Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2497/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı evdən istifadə hüququ itirilməklə qeydiyyyatdan çıxarəlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi iddia ərizəsinə dəqiqiləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ailəsiylə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı evdə yaşamışdır. Həmin mənzil üzərində iddiaçının tam mülkiyyət hüququ var və həmin hüquq AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış və xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı çıxarışa əsasən, iddiaçının xüsusi mülkiyyətindədir. Lakin, iddiaçı həmin fərdi yaşayış evində qeydiyyatda olan cavabdehi qeydiyyatdan çıxarmağa cəhd etsə də heç bir şey əldə edə bilməmişdir. Evində qanunsuz yaşadığına görə Cavabdeh fərdi yaşayış evindən çıxarılma tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(012)-1687/2019 saylı qətnaməsinə əsasən, iddiası təmin edilmiş, cavabdeh sözügedən qətnamədən indiyədək şikayət verməmiş, qətnamə qanuni qüvvəsi aldığına görə 2020-ci ilin yanvarında ünvan 1 ünvanından cavabdeh çıxarılmış və Abşeron rayon İcra və probasiya şöbəsi məhkəmənin qanuni qətnaməsini tam icra etmişdir. Hazırda cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində təsbit olunmuş hüquqlarını pozur. Cavabdeh mübahisəli evdə yaşamır. Evdən çıxarılsa da, hələ də qeydiyyatdadır. Cavabdeh ona məxsus sexdə işçi olmuş, onlar sexdə tanış olmuşlar, aralarında sevgi münasibəti olmuş və faktiki nikah ilə birlikdə yaşamışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə 2015-ci ildə çıxarış almışdır və həmin fərdi yaşayış evi hal-hazırda oğlu İddiaçı şəxsi mülkiyyətindədir. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı ev onun evi olmuşdur. 2001-ci ildə Rzayev Xəqani ilə tanış olmuşlar. X2 ilə 2004-cü ildən 2020-ci ilədək qeyri-rəsmi nikah münasibətində olmuşdur. 2020-ci ilin yanvar ayında onu oğlu ilə birlikdə evdən çıxartmışlar. Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(012)-1687/2019 saylı qətnaməsindən şikayət vermişdir. Bütün əşyaları evdədir. Getməyə yeri yoxdur. O, 2020-ci il yanvarın 19-da evdən çıxmışdır. İcra məmuru ona evdən çıxmasını tələb etmiş, o, da evdən çıxmışdır. Həmin vaxt o, apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətini aylarla saxlamışlar və göndərməmişlər. O, 2004-cü ildən bu evdə pasport qeydiyyatındadır və bu evdə yaşayır. Həmin vaxt ev heç kimin adına deyildi. Sonra o, torpaq almaq istəyirdi. Onu evdən çıxaranda kağız verməmişlər. Ata ilə oğul alğı-satqı edə bilməz. İddiaçı onu aldatmışdır və maşına etibarnamə almaq adı ilə ondan etibarnamə almışdır. 2013-cü ildə Xəqani onu aldadaraq notariat ofisə aparmış və bütün əmlaklarına sərəncam verilməsi ilə bağlı mülki etibarnamə almışdır. Etibarnamə aldıqdan sonra isə mənzili öz oğlu Rasifin adına keçirdi. Lakin sözügedən mənzildə bütün əşyalar ona məxsusdur və o, mənzilin alınması üçün 10000 manat pul ödəmişdir. İddiaçı mənzilin alınması üçün sərf etdiyi 10000 manat pulu ona qaytardığı halda evdən qeydiyyatdan çıxmağa razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı ünvanında yerləşən ölçüsü 0,0674 ha olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı ünvanında yerləşən mənzildə İddiaçı ilə birgə Cavabdeh və X2 da qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycann Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən veriən Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı ünvanında yerləşən ölçüsü 0,0674 ha olan fərdi yaşayış evini İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə öz adına qeydiyyata almışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı ilə birgə Cavabdeh və X2 da qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün Cavabdeh fərdi yaşayış sahəsi üzrə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 06, dalan 03, 01 saylı ünvanında yerləşən mənzilə Cavabdeh istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2497/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2497/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver