Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2520/2022 22.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs göstərilməklə) “atalıq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “atalıq faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 onun, yəni Ərizəçi atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X14 onun atası, X23 isə anasıdır. X3 1927-ci il təvəllüdlüdür və xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. X4 isə 1920-ci il təvəllüdlüdür və xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. X15 onun qardaşıdır, o, 1952-ci il təvəllüdlüdür və 2021-ci ildə vəfat etmişdir. X3 və X4 1950-ci ildə ailə qurmuşlar, lakin rəsmi nikahları olmamışdır. Buna görə də qardaşı X8 anasının soyadı verilmişdir. Özü xx.xx.1957-ci il tarixdə doğulmudur. Valideynlərinin nikahı olmadığı üçün doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır. Lakin hərbi biletində, digər sənədlərində atası kimi X14 qeyd olunmuşdur. Həmin sənədlər isə atalıq faktını təsdiq etmir. Doğum haqqında şəhadətnamədə bu faktın qeyd edilməsi üçün qeydiyyat orqanları da səlahiyyətli deyil, çünki ata və anası artıq ölmüşlər. Bu səbəbdən X6 onun atası olması faktını başqa qaydada müəyyən etmək mümkün deyil. Qeydiyyatda olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsi, 8/1 saylı ev X3nun mülkiyyətində olmuşdur və ondan miras qalıb. Hazırda həmin evlə bağlı vərəsə kimi hüquqlarını realizə etməlidir. X1 atası olması faktını təsdiq edən sənədi təqdim edə bilmir. Həmin faktın müəyyən edilməsi ona atasından qalmış miras üzrə vərəsə kimi qeydə alınması və payının ayrılması məqsədilə zəruridir. Ona görə də hazırda məhkəməyə müraciət edərək X6 onun atası olması faktının müəyyən edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Onun nümayəndəsi və vəkili Vəkil da ərizədə göstərilənləri təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun vəkili-nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X16, X17 və X18 bildirdilər ki, Ərizəçi onların əmisi nəvəsidir, mərhum Talıb Kərimovla onların ataları Mahmud əmi uşağı olmuşlar. Onların qohumluq əlaqələri yaxşı və sıx olmuşdur. Talıb Kərimovun iki uşağı olub - Həmid və Nurəli. Nurəli artıq vəfat edib. Təsdiq edirlər ki, Ərizəçi mərhum X6 övladıdır. Anası isə Abidə Kərimova olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 bildirdi ki, Ərizəçi onun qonşusudur. Ataları sinif yoldaşı olublar. Talıb Kərimovun iki uşağı olub - Həmid və Nurəli. Nurəli artıq vəfat edib. X29 rayonunun Mehdiabad qəsəbəsində yaşamış, elə burada da vəfat etmişdir. Onun miras əmlakı olan evi də burada yerləşir və bu evdə Nurəlinin oğlu yaşayır. Təsdiq edir ki, Ərizəçi mərhum X6 və Kərimova Abidənin övladıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 bildirdi ki, Ərizəçi onun sinif yoldaşı olmuşdur. Talıb Kərimovun iki uşağı olub - Həmid və Nurəli. Nurəli artıq vəfat edib. X29 rayonunun Mehdiabad qəsəbəsində yaşamış, elə burada da vəfat etmişdir. Təsdiq edir ki, Ərizəçi mərhum X6 övladıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Ərizəçi onun dayısı Talıbın oğludur. Talıb Kərimovun iki uşağı olub - Həmid və Nurəli. Nurəli artıq vəfat edib. Nurəlinin 3, Həmidin 2 övladı var. X38 əvvəllər Sabirabad rayonunda, sonralar isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşamış, elə burada da vəfat etmişdir. Onun miras əmlakı da burada yerləşir. Həmid və X28 sağlığında Mehdiabaddakı evdə yaşamışlar. Hazırda isə burada Nurəlinin ailəsi yaşamaqdadır. Təsdiq edir ki, Ərizəçi mərhum X6 övladıdır. İş materiallarında olan AZE 0******* saylı, xx.xx.2007-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Əli-Bayramlı rayonunun Dadaşbəyli kəndində doğulmuşdur. İş materiallarında olan AZ-İİİ 361580 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Sabirabad rayonunun Dadaşbəyli kəndində doğulmuşdur. X2r. Ata qrafası boşdur. İş materiallarında olan AZ-İ 847744 və AZ-İ 847745 saylı ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 xx.xx.2010-cu il tarixdə, X23 xx.xx.1982-ci il tarixdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölmüşlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab ed ilik də, valicleynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 6.16-cı maddəsinə əsasən, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab ecən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respubliksının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. İş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1957-ci ildə doğulmuş Kərimov X20 rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və orada qeydiyyata alınmışdır. Atası 1927-ci il təvəllüdlü X14, anası 1920-ci il təvəllüdlü X23, qardaşı 1952-ci il təvəllüdlü Nurəli Hazıqovdur. İş materiallarında olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron sovxozlar İstehsalat Birliyinin 126 saylı, xx.xx.1976-cı il tarixli əmri ilə X21 qəsəbəsi ərazisindən 0,8 sot həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan mülkiyyət hüququna dair JN-538A saylı, 30800027 kodlu şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 21 saylı qərarı ilə X10 və 7 nəfər ailə üzvünə (X15, X7, X5, X12, X19, Ərizəçi və X13) Mehdiabad qəsəbəsi ərazisində 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məxsus fərdi uçot vərəqəsinə əsasən o, xx.xx.1957-ci il tarixdə Əli-Bayramlı rayonunun Dadaşbəyli kəndində doğulmuşdur. X45, anası Abidə Əziz qızıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizəçinin və onun nümayəndəsinin izahatlarından, şahidlərin ifadələrindən və təqdim edilən sənədlərdən xx.xx.2010-cu il tarixdə vəfat etmiş X6 xx.xx.1957-ci il tarixdə doğulmuş Ərizəçi atası olması faktı tamamilə təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X6 xx.xx.1957-ci il tarixdə doğulmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. xx.xx.1957-ci il tarixdə doğulmuş Ərizəçi doğum haqqında akt qeydlərində atası qrafasında müvafiq dəyişiklik edilərək X3 göstərilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2520/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2520/2022
22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver