Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2573/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinin Qeydiyyat Şöbəsinə qarşı «qeydiyyatdan çıxarılma» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək МÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 36, mənzil 9 ünvanında olan qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına həvalə edildiyindən iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Ona görə də İddiaçı X1 mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etməli, həmin müraciətin nəticəsindən asılı olaraq inzibati qaydada yuxarı orqana və ya yurisdiksiya üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslanmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinin Qeydiyyat Şöbəsinə qarşı «qeydiyyatdan çıxarılma» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2573/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2573/2023
14.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver