Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2486/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktın müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1961-ci il təvəllüdlü həyat yoldaşı X1 ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, mərhum X2 onun həyat yoldaşıdır. xx.xx.1961-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Rəsmi nikahları Türkmənistan Respublikasında bağlanmışdır. Daimi qeydiyyatda olduqları ünvan pilot layihə kimi sökülmüşdür. Bu səbəbdən halhazırda kirayədə yaşadıqları Abşeron rayon, Xırdalan şəhəri H.Əliyev prospekti 40 ünvanında xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Abdullayeva Firuzənin bir anda qəflətən halı pisləşmiş və özündən getmişdir. Dərhal sonra ona kömək göstərməyə çalışmağına baxmayaraq nəticə əldə edilməmiş və təcili olaraq X15 stansiyasına zəng etmişdir. Abşeron rayon X4 və X7 Şöbəsindən həkim briqadası 10:22-də hazırki ünvana gəlmiş və onlara bildirmişlər ki, həyat yoldaşı artıq ölmüşdür. Bu barədə X15 Şöbəsinin həkim briqadası tərəfindən xx.xx.2020-ci il tarixli Təcili və X7 Stansiyasının xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Həkimə qədər ölüm qadın cismində meyit və zorakılıq əlamətləri müəyyən edilməməsi barədə qeyd aparılmışdır. Bundan sonra həyat yoldaşının cəsədinin dini qaydalara müvafiq olaraq Tovuz rayon Əlibəyli kəndində dəfn etmişlər. Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamə verilməmiş və bu barədə imtina məktubunu təqdim etməmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsməhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, ərizəçi onun bibisidir. Təsdiq edə bilər ki, o, xx xxx 2020-ci il tarixdə bibisi X6 bir anda halı pisləşmiş, özündən getmişdir. və vəfat etmişdir. O, mərhum bibisinin dəfnində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 digər şahid N.Abdıyevin ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş Türkmənistan Respublikası tərəfindən xx xxxxxx 1981-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında xx xxxxxx 1981-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Abdıyev, arvada Abdıyeva soyadı verilmişdir. İşdə olan Abşeron Rayon Mərkəzi Rayon Xəstəxanasının Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxx 2020-ci il tarixdə saat 10:22 radələrində Abşeron rayon Xırdalan şəhəri H.Əliyev prospekti 40 ünvanına X6 (59 yaş) adına Abşeron Rayon Mərkəzi Rayon Xəstəxanasının Təcili və X7 Stansiyasının həkimi Mirzəyeva icra edərək, ünvanda “qadın cinsli meyit”ə (“ Həkimə qədər ölüm, zorakılıq əlaməti olmadan) rastlaşmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxstərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 05/Q-634/15 saylı məktubdan görünür ki, Azərbaycan Respubükası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 14867434 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1961-ci il tarixdə Tovuz rayonunda anadan olmuş və ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin həyat yoldaşı X6 xx xxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 40 ünvanında vəfat etmiş, lakin Maraqlı şəxstərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxxxxx 1961-ci il təvəllüdlü X6 xx xxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 40 ünvanında vəfat etməsi faktı müəyyən edilməli və bu barədə müvafiq qeydiyyatın aparılması vəzifəsi Maraqlı şəxsnə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1961-ci il təvəllüdlü X3 xx xxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 40 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhdətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Abşeron Rayon Məhkəməsinin hakimi Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2486/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2486/2020
23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver