Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-252/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X3, Cavabdeh, Üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X7 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin təhvil verilməsi və torpaq sahəsinə giriş-çıxış üçün bütün maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın alğı-satqı müqaviləsinə rəhbər tutaraq, Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair Daövlət Aktı J № 3154, kod 30800027 əsasında satıcı, cavabdeh Taverdiyeva Qədəm Möhbəli qızına məxsus AR DƏDRX Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmş xx.xx.2009-cu il il tarixli, 38 saylı arayışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha olan torpaqdan 0,10 ha torpağa dair onun, alıcı İddiaçı mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsini cavabdeh, satıcı Cavabdeh alınaraq ona əhvil verulməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, daşınmaz əmlakın alğı-satqı müqaviləsini rəhbər tutaraq, Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J № 3154, kod 30800027 əsasında, cavabdehlər X12 və Cavabdeh tərəfindən ona satılmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha torpaq sahəsindən 0,10 ha torpaq sahəsini cavabdehlər Cavabdeh və X5 alınaraq ona təhvil verilməsinə və həmin torpaq sahəsinə giriş-çıxış üçün bütün maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X6 adından iştirak edən satıcı tanışı Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 1,0 ha olan torpaq sahəsindən 0,06 ha (6 sot) torpaq sahəsi almaq qərarına gəlmişdir. Cavabdeh ilə birgə torpaq sahəsinə baxış keçirmişlər. Torpaq sahəsi yaxşı yerdə yerləşdiyi üçün və onun çox xoşuna gəldiyi üçün alğı-satqı müqaviləsi ilə torpağı almaq istəmişdir. 6 sot torpaq üçün 12000 ABŞ dolları ödəniş etməklə torpağın alınmasına dair razılığa gəlmişlər. xx xxxxxx 2009-cu il tarixində daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə (AN - 1 0181740), Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J№ 3154, kod 30800027 əsasında X6 adından iştirak edən satıcı, Cavabdeh məxsus AR DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 38 saylı arayışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha olan torpaqdan 0,06 ha torpağa əldə etmişdir. Torpağa dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi birgə xx xxxxxx 2009-cu il tarixli bölgü eskizi sənədə əlavə edilmişdir. Sonradan, ailə problemləri ilə əlaqədar olaraq ona aid olan torpaq sahəsinə getməmişdir. Bir müddət gedə bilmədiyi üçün torpağa dair heç bir məlumatı olmamışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha olan torpaq sahəsindən ona veriləcək 0,10 ha torpaq sahəsinə görə Cavabdeh ümumilikdə 21000 ABŞ dolları pul ödəmişdir. xx xxxxxx 2009-cu ildə Cavabdeh Piriyev Əbulfətlə danışıb oğluna məxsus, 10 ha torpaq sahəsinin ona verilməsi barədə anlaşmışdır. Həmin torpaq sahəsini ƏN-İ № 130456-130457 nömrəli notarial sənədlə etibarnamə əsasında torpaq sahəsi ona verilmişdir. Torpaq sahəsinə aid bütün xərclər və torpağın hazarlanması tərəfindən aparılmış və ödənilmişdir. Lakin, 2 saylı Abşeron rayon notarial kantoru tərəfindən gələn məktuba əsasən xx xxx 2010-ci ildə torpağa dair verilmiş etibarnamə ləğv edildiyini bilmişdir. Hazırda torpaq sahəsi yerində yoxdur, bu səbəbdən də torpağın çıxarışı yoxdur. Cavabdehin dediyinə görə torpaq sahəsi zəbt olunmuşdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X8 məhkəmədə iddianı müdafiə edərək iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 1,0 ha olan torpaq sahəsini 2003-cü ildə alğı-satqı müqaviləsi əsasında İddiaçı Hüsey oğluna satmışdır. Torpağı satmazdan əvvəl iddiaçıya göstərmişdir. İddiaçının əmisi oğlu ondan 10 sot torpqaq almışdır və çıxarışı da vardır. İddiaçının qohumları torpağı zəbt etmişlər və 12 ildir ki, istifadə edirlər. Həmçinin iddiaçı onunla 2016-cı ildə borc müqaviləsi bağlamışdır. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh X12 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sorğuya cavabdan görünür ki, Cavabdeh adına daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında , ƏMDK və keçmiş DTXK tərəfindən təqdim edilmiş tam olmaya ekeltron bazada hal-hazırda 4 saylı Abşeron Ərazi İdarəsində məlumat yoxdur. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sorğuya cavabdan görünür ki,İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş № 2(012)-2499/2020 saylı sorğunuza baxılmışdır.Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd olunan X6 adına Abşeron inzibati ərazi vahidi üzrə (İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarələrinin arxiv məlumatlarında) hal-hazırda aşağıdakı daşınmaz əmlak(lar) qeydiyyata alınmışdır: Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 4.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********67 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərinə Nəsimi rayon İcra şöbəsinin xx.xx.2013-cü il tarixli, 17/70-003/2 nömrəli məktubuna əsasən qadağa qoyulmuşdur.ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində X6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********95-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, satıcı X9 etibarnamə əsasında təmsil Cavabdeh torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J№ 3154, kod 30800027 əsasında X7 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 1,0 ha olan torpaq sahəsinin 0.06 ha torpaq sahəsini xx xxxxxx 2009-cu il tarixli, AN-İ №,0181740 saylı alqı-satqı müqaviləsi əsasında 4800 manata İddiaçı satmış, lakin alıcı həmin torpaq sahəsi ilə bağlı hüququnu qeydiyyatdan keçirməmişdir. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, alqı-satqı müqaviləsində göstərilən ərazidə cavabdehlərin adına İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmiş hər hansı bir torpaq sahəsi mövcud deyildir, həmçinin iddiaçı tərəf məhkəməyə qeyd olunan torpaq sahəsinin hal-hazırda faktiki və ya sənəd əsasında kimin istifadəsində olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən iddiaçı həmin sübutları təqdim etmək vəzifəsi daşımışdır. Ona görə də məhkəmə işin faktiki halllara istinad edərək hesab edir ki, iddiaçı tərəfə ilkin olaraq torpağın yerləşmə mövqeyini və cavabdehlərin dairəsini müəyyən etdikdən sonra məhkəməyə yenidən müraciət etmək və ya xx xxxxxx 2009-cu il tarixli, AN-İ №,0181740 saylı alqısatqı müqaviləsi əsasında dəymiş ziyanla bağlı iddia qaldırmaq hüququn olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı daşınmaz əmlakın alğı-satqı müqaviləsini rəhbər tutaraq, Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J № 3154, kod 30800027 əsasında, cavabdehlər X12 və Cavabdeh tərəfindən ona satılmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha torpaq sahəsindən 0,10 ha torpaq sahəsini cavabdehlər Cavabdeh və X5 alınaraq ona təhvil verilməsinə və həmin torpaq sahəsinə giriş-çıxış üçün bütün maneələrin aradan qaldırılmasına dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-252/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-252/2021
31.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver