Məhkəmə qərarları › İş №2(012)-251/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-251/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-251/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Vəkil1, ilkin iddia üzrə Cavabdeh, eyni zamanda iş üzrə müstəqil tələb irəli sürən qarşılıqlı iddiaçı X5 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzilindən çıxarılmaları və qanunsuz sənədlərin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən X5 pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzildən çıxarılmalarıdair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh və eləcə də onunla birlikdə yaşayan ailə üzvlərinin (arvadı və övladlarının) onun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 noyabr 2016-cı il tarixli № 03/0052 saylı “Çoxmənzilli yaşayış binasının tikintisi” haqqında fərdi müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzil onun mülkiyyətindədir. Həmin mənzilin ümumi dəyəri "xxxx" MTK tərəfindən verilən 27 noyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən tərəfindən tamamilə ödənilmişdir. 2020-ci ildə həmin mənzildə yeni ailə quran tanışı Cavabdeh Talib oğluna müvəqqəti yaşamağa icazə vermişdir. Bu razılığı o, Azərbaycanda uzun müddət olmayacağı və mənzilin boş qalmaması səbəbi ilə vermişdir. Lakin, sonradan onun qızı ailə qurub ərə getdikdən sonra və onun ərinin işi ilə əlaqədar Baki şəhərində onların yaşamaq zərurəti yarandıqda, Cavabdeh mənzilin boşaldılmasını tələb etmişdir. Buna baxmayaraq, cavabdeh onun bu tələbinə məhəl qoymamış və bu günə kimi onun mülkiyyətimdə olan mənzili boşaltmamışdır. Bunun nəticəsində o, mülkiyyətimdə olan mənzilindən istifadə edə bilmir. Dövlət orqanlarına və "xxxx" MTK-nin rəhbərliyinə etdiyi müraciətlər bir nəticə verməmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Sonradan ilkin iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli mənzili 27 noyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən onun tərəfindən mənzilin tam dəyəri "xxxx" MTK-ya ödənilmişdir. Həmin mənzildə cavabdehin müvəqqəti yaşamasına icazə vermişdir. Belə ki, sonradan cavabdeh onun Azərbaycan Respublikasında olmadığından sui-istifadə edərək mülkiyyətində olan mənzili ələ keçirmək niyyəti ilə "xxxx" MTK-ya müraciət etmişdir. Onda olan məlumata görə "xxxx" MTK-da səlahiyyəti olmayan şəxs tərəfindən imza atılaraq mülkiyyətində olan mənzil saxta sənədlər əsasında cavabdehə satılmışdır. Mülkiyyətində olan mənzilin İİİ şəxs qismində məhkəməyə cəlb edilmiş X12 tərəfindən hər hansı bir təmir işlərinin görülməsi və eyni zamanda mənzilə ev əşyalarının alınması ilə əlaqədar əvvəlcədən razılaşdırılmış nə şifahi, nə də rəsmi müqavilələri yoxdur. X12 özünə məxsus olmayan mənzilə hər hansı bir xərc çəkməsi qanunsuzdur. Odur ki, iddianın təmin edilməsi, üçüncü şəxs X5 qarşılıqlı iddiasının rədd edilməsi, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən cavabdehin adına rəsmiləşdirilmiş qanunsuz sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən X12 pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərinin - 47574 (qırx yeddi min beş yüz yetmiş dörd) manat pul vəsaitinin, habelə evin əşyalarla təchizatına xərclənmiş 22.300 (iyirmi iki min üç yüz) manat pul vəsaitinin, ümumilikdə 69,874 (altmış doqquz min səkkiz yüz yetmiş dörd) manat vəsaitin yarısının- 34 937 manatın İddiaçı alınaraq X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işə mahiyyəti üzrə baxılarkən X12 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Abşeron rayonu, Masazır qəsəbəsi, 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildə onun oğlu Cavabdeh Talib oğlu ailəsi ilə birlikdə uzun müddətdir ki yaşamaqdadır. İddiaçı hazırda çıxarılmalarını tələb etməsi əsassızdır. Belə ki, mənzil onun vəsaiti hesabına alınmış və təmirinə xeyli vəsait xərclənmişdir. Habelə, mənzil avadanlıqlarla onun hesabına təchiz olunmuşdur. Buna görə də, mənzilin təmirinə və daxili təchizatına xərclənmiş pul vəsaiti İddiaçı alınaraq ona ödənilməlidir. Sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildə oğlu Cavabdeh Talib oğlu ailəsi ilə birlikdə uzun müddətdir ki yaşamaqdadır. İddiaçı hazırda çıxarılmalarını tələb etməsi əsassızdır. Belə ki, mənzil onun da vəsaiti hesabına alınmış və təmirinə xeyli vəsait xərclənmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MTK-da yerləşən mübahisələndirilən mənzilə dair vəkil sorğusu verilmiş, sorğuya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda "xxxx" MTK tərəfindən inşa edilmiş bina 3, blok 2, mərtəbə 6-da 3 otaqlı, 52 nömrəli mənzilin xx.xx.2018-ci il tarixdə təmirinə başlanılması və təmirin tam şəkildə başa çatdırılması bildirilmişdir. Qeyd olunması zəruridir ki, X1 Nəsimi Akif oğlu ilə 2017-ci ildə rəsmi qaydada nikaha daxil olmuşlar və mənzil də birgə nikah dövründə təmir olunaraq əşyalarla təchiz olunmuşdur. Odur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərinin - 47574 (qırx yeddi min beş yüz yetmiş dörd) manat pul vəsaitinin, habelə evin əşyalarla təchizatına xərclənmiş 22300 (iyirmi iki min üç yüz) manat pul vəsaitinin, ümumilikdə 69,874 (altmış doqquz mın səkkiz yüz yetmiş, dörd) manat vəsaitin yarısının 34,937 (otuz dörd min doqquz yüz otuz yeddi manatın İddiaçı alınaraq X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, digər iddia tələbini isə qəbul etməyib, ilkin iddianın təmin edilməsini, digər iddianın isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İlkin iddia üzrə Cavabdeh, eyni zamanda iş üzrə müstəqil tələb irəli sürən qarşılıqlı iddiaçı X5 vəkili-nümayəndəsi Vəkil2 ilkin iddiaya etiraz edərək, təmin edilməməsini, 3-cü şəxsin iddiasını müdafiə edib, təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, mübahisəli mənzil ilkin iddiaçıya Nəsimiyə məxsusdur, səhvən Baharla da müqavilə bağlanıb, Nəsimi mənzili alanda mənzil təmirsiz olub, 14 sentyabr 2018-ci ildə Nəsimi təmir üçün müraciət edib, 177 manat sayğac üçün ödəniş olub, həmin tarixdə təmirə başlanmasına icazə verilib. Lakin təmirinnə vaxt başlayıb, nə vaxt bitməsi barədə məlumatı yoxdur. Həmçinin mənzilin kimin tərəfindən, kimi vəsaiti hesabına aparılmasını da bilmir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, İddiaçı onun xalası oğludur. Mübahisəli mənzil Masazır kəndində yerləşir və həmin mənzildə 8-9 il bundan əvvəl iş ilə əlaqədar olmuşdur. Mənzil təmirli 3 otaqdan ibarət idi. Nəsimi Rusiyada olarkən Bahar İsayeva ilə tanış olmuşlar, bura gəldikdən sonra münasibətləri yaranmışdır. Mənzil alınarkən təmirli olmuşdur. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərdi ki, İddiaçı onun yerlisidir, aralarında mehriban münasibətləri vardır. Nəsimini 5 il bundan qabaq görmüşdür. Mənzil Masazır kəndində yerləşir. Həmin mənzilə 2017-ci il tarixdə Nəsimi ilə birlikdə getmişdir. Oğlunun universiteti ilə əlaqədar qalmağa yeri olmadığından Nəsimi ev tapana qədər həmin mənzildə qalmağı təklif etmişdir. Həmin vaxt Nəsimini tək görmüşdür. Bahar xanımla olan münasibətlərindən məlumatı yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016cı il tarixli Çoxmənzilli yaşayış Tikinti haqqında fərdi müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Mənzilin 1 kv.m-nin qiyməti 380 manat həcmindədir. Mənzilin ümumi dəyəri 114,6 kv.m-dir. Müqavilənin qiyməti 43320 manatdır. Mülki iş materiallarında olan Payçılıq vəziyyəti barədə "xxxx" MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binada, 2ci blokda, 6-cı mərtəbədə 3 otaqlı, sahəsi 114,6 kv.m olan 52 saylı mənzil almışdır. Sifarişli mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda sifarişçinin MTK-ya mənzil üzrə borcu yoxdur. Mülki işin materiallarında olan "xxxx" MTK ilə X12 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çox mənzilli yaşayış Tikinti haqqında fərdi müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Mənzilin 1 kv.m-nin qiyməti 380 manat həcmindədir. Mənzilin ümumi dəyəri 114,6 kv.m-dir. Müqavilənin qiyməti 43320 manatdır. Mülki iş materiallarında olan Payçılıq vəziyyəti barədə "xxxx" MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, X2 rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binada, 2-ci blokda, 6-cı mərtəbədə 3 otaqlı, sahəsi 114,6 kv.m olan 52 saylı mənzil almışdır. Sifarişli mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda sifarişçinin MTK-ya mənzil üzrə borcu yoxdur. İşin materiallarında olan nikahın bağlanması barədə A-02506 saylı arayışdan görünür ki, İddiaçı ilə X12 14 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların bu nikahı Rusiya Federasiyası X4 şəhər VVİ-də 1074 sayla qeydə alınmışdır. İşin materiallarında olan Nikahın ləğvi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X12 arasında 14 oktyabr 2017-ci il tarixdə bağlanan rəsmi nikah X6 şəhər məhkəməsinin 29 aprel 2021-ci il tarixli Qətnaməsinə əsasən xitam edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1991-ci ildə doğulmuş Cavabdeh anası X8r. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(012)-4272/2021 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6523 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Masazır qəsəbəsində “Bağçalı Evlər“ MTK tərəfindən inşa edilmiş 3 nömrəli yaşayış binasının 2-ci blokunda yerləşən 52 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 29989,2 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallardan müəyyən edilir ki, ilkin İddiaçı ilə müstəqil tələb irəli sürən 3-cü şəxs X12 14 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onlar arasında bu nikah X4 şəhər məhkəməsinin 29 aprel 2021-ci il tarixli Qətnaməsinə əsasən xitam edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış Tikinti haqqında fərdi müqaviləyə əsasən "xxxx" MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzili onun sahibliyinə vermiş, "xxxx" MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən mənzilin ümumi dəyəri tamamilə ödənilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, olan "xxxx" MTK ilə X12 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış Tikinti haqqında fərdi müqaviləyə əsasən "xxxx" MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzili onun sahibliyinə vermiş, "xxxx" MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən mənzilin ümumi dəyəri tamamilə ödənilmişdir. İlkin iddiaçının və MTK-nın nümayəndəsinin izahatlarından göründüyü kimi əslində mübahisəli mənzilin sahibi İddiaçıdur. X12 ilə həmin mənzilə dair bağlanan müqavilələr görünüş üçün bağlanan, səhvən bağlanmış müqavilələrdir. Bundan başqa, işin araşdırılan hallarından müəyyən edildi ki, tərəflər birgə nikahda olduqları müddətdə 2018-ci ildən başlayaraq mübahisəli mənzildə əsaslı təmir işləri aparılmışdır. Hansı ki, mənzilin təmirinə çəkilmiş xərc məhkəmə inşaat–tikinti eksperti tərəfindən təqribən 29989,2 manat məbləğində müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh 3-cü şəxs X5 oğludur, ilkin iddiaçının özünün razılığı ilə mübahisəli mənzil təmir olunandan sonra, təxminən 2019-cu ildən orada yaşamağa başlamışdır. Hazırda göründüyü kimi ilkin iddiaçı ilə cavabdehin anasının ailə münasibətləri pozulmuş, ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır, belə olan halda, cavabdehin uşaqlarına münasibətdə də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə bildirir ki, Cavabdeh ilkin iddiaçının ailə üzvü hesab edilən şəxslər dairəsinə daxil olmadığından, mübahisəli mənzildən istifadə etməklə bağlı tərəflər arasında qanunla müəyyən edilmiş qaydada yazılı razılaşma olmadığından və hazırda ilkin iddiaçı cavabdehin mübahisəli mənzildə qalıb yaşamasını istəmədiyindən ilkin iddia mənzildən çıxarılma hissəsində qismən təmin edilməli, Cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Cavabdehin ailə üzvlərinin kimliyi müəyyən edilmədiyindən onlara münasibətdə iddia təmin edilməməlidir. Məhkəmə ilkin iddianın digər hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddiaçının və MTK-nın nümayəndəsinin izahatlarından göründüyü kimi əslində mübahisəli mənzilin sahibi İddiaçıdur. X12 ilə həmin mənzilə dair bağlanan müqavilələr görünüş üçün bağlanan, səhvən bağlanmış müqavilələrdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin etibarsızlığı hissəsində təmin edilməli, "xxxx" MTK ilə X12 arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin təmir xərci hissəsinə münasibətdə işin müəyyən edilən hallarına hüquqi qiymət verərək hesab edir ki, nə qədər ki, tərəflər arasında ailə münasibətləri bitmişdir, 3-cü şəxs artıq mübahisəli mənzildən istifadə etmir, o halda birgə nikah müddətində mübahisəli mənzilin təmirinə çəkilən xərc onların birgə vəsaiti və həmin vəsaitdə payları bərabər hesab edilməli, ilkin iddiaçının 3-cü şəxsin hesabına əsassız varlanmasına yol verilməməsi üçün 29989,2 manat məbləğində təmir xərcinin yarısının təşkil edən 14.994,6 manat məbləğində pul İddiaçı alınıb X7 verilməli, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, ekspertiza rəyini təkzib edən hər hansı sübut olmadığından məhkəmə məhz həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə 3-cü şəxsin iddia tələbinin digər hissələrinə də qeyd edilən hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qalan hissədə sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə işin hallarına əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidiur. Eyni zamanda iş üzrə 150 manat məbləğində ekspertiza xərci vardır ki, onun 75 manat hissəsi İddiaçı, 75 manat hissəsi isə X3 tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzilindən çıxarılmaları və qanunsuz sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildən çıxarılmalı, "xxxx" MTK ilə X12 arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, müstəqil tələb irəli sürən 3cü şəxs X5 pul tələbinə dair iddiası qismən təmin edilməli, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərə görə 14.994,6 manat məbləğində pul İddiaçı alınaraq X7 verilməli, İddiaçı 75 manat, X3 75 manat ekspertiza xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, ilkin iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürən şəxsin vəkili nümayəndəsi vəsatət verərək hər iki iddia tələbinin təmin olunduğu halda təmin olunan tələblərin eyni vaxtda icra edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti əsaslı hesab edərək təmin edilməsi nəticəsinə gəlir. Belə ki, bu hal tərəflərin hər ikisinin mübahisəli mənzillə bağlı maraqları baxımından qətnamənin vaxtında icra edilməsini mümkün edir. Ona görə də məhkəmə hesab edir ki, hər iki iddia tələblərinin təmin edilən hissəsində pulun verilməsi ilə mənzilin boşaldılması eyni anda icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzilindən çıxarılmaları və qanunsuz sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildən çıxarılsın. "xxxx" MTK ilə X12 arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Müstəqil tələb irəli sürən 3-cü şəxs X5 pul tələbinə dair iddiası qismən təmin edilsin. Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərə görə 14.994,6 manat məbləğində pul İddiaçı alınaraq X7 verilsin. Pulun verilməsi ilə mənzilin boşaldılması eyni anda icra edilsin. İddiaçı 75 manat, X3 75 manat ekspertiza xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar