Məhkəmə qərarları › İş №2(012)-2572/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2572/2023

13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2572/2023 13.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi İddiaçı (maralı şəxs DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) əmək stajının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: Ərizəçi İddiaçı (maralı şəxs DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) əmək stajının müəyyən edilməsinə dair ərizəsini məhkəməyə müraciət edərək, onun 1980ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər onun 20 dekabr 1973-cü ildən 1988-ci ilin noyabr ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonunun Salah kənd kolxozozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən və sübutlar lazımi qaydada təqdim edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Ərizənin giriş hissəsində maraqlı şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsi əvəzinə, DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qoyulmuşdur. Bundan başqa, ərizədə şahid kimi qeyd etdiyi şəxslərin əmək kitabçalarının notaraial qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə etməmişdir.Hansı ki, ərizəçi məhz həmin şahidlərlə birgə əmək fəaliyyəti göstərdiyini sübut etmək istəyir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Ərizəçi İddiaçı (maralı şəxs DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) əmək stajının müəyyən edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar