Məhkəmə qərarları › İş №2(012)-2503/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2503/2022

07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2503/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə müraciət edərək, onun doğum tarixinin 10 fevral 1957-ci il olması faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, 1957-ci ildə Ermənistan SSR Qafan rayonun Gigi kəndində anadan olmuşdur. Bu barədə ona doğum haqqında şəhadətnamə, sonra isə onun əsasında şəxsiyyət vəsiqəsi verilmişdir. Verilən hər iki sənəddə onun anadan olduğu gün və ay qeyd edilməmişdir. Doğum haqqında şəhadətnamədə anadan olduğu gün və ayın qeyd olunmamasının səbəbi ona aydın deyildir. Lakin, 28 oktyabr 1961-ci il tarixində verilmiş l-3Ж № 462305 saylı doğum şəhadətnaməsində anadan olduğu il, yəni 1957 qeyd edilmişdir. O bu vaxta qədər həmin sənədlərdən istifadə etmişdir. Doğum gününün və ayının sənədlərdə qeyd edilməməsi şəxsi həyatında, xüsusən də hüquqi sənədləşmələrdə ciddi problemlərin yaranmasına səbəb olur. Digər tərəfdən də, 2022-ci ildə onun 65 (altmış beş) yaşı tamam olur və onun yaşa görə təqaüdə çıxmaq müddətidir. Ona görə, sənədləşmələrdə həqiqi anadan olduğu günün və ayin qeyd edilməsi zəruriyyəti yaranmışdır. Ailələrində və yaxın qohumlarda onun ad günü həmişə 10 fevral tarixində qeyd edilmişdir. Mən valideynlərindən 10 fevral 1957-ci il tarixində anadan olduğunu öyrənmiş və doğum günü həmin tarixdən qəbul etmişdir. Hal-hazırda yaxin qohumları da anadan olduğu tarixin 10 fevral 1957-ci il olduğuna şahidlik edə bilərlər. Ona verilən doğum haqqında şəhadətnamədə qeyri- müəyyənliyin qanunauyğun həll edilməsi üçün Maraqlı şəxsnə tərəfindən müraciət olunmuşdur. Qeydiyyat şöbəsi 26 noyabr 2021-ci il tarixli, № 05/Q- 1620/15 saylı məktubla müraciətinə rəsmi cavab vermişdir. Ona görə, doğum haqqında şəhadətnamədə doğulduğu günün və ayın bərpa edilməsinin yeganə yolu bu işə məhkəmə qaydasında baxilmasından ibarətdir. İş üzrə maraqlı şəxs, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin heç bir üzrlü səbəbi barədə məlumat verməmişlər.lakin məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X1 izahatına bildirdi ki, ərizəçi onun qardaşıdır. Ailədə 10 uşaq olmuşlar, ikisi rəhmətə getmişdir. Özü xx.xx.1959-cu ildə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Qardaşı 1957-ci ildə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Anasının dediyinə görə qardaşının doğum tarixi 10 fevral 1957-ci ildir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ərizəçinin izahatına bildirdi ki, ərizəçi onun qardaşıdır. Ailədə 10 uşaq olmuşlar, hamının doğum haqqında şəhadətnamələri var. Özü xx.xx.1961-ci ildə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Qardaşı 1957-ci ildə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Qardaşının doğum haqında şəhadətnaməsində doğum günü ayı qeyd olunmamışdır. Qardaşının doğum tarixi 10 fevral 1957-ci ildir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş şəxsiyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamənin notarial aydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi XX.XX.1957-ci ildə Ermənistan, Qafan rayonunda anadan olmuş, atası X4, anası X3r, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 xx.xx.1959-cu ildə Ermənistanın Qafan rayonunda və X2 xx.xx.1961-ci ildə Ermənistanın Qafan rayonunda doğulmuşdur, ataları X4, anaları X3r. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında şəhadətnamənizin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialından Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, kişilərin yaşa görə sosial müavinət hüququ xx.xx.2020-ci il tarixindən 65 yaş müəyyən edildiyi üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, onun yaşa görə sosial müavinət hüququ xx.xx.2022-ci il tarixində yaranacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsini əsassız hesab edərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalıdır. Belə ki, ərizəçinin ərizəsini əsaslandıran hər hansı sübut təqdim edilməmişdir, şahidlər ərizəçinin bacıları olmaqla, bir-birilərindən doğum illəri cüzi fərq təşkil edir. Ona görə də, onların ifadələri sübut kimi qəbul edilə bilməz. Həmçinin iş materiallıarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialından Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da göründüyü kimi Ərizəçi yaşa görə sosial müavinət hüququ xx.xx.2022-ci il tarixində yaranacaqdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edilmədiyinə görə məhkəmə ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəinin özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar