Məhkəmə qərarları › İş №2(012)-252/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-252/2024

13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-252/2024 13.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi xx.xx.2013-cü il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı), ana qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı) kimi məlumatların göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, onun Maraqlı şəxs2 ilə faktiki münasibətindən xx.xx.2013-cü il tarixdə oğlu Məhəmməd anadan olmuşdur. Oğlu Məhəmməd xx.xx.2013cü il tarixdə ev şəraitində anadan olduğundan doğum haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Bunun üçün aidiyyəti orqan olan Maraqlı şəxs1nə müraciət etsə də, 103 formalı sənədi təqdim edə bilmədiyi üçün şəhadətnamənin verilməsindən imtina edilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Övladı hazırda Abşeron rayonu, Masazır Poliklinikasında qeydiyyatdadır. Maraqlı şəxs2 uşaq 3 yaşında olanda uşağı ona vermişdir və həmin vaxtdan oğlu onun himayəsindədir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə ərizədə qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında 103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün övladının doğumunun qeydiyyata alınması imkan xaricindədir. Maraqlı şəxs1 doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İş materiallarında olan Masazır Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1031 saylı arayışından görünür ki, X3 müayinə olunmuşdur və diaqnozu sağlamdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X8" X10 xx.xx.2024-cü il tarixli, 844 saylı rəyindən görünür ki, X4 məhkəmətibb müayinəsinə və tibbi sənədlərə əsasən aşağıdakı rəyə gəlinir: X2 inkişaf yaşı 11-11,5 ilə uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X8" X10 xx.xx.2024-cü il tarixli, 9/564 saylı rəyindən görünür ki, mübahisəli atalıq ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinir: 1. Ərizəçi qrup göstəriciləri: O/İ/, Rezus-D /+/. 2. Maraqlı şəxs2 qrup göstəriciləri: B/İİİ/, Rezus-D /+/. /təqdim olunmuş sənədə əsasən/. 3. “X7” adlı uşağın qrup göstəriciləri: O/İ/, Rezus-D /+/. Beləliklə, yuxarıda tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən, ekspertizaya təqdim olunmuş “X7” adlı uşağın Ərizəçi və Maraqlı şəxs2 olan cütlükdən törənməsi mümkündür. Belə olan halda Ərizəçi təqdim olunmuş “X7” adlı uşağın atası olması, Maraqlı şəxs2 isə anası olması inkar olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin, o cümlədən onun övladının mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğum faktı müəyyən edilməli, X6 doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə X1 Əliyev, adı Məhəmməd, ata adı Məlikağa, doğum tarixi xx.xx.2013-cü il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı Ərizəçi (milliyyəti azərbaycanlı), ana qrafasında anasının adı Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı) kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğum faktı müəyyən edilsin, X6 doğum haqqında şəhadətnamə verilsin, doğum haqqında şəhadətnamədə X1 Əliyev, adı Məhəmməd, ata adı Məlikağa, doğum tarixi xx.xx.2013-cü il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı Ərizəçi (milliyyəti azərbaycanlı), ana qrafasında anasının adı Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı) kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar