Məhkəmə qərarları › İş №2(012)-2536/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2536/2020

02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2536/2020 02.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçinin vəkili-nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xırdalan şəhər 1№»li Notariat Kontoruna qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə “xxxxxxx” MMC (indiki “xxxxxxxxxxxx” MTK) ilə bağlanmış xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli müqavilələrə əsasən əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 a saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə vərəsələrin və miras payı sahiblərinin müəyyən edilməsi barədə Xırdalan şəhər 1 №-li notariat kontoru üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin vəkili-nümayəndəsi X10 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında yerləşın “xxxxxxx” MMC-dən xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli müqavilələrə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən 1A ünvanında inşa edilən binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzilləri (cəmi 4 ədəd) almışdır. X7 2xx xxxxxxx 2017-ci ildə vəfat etmiş və hüquqi varisi Ərizəçi Taptıq oğludur. İddiaçı Ərizəçi Taptıq oğlu “Notariat haqqında” Qanunun 57-ci maddəsinə görə “xxxxxxx” MMC (indiki “xxxxxxxxxxxxx” MTK) ilə bağlanmış xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli müqavilələrə əsasən, əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 a saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə dair müqavilələr üzrə hüquq və tələblərə dair Ərizəçi Taptıq oğlunun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Xırdalan şəhər 1№-li Notariat Kontoruna müracət etmişdir. Notariat Kontoru tələbin rədd edilməsi barədə məktub ilə cavab vermişdir. Qeyd olunanlara əsasən, o, iddianı təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Xırdalan şəhər 1№»li Notariat Kontoru məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilib, işə mahiyyəti üzrə baxıb tələbin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxx” MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 114,4 kv.m olan 5-ci blok, 47 nömrəli 3 otaqlı mənzili bir pay kimi payçıya yəni, X3 vermişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli,15 nömrəli maliyyə arayışından görünür ki, “xxxxxxx” MMC-nə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa edilmiş binanın 5-ci blok, 47 nömrəli 3 otaqlı mənzilin pay dəyəri payçı X7 tərəfindən 54808 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxx” MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 97,7kv.m olan 4-cü blok, 43 nömrəli 3 otaqlı mənzili bir pay kimi payçıya yəni, X3 vermişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli,17 nömrəli maliyyə arayışından görünür ki, “xxxxxxx” MMC-nə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa edilmiş binanın 4-cü blok, 43 nömrəli 3 otaqlı mənzilin pay dəyəri payçı X7 tərəfindən 48068 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxx” MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 96,0 kv.m olan 4-cü blok, 42 nömrəli 3 otaqlı mənzili bir pay kimi payçıya yəni, X3 vermişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli,17 nömrəli maliyyə arayışından görünür ki, “xxxxxxx” MMC-nə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa edilmiş binanın 4-cü blok, 42 nömrəli 3 otaqlı mənzilin pay dəyəri payçı X7 tərəfindən 47232 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxx” MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 133,6 kv.m olan 3-cü blok, 6 nömrəli 4 otaqlı mənzili bir pay kimi payçıya yəni, X3 vermişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli,18 nömrəli maliyyə arayışından görünür ki, “xxxxxxx” MMC-nə məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa edilmiş binanın 3-cü blok, 6 nömrəli 4 otaqlı mənzilin pay dəyəri payçı X7 tərəfindən 65731 manat ödənilmişdir. İş materiallarında olan A3 № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə İmişli rayonunda anadan olmuşdur. X2, anası X5r. İş materiallarında olan AZ-İ № 901330 saylı ölüm haqqında şəhadətnamənin notarisuda təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə dünyasını dəyişmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir İş materialları ilə müəyyən edilir ki, iddiaçı mərhum anası X7 ilə “xxxxxxx” MMC arasında bağlanmış müqavilələrə əsasən satılmış mənzillərə miras payının müəyyənləşdirilməsi və həmin mənzillərə hüququnun qeydiyyata alınması üçün notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Abşeron rayon 1 saylı notariat kontoruna müraciət etmiş, sonuncunun xx xxx 2018-ci il tarixli 1382 saylı məktubu ilə tərəflər arasında mübahisə bir sıra səbəblərə görə, o cümlədən daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbindən müsbət həllini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, qanunvericiliyə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Tərəflər arasındakı mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçının mərhum anası X7 ilə “xxxxxxx” MMC arasında bağlanmış müqavilələrə əsasən satılmış mənzillərə hüquq (mülkiyyət hüququ) dövlət qeydiyyatına alınmamışdır. Belə bir vəziyyətdə notarius tərəfindən həmin mənzillərə miras payı müəyyənləşdirilə və vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 36-cı bəndinə əsasən notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrının məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ vardır. Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcısına keçirilərək təsdiq edilməlidir. “Notariaq haqqında” Qanunun 40-cı maddəsinə əsasən hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: X7 ilə “xxxxxxx” MMC (indiki “xxxxxxxxxxxx” MTK) ilə bağlanmış xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli müqavilələrə əsasən əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 a saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə vərəsələrin və miras payı sahiblərinin müəyyən edilməsi barədə Xırdalan şəhər 1 №-li notariat kontoru üzərinə öhdəlik qoyulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar