda yerləşmiş mənzil satılaraq, ünvan 3 ünvanındakı 13 saylı yaşayış binasının 41 nömrəli mənzili alınmışdır. Sonradan həmin mənzil satılmış və əldə olunan vəsait hesabına, hazırda yaşayış sahəsinə qeydiyyatda olduğu, ünvan 4 ünvanında torpaq sahəsi alınmış və orada fərdi ev inşa olunmuşdur. Sonradan iddiaçının atası X6 həmin evi onun adına keçirmiş və ərazi bu gün vahid əmlak kimi onun mülkiyyətindədir. İddiaçının atası X6 vəfat etmişdir. İddiaçı adına olan evdən isə cavabdehlərin zoru hesabına çıxarılmışdır. Cavabdehlər həmin evin onların olduğunu iddia edir. Buna sübut kimi də cavabdehlərdən Cavabdeh1 ilə atası X6 arasında 1999-cu il tarixdə nikahın olmasının məhkəmə tərəfindən tanınması ilə əsaslandırırlar. Halbuki, nikah şəhadətnaməsi saxta yolla əldə olunmuş və bu barədə Prokuruluğun qərarı da vardır. Saxtakarlıq edən şəxsin vəfatı ilə əlaqədar işə xitam verilmişdir. Bundan başqa mübahisələndirilən ərazinin alındığı vəsait bu cavabdehlərin özlərinin də etiraf etdikləri kimi atası X3 adına olmuş ünvan 3 ünvanındakı 13 saylı yaşayış binasının 41 nömrəli mənzilinin satışından əldə olunmuş vəsait hesabına alınmışdır. Həmin mənzilin özünün də əldə olunması vəfat etmiş anası X1 adına olmuş Bakı şəhərində, mikraroyanda yerləşmiş mənzilin satışından əldə olunmuş vəsait hesabına olumuşdur. Hazırda cavabdehlər iddiaçını öz evinə buraxmırlar və qanunsuz olaraq ona məxsus əmlakı zəbt ediblər. Cavabdehlərin mənzilini zəbt edərək orda yaşamaları, əşyalarını mənzildə yerləşdirmələri iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozulması, mülkiyyətindən maneəsiz, sərbəst istifadə hüququnun qanunsuz məhdudlaşdırılmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır və təmin edilməməlidir: Belə ki, mərhum həyat yoldaşı X6 mübahisələndirilən Abşeron rayon, Xırdalan şəhər, M.P.Vaqif küçəsi, ev 15-də yerləşən daşınmaz əmlakı xx.xx.2017-ci ildə cavabdehə bağışlayanda evdə qeydiyyatda olanların razılığını almamışdır. Həmçinin həmin mənzil keçmiş həyat yoldaşı ilə onun birgə nikahları dövründə əldə edilmişdir. Bu işlə bağlı 3 məhkəmə instansiyasının hər 3-də də onlar qalib gəlmişlər. Belə ki, Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3183/2018 saylı qətnaməsi, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-92/2021 saylı qərarı ilə həmin bağışlanılma müqaviləsi etibarsız hesab edilmiş və onun əsasında cavabdehin aldığı çıxarış ləğv edilmişdir. İddiaçı və onun qohumları onlara məxsus həmin mənzilə məhz etibarsız sayılmış bağışlama müqaviləsi və onun əsasında alınmış çıxarış əsasında qeydiyyata düşmüşdür. İddiaçının həmin mənzilə dair sərəncam vermək hüququ mövcud deyildir. Odur ki, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, eyni tərəflər arasında mübahisəyə Ali Məhkəməyə qədər bütün instansiyalarda baxılmış, qətnamələr qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, icra olunmuşdur. İddiaçının mübahisələndirdiyi mənzil 03 aprel 2023-cü ildən Cavabdeh1 mülkiyyətindədir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə verdiyi etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evini İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.016 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 158 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3183/2018 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli, qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İlkin İddiaçı Cavabdeh1, Cavabdeh3 İkram qızı və Cavabdeh2 qarşı ünvan 5 saylı evdən mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılasına dair ilkin iddia tələbi rədd edilməsi, apellyasiya şikayətinə və ilkin iddianın qaldırılması üzrə ödənilmiş 15 manat, 40 qəpik dövlət rüsumlarının iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdeh X6 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayon 1 saylı Notariat kontorunda təsdiqlənən 68.3 kv.metr ümumi sahəsi olan ünvan 2 saylı evin və 0.016 ha torpaq sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına ƏMDK-nin DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı ilkin İddiaçı tutulub onlara verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-92/2021 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3183/2018 saylı qətnaməsindən X3 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilmiş, iş kassasiya baxışından çıxarılmaqla geri qaytarılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.016 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 158 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki,iş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsi ilə X2 rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evini İddiaçı bağışlamış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.016 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 158 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2017ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3183/2018 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli, qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İlkin İddiaçı Cavabdeh1, Cavabdeh3 İkram qızı və Cavabdeh2 qarşı ünvan 5 saylı evdən mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılasına dair ilkin iddia tələbi rədd edilməsi, apellyasiya şikayətinə və ilkin iddianın qaldırılması üzrə ödənilmiş 15 manat, 40 qəpik dövlət rüsumlarının iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdeh X6 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayon 1 saylı Notariat kontorunda təsdiqlənən 68.3 kv.metr ümumi sahəsi olan ünvan 2 saylı evin və 0.016 ha torpaq sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına ƏMDK-nin DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı ilkin İddiaçı tutulub onlara verilməsi qət edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.016 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 158 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 05 aprel 2023-cü il tarixdə, yəni ünvan 5 ünvanında yerləşən 0.016 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 03 aprel 2023-cü il tarixdə qeydiyyata alınandan iki gün sonra müraciət etmişdir.Göründüyü kimi iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərkən mübahisəli yaşayış evinin mülkiyyətçisi olmamışdır.Mülkiyyətçi olmayan şəxsin isə evin mülkiyyətçisinə və onun ailə üzvlərinə qarşı evin və torpaq sahəsinin boşaldılması barədə iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar