Məhkəmə qərarları › İş №2(012)-2528/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2528/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2528/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavadeh Cavabdeh2 və onun vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 iyun 2021ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 2015-ci il tarixdən ona məxsusdur. Həmin evi Cavabdeh1 məxsus Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evi satılmamışdan əvvəl özü üçün almışdır. Cavabdeh1 qardaşıdır. Digər cavabdeh Rizvanova (Naqornova) Aygün Aydın qızı isə qardaşının həyat yoldaşı olmuşdur. Cavabdeh Aygün Rizvanova (Naqornova) əslən Göyçay rayonundandır. Cavabdehlər qardaşı Cavabdeh1 və X11 nikahlarını 10.05.2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində qeyd etdirib ailə qurmuşlar. Aygün Rizvanova (Naqornova) qardaşına məxsus evə gəlin gəlmişdir. Sonuncunun hərəkətlərinə görə qardaşına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evi 2018-ci il tarixdə 10.000 manata satmışlar. Həmin pulu Göyçay rayonunda torpaq almaq və ev tikib köçüb orada yaşamaq məqsədilə qardaşı Cavabdeh1 vermişdir. Daha sonra Cavabdeh1 ailəsi ilə 7-8 ay Göyçay rayonunda yaşamışlar. 2019-cu ildə cavabdehlər onun verdiyi pulları xərclədikdən sonra qayıdıb onun yanına gəlmişlər. Körpə uşaqları olduğuna görə cavabdehlərə özünə məxsus evdə müvəqqəti yaşamağa razılıq vermişdir. Razılıqlarına əsasın cavabdehlər daha sonra kirayə ev tutub köçməli idilər. X10 (Naqornovadan) məhkəmə qaydasında boşanmışdır. Cavabdeh1 fevral ayının 14-dən ona məxsus evi tərk etsə də, Aygün Rizvanova (Naqornova) oğlu ilə birlikdə orada yaşayır. Hal-hazırda mübahisəli evdə qeydiyyatdadır. Lakin, həmin evdə yaşamamışdır. Mübahisəli ev həmişə kirayə verilmişdir. O, cavabdehlərə sözügedən evdə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Ev əşyaları onun pulu ilə alınıb. Əşyaların yarısı onundur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Rizvanova (Naqornova) Aygün Aydın qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, həyat yoldaşı olmuş digər Cavabdeh1 özünə məxsus evi olmuşdur. Həmin evi sataraq sözügedən hazırki mübahisəli ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 2018-ci il tarixdə 18.000 manata almışlar. Həmin vaxtdan sözügedən evdə yaşayır. Həmin evdə o, oğlu və Cavabdeh1 yaşamışlar. Kommunal xidmətlər əvvəl Cavabdeh1 adına olmuşdur. Sonra isə İddiaçı adına keçmişdir. Evdəki mətbəx mebeli və digər əşyalar hamısı ona məxsusdur. Hazırda Cavabdeh1 sözügedən evdə yaşamır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 əri olmuş digər Cavabdeh1 məxsus evə gəlin gəlmişdir. Daha sonra cavabdehlər birlikdə həmin evi satıb bu evi almışlar. Digər tərəfdən iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Həmçinin, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Həmin evdə İddiaçı yaşamamış və evə sahiblik etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı X5 arasında 11 oktyabr 2018-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 2-ci döngə, dalan 1, ev 6A ünvanında yerləşən ümumi sahəsi 51.7 kv.m, yaşayış sahəsi 34.8 kv.m, yardımçı sahəsi 16.9 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 10.000 manata alıcı X1. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 07.09.2020-ci il tarixli AKX-0240975/09-2020 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, “Paylayıcı” “Azəriqaz” İstehsalat Birliyi ilə “İstehlakçı” İddiaçı arasında “Paylayıcı”nın bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin etməsi, “İstehlakçı”nın isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirmə rəyindən görünür ki, X9 tərəfindən ünvan 4 ünvanda İddiaçı məxsus bir mərtəbəli fərdi yaşayış evinin (daşınmaz əmlakın qiymətləndirilməsi) həyata keçirilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(012)-218/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X6 “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə X11 arasında 10.05.2016-cı il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış 129 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 06.02.2016-cı il təvəllüdlü X7 anası X4 yanında qalması, Cavabdeh1 06.02.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10.04.2020-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Beləliklə, proses iştirakçılarının izahatlarından və işin məhkəmə tərəfindən araşdırılan mübahisəsiz hallarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Rizvanova (Naqornova) Aygün Aydın qızı 10.05.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh Aygün Rizvanova (Naqornova) nikaha daxil olduqdan sonra əri Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evi 11 oktyabr 2018-ci il tarixdə Cavabdeh1 tərəfindən satılmışdır. Cavabdehlər 2018-ci il tarixdən birgə nikahdan olan övladları ilə birlikdə hazırki mülki iş üzrə mübahisəli ünvan 2 ünvanda yerləşən özbaşına tikilidə yaşamağa başlamışlar. Hazırda isə mübahisəli evdə Aygün Rizvanova (Naqornova) öz övladı ilə birlikdə yaşayır. Digər Cavabdeh1 isə mübahisəli evdə 2021-ci ilin fevral ayına kimi yaşamışdır. Sözügedən mübahisəli ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı isə mübahisəli evdə cavabdehlərlə birlikdə deyil, başqa evdə yaşamışdır. Mübahisəli tikili özbaşına tikilidir, cavabdehlər 2018-ci ildən orada yaşayırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən özbaşına tikilinin 2015-ci il tarixdən ona məxsus olmasını iddia etsə də, bununla əlaqədar hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onu təqdim etdiyi təbii qazdan istifadə ilə bağlı alqısatqı müqaviləsi iş materiallarından göründüyü kimi 07.09.2020-ci il tarixdə bağlanmışdır. Daşınmaz əmlakın qiymətləndirmə rəyi isə onun adına 2019-cu ildə tərtib olunmuşdur. Buradan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Əksinə proses iştirakçılarının mübahisəsiz izahatlarından görünür ki, sözügedən mübahisəli ünvan 2 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evində 2018-ci il tarixdən cavabdehlər Cavabdeh1 və Rizvanova (Naqornova) Aygün Aydın qızı yaşamışlar. Cavabdehlərin həmin tikilidə yaşamaq hüquqları vardır. Cavabdeh1 2021-ci ilin fevralından mübahisəli tikilidə yaşamaması halına münasibətdə, məhkəmə bunu digər cavabdehə münasibətdə iddianın təmin edilməsi üçün iddiaçı ilə razılaşma kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı fərdi yaşayış evindən çıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı fərdi yaşayış evindən çıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar